Məhkəmə qərarları › İş №2(021)-3376/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3376/2022

01.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3376/2022 01.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi "xxxx" Firmasının nümayəndəsi və vəkili X8 iştirakı ilə, Ərizəçi "xxxx" Firmasının direktoru X9 DƏDRX-nin 7 saylı Əİ-nə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi "xxxx" Firmasının direktoru X9 ərizə ilə məhkəməyə müraciət edərək, JN-236 KOD-61010018 saylı “Torpaqdan istifadə hüququna” dair Dövlət Aktının S.Zöhrabbəyov firmasına məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni belə əsaslandırmışdır ki, Bərdə Rayon İcra Hakimiyyəti Başçısının 30 may 1998-ci il tarixli, 668 saylı sərəncamına əsasən Bərdə rayonu Kətəlparaq kəndi ərazisində yerləşən 15 (on beş) hektar torpaq sahəsi təsisçisi olduğu "xxxx" Firmasının istifadəsinə verilmişdir. Bu barədə ona JN-236 -KOD61010018 "Torpaqdan daimi istifadə hüququna" dair Dövlət aktı verilmişdir. Lakin həmin Dövlət aktında yanlışlıq olmuşdur. Belə ki, həmin Dövlət aktında Bərdə Rayon İcra Hakimiyyəti Başçısının 30 may 1998- ci il tarixli, 668 saylı sərəncamı qeyd edilsə də, torpaq sahəsi ayrılmış müəssiəsinin adı "xxxx" firması əvəzinə yanlışlığa yol verərək "Ümid” Kiçik Müəssisəsi kimi qeyd edilmişdir. Hal-hazırda həmin sənəddə uyğunsuzluq olduğundan firma bir çox çətinliklərlə üzləşmişdir. Dövlət aktında yol verilmiş yanlışlığın düzəldilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsəm də, düzəliş edilməsindən imtina olunmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(021)-3376/22 saylı qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti maraqlı şəxs kimi işə cəlb olunmuşdur. Məhkəmə iclasında ərizəçi "xxxx" Firmasının nümayəndəsi və vəkili X10 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № 08468127 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 xx.xx.1958-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli **********907500 nömrəli Çıxarışdan görünür ki, "xxxx" Firması xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmışdır, təsisçisi X5r. İş materiallarına əlavə edilmiş Sahəseçmə komissiyasının 21 noyabr 1997-ci il tarixli aktından görünür ki, "xxxx" kiçik müəssisəsin rəhbəri X4 Bərdə rayon İcra Hakimiyyətinə yazdığı ərizəsinə əsasən H.B.Zərdabi adına Aqro-İstehsal müəssisəsinin ərazisindəki Bələdiyyə Ehtiyat fondu üçün ayrılmış torpaq sahəsindən 15 hektar torpaq sahəsinin müvəqqəti istifadə üçün "xxxx" kiçik müəssisəsinə müvəqqəti istifadəyə, 15 il müddətinə ayrılıb verilməsinə komissiyya üzvləri etiraz etməmişdirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının 510 nömrəli xx.xx.1997-ci il tarixli Sərəncamından görünür ki, Rayonun H.B.Zərdabi adına Aqro-İstehsal müəssisəsinin ərazisindəki Bələdiyyə Ehtiyat fondundan "xxxx" Kiçik Müəssisəsinə torpaq sahəsi ayrılmasına dair Sahəseçmə komissiyasının 21 noyabr 1997-ci il tarixli aktının təsdiq edilməsi, H.B.Zərdabi adına Aqro-İstehsal müəssisəsinin ərazisindəki Bələdiyyə Ehtiyat fondundan- şimadan bələdiyyə fondu üçün ayrılmış torpaq sahəsi ilə, şərqdən Qurdlar kəndi ilə, cənubdan çəkil zolağı ilə, qərbdən isə Kətəlpatraq kəndi ilə həmsərhəd olmaqla, 15/ on beş hektar/ torpaq saһəsinin yerində ölçülüb firmaya təhkim olunmasını təmin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının 668 nömrəli xx.xx.1998-ci il tarixli Sərəncamından görünür ki, "xxxx" Kiçik Müəssisəsinin 06 may 1998-ci il tarixli, 07 saylı və "xxxx" firmasının 08 may 1990-ci il tarixli, 01 saylı məktublarının nazərə alınması, "xxxx" Kiçik Müəssisəsinin istifadəsində olan H.B.Zərdabi adına Aqro-İstehsal müəssisəsinin ərazisindəki Bələdiyyə Ehtiyat fondundan ayrılmış torpaq sahəsi- şimaldan Bələdiyyə torpaq fondu üçün ayrılmış torpaq sahəsi ilə, şərqdən Qurdlar kandi ilə, cənubdan çəkil zolağı ilə, qərbdən isə Kətəlparaq kəndi ilə həmsərhəd olmaqla, 15/ on beş hektar/ torpaq saһəsinin yerinde ölçülüb firmaya təhkim olunmasının təmin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “S.Zöhrabbəyov" Firmasının Nizamnaməsindən görünür ki, “S.Zöhrabbəyov" Firması Bərdə rayon sakini X9 tərəfindən “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun yaradılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, KOD 61010018 JN-236 saylı dövlət aktı ilə "Ümid” Kiçik Müəssisəsinin təsisçisi X4 istifadəsinə verilmiş Bərdə rayonu Kətǝlparaq kəndində yerləşən 15 ha torpaq sahəsi Aqrar İslahat başa çatdıqdan sonra hansı təşkilatın balansına keçməsinə dair Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Aparatına sorğu verilmiş, sorğuya cavabda bildirilmişdir ki, “Bərdə rayonu Kətǝlparaq kəndində (əvvəlki H.B.Zərdabi adına kolxoz) "xxxx" kiçik müəssisəsinə istifadə üçün ayrılmış 15 hektar torpaq sahəsi Bərdə rayon İcra Hakimiyyəti başçısının 30 may 1998-ci il tarixli, 668 nömrəli sərəncamına əsasən X4 təsisçisi olduğu "xxxx" firmasının daimi istifadəsinə verilmişdir. Bu barədə JN:236-KOD-61010018 Torpaqdan daimi istifadə hüququna dair dövlət aktı verilmişdir. Həmin 15 hektar torpaq sahəsi hal-hazırda X4 təsisçisi olduğu "xxxx" firmasının daimi istifadəsindədir.” İş materiallarına əlavə edilmiş Bərdə rayon Kətəlparaq Bələdiyyəsi tərəfindən verilmiş 12 saylı xx.xx.2022-i il tarixli Arayışda qeyd olunur ki, “X3 ondan ötəri ki, əvvəllər rəhbəri olduğu "xxxx" X15 Rayon İcra Hakimiyyəti Başçısının 04 dekabr 1997-ci il tarixli, 510 saylı sərəncamına əsasən Bərdə rayonu Kətǝlparaq kəndində (əvvəlki H.B.Zərdabi adına kolxoz) 15 ha torpaq sahəsi daimi istifadə üçün ayrılmış, Bərdə Rayon İcra Hakimiyyəti Başçısının 30 may 1998-ci il tarixli, 668 saylı sərəncamına əsasən həmin torpaq sahəsi təsisçisi olduğu "S.Zöhrabbəyov Firmasının daimi istifadəsinə verilmiş, bu barədə JN-236- KOD 61010018 "Torpaqdan daimi istifadə hüququna" dair Dövlət aktı verilmişdir. Həmin 15 ha torpaq sahəsi hal-hazırda X4 daimi istifadəsindədir.” İş materiallarına əlavə edilmiş Bərdə rayon Kətəlparaq Bələdiyyəsi tərəfindən verilmiş 42 saylı xx.xx.2022-i il tarixli Arayışda qeyd olunur ki, “Bələdiyyə ehtiyyat fondu torpağı olan 15 ha torpaq sahəsi hal-hazırda E.Hüseynovanın təsisçisi olduğu "xxxx" firmasının istifadəsindədir. Dövlət aktında "xxxx" firmasının adının qeyd edilməsinə etiraz etmirik.” İş materiallarına əlavə edilmiş Torpaqdan daimi istifadə hüququna dair JN-236 KOD- 61010018 saylı Dövlət Aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon İcra Hakimiyyəti Başçısının 30 may 1998-ci il tarixli, 668 nömrəli qərarı ilə 15 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün Bərdə rayon Kətəlparaq kənd sakini "xxxx" Kiçik Müəssisəsinin təsisçisi-X4 istifadəsinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin məktubu ilə müəyyən edilmişdir ki, ərizəçi "xxxx" Firmasının təsisçisi X2 istifadə hüququna dair JN-236 saylı Dövlət Aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət Aktında düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məlumatın verilməsi ilə bağlı arayışından görünür ki, sözügedən 15 ha torpaq sahəsi Kətəlparaq bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarında əlavə xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpaqdan daimi istifadə hüququna dair JN-236 KOD-61010018 saylı Dövlət Aktında yanlışlıq olaraq X4 təsisçisi olduğu -“S.Zöhrabbəyov" Firması "xxxx" Kiçik Müəssisəsi kimi qeyd olunmuşdur. Torpaqdan istifadə hüququna dair JN-236 KOD-61010018 saylı Dövlət X1 təsisçisi olduğu “S.Zöhrabbəyov" Firmasına məxsus olması faktı işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməldir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpaqdan istifadə hüququna dair JN-236 KOD-61010018 saylı Dövlət X1 təsisçisi olduğu “S.Zöhrabbəyov" Firmasına məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar