Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3434/2022 29.09.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, Ərizəçi İddiaçı maraqlı şəxslər DƏDKRX publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş idarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnmənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, maraqlı şəxslər DƏDKRX publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş idarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnmənin etibarsız hesab edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda geri qaytarılır. Ərizəçi İddiaçı qeyd olunan maddənin tələblərinə əməl etməyərək, iddia ərizəsini imzalamadan məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə görə Ərizəçi İddiaçı maraqlı şəxslər DƏDKRX publika hüquqi şəsinin 7 saylı Bərdə Ərazi İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş idarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnmənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: Ərizəçi İddiaçı maraqlı şəxslər DƏDKRX publika hüquqi şəsinin 7 saylı Bərdə Ərazi İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş idarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnmənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3434/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3434/2022
29.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver