Məhkəmə qərarları › İş №2(021)-344/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-344/2022

17.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-344/2022 17.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək faktiki olaraq miras əmlak kimi qəbul etdikləri-mərhum ataları X1 tam mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 67,2 kv.m olan fərdi yaşayış evinin və həmin əmlakın yerləşdiyi 0,0308 ha torpaq sahəsinin Musa Heydarovun mülkiyyətində olan 1/5 hissəsinin tərəflərindən qəbul edilməsi faktının müəyyən edilməklə, həmin əmlaklar üzərində paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılıb, sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh “Azəriqaz” İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı1 cavabdeh “Azəriqaz” İB-nə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar