Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3374/2023 01.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qаrşı "borcun silinməsi" tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB-nin X20 İdarəsinin Bərdə rayon filialının nümayəndələri tərəfindən qanunsuz yazılmış 1036,80 manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadıqları Bərdə rayonu, Kələntərli İƏD nümayəndəliyi Alaçadırlı kəndindəki ev X3 adınadır. X10 onun anasının anasıdır. X1 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Həmin evdə ailələri yaşayır. Yaşadıqları evdə mavi qazdan istifadə edirlər. İstifadə etdikləri qazın pulunu da vaxtlı-vaxtında ödəyirlər. “Azəriqaz” İB-nin X20 İdarəsinin Bərdə rayon filialının əməkdaşları xx.xx.2022-ci il tarixdə sayğaca baxış keçmirilmiş, 856922 saylı akt yazılmışdır. Aktda qeyd olunmuşdur ki, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı sınmışdır. Hesablama mexanizminin iş prinsipinə maneə törətməsi mümkündür. Sayğac istismara yararsızdır. Sayğac yenisi ilə əvəz olunmalıdır. Bununla bərabər 1036,80 manat cərimə etmişlər və həmin cəriməni qanunsuz hesab edir. Ona görə ki, onlar qaz sayğacına heç bir müdaxilə etməmişlər. Kim tərəfindən sayğaca müdaxilə edilib bilmirlər. Bildirir ki, o, müharibə əlilidir¸qazidir, bir neçə orden və medalla təltif edilmişdir. Türkiyədən müalicədən yeni qayıtmışdır. Nənə-babası onu saxlamış, onların övladı hesab olunur. Ananın tək övladıdır. Ailə üzvləri ilə nənəsi Şəkilin adına olan evdə yaşayırlar. Onun bu vəziyyətdə olduğu halda evdən kənarda yerləşən qaz sayğacına heç bir müdaxilə edilməsi ailələrinə pis təsir edir. Odur ki, yuxarıdakılara əsasən hesab edir ki, hazırki iş üzrə cavabdeh “Azəriqaz” İB-nin X21 İdarəsinin Bərdə rayon filialının əməkdaşları tərəfindən qanunsuz hesablanmış 1036,80 manat cərimə məbləğinin silinməsi barədə məhkəmədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan 034824 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. AZE seriyalı, 02857298 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1940-cı ildə Ağdam rayonu, Baharlı kəndində anadan olmuşdur. AZE seriyalı, P5142860 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1942-ci ildə Laçın rayonunda anadan olmuşdur. Laçın rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, Xİİİ-ЖГ 413522 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1971-ci il tarixdə Laçın şəhərində anadan olmuşdur. X7, anası X5r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarix, 138 nömrə ilə qeydə alınmışdır. Laçın rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, Xİİİ-ЖГ 413522 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Laçın rayonunda anadan olmuşdur. X2, anası X9r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarix, 156 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1551 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı hal-hazırda ünvan 2ində yaşayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş tibbi arayışdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı postkontuzion sindrom, partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı ifadəli şəxsiyyət pozuntusu, davamlı dekompensasiyalarla, mülayim dərəcədə kəkələmə ilə anamnezində bayılma halları diaqnozu qoyulmuşdur. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 263704 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə hipertoniya xəstəliyi səbəbindən Bakı şəhəri, Sabunçu rayonunda vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarix, 96 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 263698 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2007-ci il tarixdə ürəyin tamponadası, miokard infarktı səbəbindən Bərdə rayonunda vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarix, 187 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli vəsiqədən görünür ki, çavuş İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 0215t nömrəli, xx.xx.2020-ci il tarixli əmri ilə “Azərbaycan Respublikasının Şücaətə görə” medalı ilə təltif edilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, X6 məxsus mənzildə quraşdırılmış **********00480 abonent kodlu sayğac kütləvi əvəzetmə səbəbindən dəyişdirilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, X3 mənzilində quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sınıq olduğu, hesablama mexanizminin iş prinsipinə maneə törətdiyi və sayğacın istismara yararsız olduğu aşkar edilmişdir. 01/20xx-xx/2023-cü il tarixləri arasında qaz sərfi, aylıq borc, sərfin məbləğini göstərən abonentin saldosundan müəyyən edilir ki, İddiaçı adına 2022-ci ilin noyabr ayı üçün 1036,80 manat məbləğində qalıq borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB-nin X20 İdarəsinin Bərdə rayon filialının nümayəndələri tərəfindən qanunsuz yazılmış 1036,80 manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”-nın: 4.2-ci maddəsinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.8-ci bəndinin tələbinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM): 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki prosessual qanunvericiliyinin tələblərinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməmiş, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Cavabdeh təşkilat məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz faktlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qaz sayğacının baxışı zamanı sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının sınıq olduğu, hesablama mexanizminin iş prinsipinə maneə törətdiyi və sayğacın istismara yararsız olduğu da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının nənəsinin adına əlavə pul hesablanması yolverilməzdir. Həmçinin, məhkəmə hesab edir ki, araşdırma nəticəsində iddiaçının nənəsinə məxsus evdə yaşaması və qaz sayğacından istifadə etməsi öz təsdiqini tapdığından hazırki iddia ilə iddiaçının məhkəməyə müraciət etmək hüququ mövcuddur və iddia tələbi əsaslıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа Avropа İnsаn Hаqlаrı Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. MPM-in 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı X1nın adına hesablanmış 1036,80 manat cərimə borcu onun hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-3374/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3374/2023
01.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver