Məhkəmə qərarları › İş №2(021)-3447/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3447/2021

02.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3447/2021 02.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X28 katibliyi Ərizəçi Ərizəçi Maraqlı şəxslər X16 X4 X17 X9 iştirakı ilə Ərizəçi sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Torpağa Mülkiyyət Hüququna Dair KOD 61005028 JN-0191 nömrəli Dövlət Aktında qeyd edilmiş X2 ata adı qrafasında “Həsən” adının “Ələsgər” kimi müəyyən edilməklə hüquqmüəyyənedici sənəd olan Torpağa Mülkiyyət Hüququna Dair KOD 610050** JN ***1 nömrəli Dövlət X1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X26 06.12.1977-ci ildə Bərdə rayonu Şorəlli kəndində vəfat etmiş, həmin kənd qəbristanlığında da dəfn olunmuşdur. X3, X23, X7, Ərizəçi, X14, X10 Bərdə rayonu Şorəlli kəndi ərzisində yerləşən Torpağa Mülkiyyət Hüququna Dair KOD 610050** JN ***1 nömrəli Dövlət aktı ilə 0.2707 ha pay torpaq sahəsi verilmişdir. X2 adına verilmiş Torpağa Mülkiyyət Hüququna Dair KOD 610050** JN ***1 nömrəli Dövlət aktında atası mərhum X13 ata adı səhvən Həsən kimi qeyd edilmişdir. Bu yalnışlıqların aradan qaldırılması və müvafiq düzəlişlərin edilməsi barədə DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, lakin 28 sentyabr 2021ci il tarixli **********39 nömrəli məktubla, Torpağa Mülkiyyət Hüququna Dair KOD 610050** JN ***1 nömrəli Dövlət aktında hansı səbəbdən X2 ata adının Həsən kimi qeyd edilməsi onlara məlum olmadığı, sənədin şəxsə mənsub olması faktının təsdiq edilməsi və həmin sənədlərdə səhvlərin düzəldilməsi DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığı izah edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçi Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək ərizəsinin xahiş etdi hissəsində qeyd etdiyi X13 X6 qeyd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxslər X29, X15, X30, X19 və X12 rayon 1 saylı DNKnun 11 noyabr 2004-cü il tarixli 4Ə-335 saylı alqı-satqı müqaviləsi ilə onlara Bərdə rayonu Şorəlli kəndində 0,2707 ha torpaq sahəsi verildiyini, həmin torpağa mülkiyyət hüququna dair JN 191, KOD 61005028 saylı dövlət aktı aldıqlarını, həmin dövlət aktında X13 ata adı texniki səhv olaraq “Həsən” kimi qeyd olunduğunu qeyd edərək ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, maraqlı şəxsləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-0191 saylı KOD 61005028 olan Dövlət aktından müəyyən olunur ki, Bərdə rayon 1 saylı DNK-nun 11 noyabr 2004-cü il tarixli 4Ə-335 saylı alqı-satqı müqaviləsi ilə Bərdə rayonu Şorəlli kənd sakinləri X20, X21, ələsgərova Gülnarə Hedar qızının, Ərizəçi, X11 və X8 mülkiyyətinə 0,2707 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 2476-05/69 saylı 05 dekabr 2019-cu il tarixli ölüm akt qeydindən çıxarışın surətindən müəyyən olunur ki, X27 07 oktyabr 2003-cü ildə Bərdə rayonu Şorəlli kəndində ölmüşdür. İş materiallarında olan İ- ЖГ 255757 saylı 24 iyul 1974-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X27 ilə X31 24 iyul 1974-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Həsənova soyadı verilmişdir. İş materiallarında olan İX- ЖГ 262861 saylı 07 dekabr 1982-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 14 sentyabr 1982-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X27, ana qrafasında anası kimi X29 qeyd edilmişdir. İş materiallarında olan İX- ЖГ 410766 saylı 28 noyabr 1983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 18 oktyabr 1983-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X27, ana qrafasında anası kimi X29 qeyd edilmişdir. İş materiallarında olan Vİİ- ЖГ 437622 saylı 20 oktyabr 1981-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ələsgərov Elşad Heydar oğlu xx xxxx 1981-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X27, ana qrafasında anası kimi X29 qeyd edilmişdir. İş materiallarında olan Vİ- ЖГ 449714 saylı 21 yanvar 1980-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 06 avqust 1979-cu ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X27, ana qrafasında anası kimi X29 qeyd edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********39 nömrəli 28 sentyabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-0191 saylı dövlət aktında adın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-0191 KOD 61005028 saylı Dövlət aktının X22, X23, X7, Ərizəçi, X14, X10 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X25, X21, X5, Ərizəçi, X11, X8 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0191 KOD 61005028 saylı Dövlət aktının X22, X23, X7, Ərizəçi, Ələsgərova (Abbasova) Aynur Heydar qızına, X10 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X25, X21, X5, Ərizəçi, X11, X8 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN- 0191 KOD 61005028 saylı Dövlət aktının X22, X23, X7, Ərizəçi, Ələsgərova (Abbasova) Aynur Heydar qızına, X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar