Məhkəmə qərarları › İş №2(021)-338/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-338/2024

17.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-338/2024 17.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X4 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh və ya "xxxx" ASC) qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qanunsuz yazılmış 712,04 (yeddi yüz on iki manat 04 qəpik) manat cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu Nəcəfqulubəyli kəndində yaşayır. Hamının evində olduğu kimi onun da evində işıq sayğacı var. İşıq idarəsinin əməkdaşları onun evinin önündə olan işıq sayğacına baxış keçirərək adına akt tərtib etmiş və akta əsasən onun işıq sayğacına müdaxilə edərək sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini bildirmişlər. O, sayğaca heç vaxt müdaxilə etməmiş və sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməmişdir. İşıq idarəsinin işçiləri onun işığa görə 712.04 manat məbləğində borcunun olduğunu bildirmişlər. Hər ay davamlı olaraq işıq pulundan ödəmiş və onun heç bir zaman işığa görə 712.04 manat borcu ola bilməz. Hazırda isə onun evinə gələn işıq enerjisini kəsmək istəyirlər və ondan 712.04 manat cəriməni tələb edirlər. Onun həmin cərimə məbləğini ödəməyə heç bir imkanı yoxdur. Habelə bu cərimə qanunsuz olaraq işıq idarəsinin işçiləri tərəfindən yazılmışdır. Belə bir cərimə yazılması üçün heç bir əsas olmamışdır. Buna görə də qanunsuz yazılmış 712.04 manat məbləğində cərimənin silinməsini istəyir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, o cümlədən göstərdi ki, ona 712,6 manat borc hesablandıqdan sonra həmin məbləğdən 200 manat ödəniş etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı elektrik enerjisinin istehlakçısı kimi Bərdə EŞ-nin “Proqram bazasında” **********00563 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Bərdə rayonu Nəcəfqulubəyli kəndində yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Luna-lun 10 tipli, zavod nömrəsi 19319431M1149671 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə etmiş, xx.xx.2023-cü il tarixdən halhazıra kimi isə Luna-lun 10 tipli zavod nömrəsi 52455272M2280814 olan elektrik hesablama sayğacından istifadə edir. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları E.Hüseynov və A.Kazımov tərəfindən “EEİQ”nın tələblərinə uyğun olaraq İddiaçı Bərdə rayonu Nəcəfqulubəyli kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı yaşayış evini qidalandıran elektrik sayğacının çıxış faza və “0” naqillərinin əriməsi və sayğacın dövriyyəsindən keçən yükü qeyd etmədiyi müəyyən edilmişdir. Aktda bundan başqa, sayğacın baxış tablosunun oxunmadığı, xəttdən axan yükün Pfakt = 0.5 kvt, Psay = 0 olması barədə qeydiyyat aparılmışdır. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar İddiaçı barəsində “EEİQ”-nın tələblərinə uyğun olaraq NDM 034206 saylı Akt tərtib edilmişdir. Aktın tələb hissəsində “EEİQ”-nın qaydalarına uyğun olaraq icra edilsin” qeydiyyatı aparılmışdır. İddiaçı elektrik hesablama sayğacına baxış keçirilməsində və pozuntu faktı ilə əlaqədar Akt tərtib edilməsində iştirak etməmişdir. Akta əsasən "xxxx" ASC-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindər 277 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 712,6 manat təşkil edən 6118 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı barəsində Akt tərtib edilərkən və həmin akta əsasən yenidən hesablama aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Akt və akt əsasında hesabat “Qaydalar”ın tələblərinə uyğun olaraq tərtib edilmişdir. İddiçının Bərdə EŞ-nin Proqram bazasında qeydiyyatda olan istehlakçı kodu üzrə “istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən" Abunə haqqında məlumatı təhlil etdikdə elektrik hesablama sayğacının xx.xx.2022-ci il tarixinə kimi olan dövr ərzində orta aylıq enerji sərfiyyatının 25-26 manat məbləğində olduğu halda sayğacın həmin tarixdən pozuntu faktı aşkar olunan xx.xx.2023cü il tarixinə kimi olan dövr ərzində orta aylıq enerji sərfiyyatının 9 manat təşkil etdiyi görünür. Yəni, elektrik hesablama sayğacında problem sayğacın çıxış faza və “0” naqillərində boşluq yaranması səbəbindən naqillərdə ərimə prosesinin başlaması və bu səbəbdən sayğacın keçən enerjinin miqdarını qüsurla qeyd etməsi olmuşdur. Sayğacın hesablama mexanizminin dayanması və nəticədə sayğacın keçən enerjinin miqdarını qeyd etməməsi barədə İddiaçı enerji təchizatı müəssisəsinə məlumat verməli olduğu halda bunu etməmişdir. İddiaçıya hər ay sayğac göstəricilərinə əsasən ödəniş edilməsi üçün “bildiriş” verilərkən iddiaçı əvvəlki aylarda iki dəfə artıq enerji istehlakına görə pul ödədiyini bildiyi halda sayğacın enerjinin miqdarını az qeyd etməsi barədə Bərdə EŞ-nə müraciət etməmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci ildə Ağdərə rayonu Umudlu kəndində anadan olmuşdur, Tərtər rayonu Umudlu kəndində qeydiyyatdadır. 07 sentyabr 2023-cü il tarixli NDM 034206 nömrəli Aktdan görünür ki, İddiaçı Bərdə rayonu Əyricə kəndində yerləşən yaşayış evində quraşdırılmış işıq sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, fərdi yaşayış evini qidalandıran elektrik sayğacının çıxış faza və 0 naqilləri əriyib. Sayğac dövriyyədən keçən yükü qeyd etmir. Sayğacın baxış tablosu oxunmur. Abonent haqqında məlumatdan görünür ki, İddiaçı Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən evini qidalandıran elektrik sayğacı vasitəsilə 2023-cü ilin ilin yanvar ayında 9 manat, fevral ayında 9 manat, mart ayında 9 manat, aprel ayında 9 manat, may ayında 9 manat, iyun ayında 10 manat, iyul ayında 9 manat, avqust ayında 9 manat, 2024cü ilin yanvar ayında isə 200 manat dəyərində elektrik enerjisindən istifadəyə görə pul ödəmişdir. 06 oktyabr 2023-cü il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair” Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayış evinə məxsus elektrik elektrik sayğacının çıxış faza və sıfır naqilləri əriyib, sayğac dövriyyədən keçən yükü qeyd etmir. (507 kvts: 20 gün x 277 gün) – 904 kvts=6118kvts, Tarif (0,08 man) – 924 kvts x 0,08 = 73,9 manat; Tarif (0,09 man) – 914 kvts x 0,09 = 82,3 manat; Tarif (0,13 man) – 4280kvts x 0,13 = 556,4 manat- cəmi 412,6 manat. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı elektrik sayğacının çıxış faza və sıfr naqillərinin əriməsi, sayğacın dövriyyəsindən keçən yükü qeyd etməməsi, sayğacın baxış tablosunun oxunmaması və bunun müvafiq aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusu) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı əlavə sərfiyyat yazılarkən akt komissiyası tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına dair tərtib olunmuş 07 sentyabr 2023-cü il tarixli NDM 034206 saylı akt əsasında akt komissiyası tərəfindən hesablama 277 gün üçün aparılmışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 8.2-ci bəndinin tələbinə görə elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Bərdə rayonu Yeni Əyricə kəndində yerləşən fərdi yaşayış evini qidalandıran elektrik sayğacının çıxış faza və 0 naqillərinin əriməsi, sayğacın dövriyyədən keçən yükü qeyd etməməsi, sayğacın baxış tablosunun oxunmaması aşkar edilmiş və sonuncuya 277 gün üçün 712,6 manat məbləğində əlavə sərfiyyat yazılmışdır. Məhkəmə hesab edir ki, akt komissiyası tərəfindən hesablamalar düzgün aparılmadığından, yəni hesablanmış məbləğ bir ay üçün deyil, 277 gün üçün aparıldığından hesablanmış məbləğ bir ay üçün hesablanmaqla iddiaçıdan tutulmalıdır. Abunə haqqında dövriyyə cədvəlindən göründüyü kimi iddiaçı 2024-cü ilin yanvar ayında 200 manat məbləğində ödəniş etmişdir. Ona görə də iddia qismən təmin olunmalı, "xxxx" ASC tərəfindən tərtib edilmiş 07 sentyabr 2023-cü il tarixli NDM 034206 saylı Akt əsasında İddiaçı hesablanmış 712,6 (yeddi yüz on iki manat 04 qəpik) manat məbləğində cərimənin məbləği azaldılaraq 200 (iki yüz) manat məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin qismən haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Cərimə məbləğinin silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. "xxxx" ASC tərəfindən tərtib edilmiş 07 sentyabr 2023-cü il tarixli NDM 034206 saylı Akt əsasında İddiaçı hesablanmış 712,6 (yeddi yüz on iki manat 04 qəpik) manat məbləğində cərimənin məbləği azaldılaraq 200 (iki yüz) manat məbləğində müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar