Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3411/2021 26.10.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi və vəkili Vəkil Salman oğlunun iştirakı ilə, Ərizəçi şəhid övladının himayədə yaşamasına dair hüquqi faktın müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək şəhid Rəhimli Elcan Ədalət oğlu ilə qeyri rəsmi nikahlarından doğulmuş övladı X2 hüquqlarını dövlət və qeyri dövlət orqanlarında təmsil etməyə hüququnun olması üçün uşağın onun himayəsində yaşamasına dair faktın müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 2017-ci ildə qeyro rəsmi olaraq 44 günlük Vətən Müharibəsində şəhid olmuş (bu fakt Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən 13 noyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ 120136 nömrəli “Ölüm haqqında şhadətnamə” ilə təsdiq olunur) X10 ilə ailə qurmuşdur. Həmin nikahlarından 27 yanvar 2019-cu il tarixdə X11 adlı övladları anadan olmuşdur. (bu fakt Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən 31 may 2021-ci il tarixdə verilmiş AZ-İV 589115 nömrəli “doğum haqqında şəhadətnamə” ilə təsdiq olunur). Elcan şəhid olduqdan sonra onun valdeyinləri X3 və X8 onu dolandırmadıqları üçün Selcan ilə birlikdə yaşadığı evdən çıxmışdır, hal-hazırda evi olmadığı üçün şəhid ölvladı Selcanla birlikdə valdeyinlərinin yanında qalır. Şəhid Elcanla rəsmi nikahları olmadığı üçün və şəhid Elcanla birgə nikahlarından olan övladı Selcanın hüquqlarını müdafiə etmək üçün o, məhkəmə orqanlarına müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1074 saylı 16 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, X2 atası X10, anası isə odur. Bərdə rayon Qeydiyyat Şöbəsi 31 may 2021-ci il tarixdə verdiyi atalığın müəyyən edilməsi haqqında AZ-İ 406977 nömrəli şəhadətnamə ilə təsdiq olunur ki, onun tərəfindən doğulmuş X4 atası X5r. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 12 iyul 2021-ci il tarixdə X6 005716 saylı “Şəhid ailəsi üzvünün” vəsiqəsi verilmişdir. Həmin vəsiqədə göstərilmişdir ki, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə hüququna malikdir. Yuxarıda qeyd olunan halları təsdiq edən sənədləri Maraqlı şəxsnə təqdim edərək xahiş etmişdir ki, azyaşlı şəhid övladı X6 ev verilməsi üçün onu növbəyə salsınlar, lakin Bərdə rayon İcra Hakimiyhyətində Selcanı növbəyə almayıblar, bildiriblər ki, yuxarıda sadalanan sənədlər əsasında onu növbəyə ala bilməzlər, mütləq məhkəmə qətnaməsi ilə təsdiq olunmalıdır ki, şəhid övladı X11 anası kimi onun himayəsindədir və bundan sonra onun mənzil növbəsinə alınması üçün müraciət etməyə onun hüququ yaransın. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 005716 nömrəli şəhid ailəsinin üzvü vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 şəhid ailəsinin üzvüdür. İş materiallarında olan AZ-İ 406977 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 Selcan Elcan qızının atası hesab edilmişdir. İş materiallarında olan Bərdə rayonu Mustafaağalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 318 nömrəli, 09 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Mustafaağalı kəndində yaşayır. İş materiallarında olan AZ-İİ 120136 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Rəhimli Elcan Ədalət oğlu 18 oktyabr 2020-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İV 589115 nömrəli doğum haqqında şəhadətnamənmin surətindən müəyyən olunur ki, X11 27 yanvar 2019-cu ildə doğulmuşdur, atası X10, anası Ərizəçidır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Əsgərli Lamiyə Eyvaz qızı xx xxxxxxxx 2001-ci ildə doğulmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin 2(021)-390/2021 saylı, 29 yanvar 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, X7 27 yanvar 2019-cu il tarixdə Bərdə rayonunda anadan olması, atasının X10, anasının Ərizəçi olması faktının müəyyən edilməsi, X7 doğum haqqında şəhadətnaməsində ata qrafasında X10, ana qrafasında Ərizəçi kimi yazılması qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin məhkəmə iclasında verdiyi izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olunur ki, hal-hazırda azyaşlı X11 anası Əsgərli Lamiyə Eyvaz qızının himayəsindədir, onunla yaşayır, buna görə də ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizəçi şəhid X10 ilə qeyri rəsmi nikahlarından doğulmuş övladı X2 hüquqlarını dövlət və qeyri dövlət orqanlarında təmsil etməyə hüququnun olması üçün uşağın onun himayəsində yaşamasına dair faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3411/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3411/2021
26.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver