Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-341/2023 03.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı- 21 dekabr 1994-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1973-cü il təvəllüdlüdür, ailəlidir, 3 (üç) uşaq anasıdır, məcburi köçkün olmaqla Bərdə rayon Hacallı kəndində məskunlaşmışdır. Övladı-xx.xx.1994-cü il təvəllüdlü X4 anadangəlmə "Uşaq serebral iflici, Spastik tetraplegiya,nitqin, intellektin ləngiməsi" diaqnozu qoyulmuş,ona 1-ci dərəcəli əlillik təyin edilmişdir. Əsas: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli Qərarı. O, mütəmadi müalicə olsa da onun səhhətinin bərpa olunması mümkün olmamış, hal-hazırda da özünü idarə etmək iqtidarında deyildir. O, heç nəyi dərk etmir, başa düşmür, demək olar ki, heç bir fəaliyyət qabiliyyətləri yoxdur. Ona qəyyum təyin edilməsi üçün Maraqlı şəxs himayəçilik və qəyyumluq orqanı şöbəsinə müraciət etsə də ona övladı X3 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Onun fəaliyyət qabiliyyəti olmadığından və qızı Ayşən Ərəbova qəyyum təyin edilmədiyindən əmlakı üzərində sərəncam hüququnu həyata keçirǝ bilmirlər. Qeyd olunanlara əsasən məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsi müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Kəlbəcər rayon Vəng kəndində anadan olmuşdur. Tərtər Rayon Umudlu kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Maraqlı şəxs Başçısının Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 669 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi oğlu Bərdə rayon Hacallı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Seriya AA № 170281 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərəbova X5 rayonundan məcburi köçkündür. Mülki işə əlavə edilmiş Seriya AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Seriya AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 21 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli Arayışdan görünür ki, X6 birinci qrup əlilidir. Mülki işə əlavə edilmiş Vİ-ЖГ № 389537 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X7 xx.xx.1995-ci il tarixdə Tərtər rayon Umudlu kənd icra nümayəndəliyində 01 nömrə akt qeydi ilə nikah balamışdırlar. Nikah bağlandıqdan sonra ərə Ərəbov, arvada Ərəbova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş XVİİ-ЖГ № 413234 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. X1, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 793 saylı 27 dekabr 2022-ci il tarixli rəyində qeyd olunur ki, X9 yüngül dərəcəli kəmağıllıq (ifadə olunmuş debillik səviyyəsində), davraniş pozuntulari ilə XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq Ərǝbova Ayşən Elvaris qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə X2 uşaqlıqdan psixofiziki inkşafdan geri qalması, daim valideynlərinin himayəsi və nəzarəti altında yaşaması, uşaqlıqdan xəstəliyə görə müavinət alması, sonralar isə ona İ qrup müddətsiz əlillik təyin edilməsi, orta ümumtəhsil və yardımçı məktəblərdə oxumaması, oxumaq və yazmaq vərdişlərinin əldə etməməsi, hazırki ekspertiza zamanı onda təfəkkür, yaddaş, davranış, emosiya və intellekt pozğunluqlarının aşkar edilməsi (ekspertiza zamanı bələdliyinin zəifləməsi, yaddaşının mexaniki tipli olması, təfəkküründə konkretliyə meyillilik aşkar edilməsi, oxumaq, yazmaq - vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını düzgün aparsa da daha mürəkkəb hesablama əməliyyatlarında (vurma və bölmə əməliyyatları) kobud səhvlər etməsi, maraq dairəsinin daralması, mülahizə və mühakimələri səthi olması, abstrakt və məntiqi təfəkürünün zəifləməsi, atalar sözlərinin mənasını tam düzgün başa düşməyərək izah edə bilməməsi, emosiyalarında davamsızlıq müşahidə edilməsi, düşdüyü vəziyyətə tənqidinin zəifləməsi, intellektinin inkişafdan geri qalması, şəxsiyyətində qüsur aşkar olunması, İQ-55% və s.) və davranışının mümkün nəticələrini anlaya bilməməsi əsas verir Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 21 dekabr 1994-cü il tarixdə anadan olmuş X9 öz hərəkətlərini mənasını anlamaq və tam idarə etmək qabliyyətində deyildir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 21 dekabr 1994-cü il tarixdə anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 dekabr 1994-cü il tarixdə anadan olmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-341/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-341/2023
03.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver