Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3452/2023 31.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “X3” qarşı “qaz pulunun azaldılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 2890.32 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1966-cı il təvəllüdlüdür, ailəlidir, 3(üç) uşaq atasıdır, Bərdə rayon sakinidir, işsizdir. Onlar ailəlikcə Bərdə şəhəri, Bahadur Hacıyev küçəsi 01-də yaşayırlar. Hamı kimi onların da yaşadıqları evə çəkilmiş qazdan istifadə edirlər. Onlar istehlak etdikləri qaz üçün qaz sayğacı qoyulmuşdur. Həmin qaz sayğacı evlərinin qapısından çöldə, yəni küçədə qoyulmuşdur. Bir neçə illərdir ki, sayğacda qeyd edilən, istehlak edilən qazın pulunu mütamadi olaraq keçirir. Bu günə qədər isə qaz idarəsinin əməkdaşları sayğaca mütamadi baxış keçirmişlər. Maddi imkansızlıqdan 01 fevral 2023-cü il tarixdə qaz xəttinə qanunsuz müdaxilə etmiş,13 mart 2023-cü il tarixdə Azğriqaz İB-nin Bərdə rayon əməkdaşları Vüsal Allahverdiyev, Adil Yaqublu, Təbriz Məmmədli evinə qoyulmuş qaz sayğacına baxış keçirmiş, qanunsuz müdaxiləni aşkar edərək 17 mart 2023-ci il ******* saylı akt tərtib etmişlər. Bu günlərdə bilmişdir ki, 2890,32 manat cərimə edilmişdir. Axı o, 1 ay 13 gün müddətində 3 gözlü qaz pilətəsi və bir ədəd qızdırıcı radiatordan istifadə etmişdir. Ona 1 ay 13 gün müddətində yazılan 2890,32 manat qaz pulu haqsızlıqdır. Belə ki, qeyd edilən müddətdə 24086 m/3 qaz istehlakı mümkün deyildir. O, təkrarən bildirir ki, maddi imkansızlıqdan bunu etmişdir. Əməlimdən peşmanır. Ona 1 ay 13 gün müddətində yazılan 2890,32 v qaz pulu fantastik rəqəmdir. Onun evində 3 gözlü qaz pilətəsi və bir ədəd radiatora görə qeyd edilən rəqəm fantastiq rəqəmdir. Bu ona qarşı haqsızlıqdır. Odur ki, 1 ay 13 gün müddətində onun evində 3 gözlü qaz pilətəsi və bir qızdırıcı radiatora görə ekspertiza keçirilib 2890,32 manat qaz pulunun azaldılmasına dair məhkəmə aktına ehtiyacı var. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “X2” nümayəndəsi X10 iddianı qəbul etməyərək izahatında göstərdi ki, “X2” mütəxəssisləri tərəfindən Bərdə şəhəri, Bahadur Hacıyev küçəsi ev 01-də yaşayan X7 məxsus fərdi evinə quraşdırılmış qaz sayğacına baxış keçirilən zamanı sayğacdan kənar əlavə xəttdən iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və çəkilişlər aparılmışdır, qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X9nın pozulması haqqında” akt tərtib edilmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzssiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxxx 1966-cı ildə Tərtər rayonu Qazyan kəndində doğulmuşdur, Tərtər rayonu, Qazyan kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3669 nömrəli, 18 avqust 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan “Təbii X9nın pozulması haqqında” ******* nömrəli 17 mart 2023-cü il tarixli aktın surətindən görünür ki, həmin aktla ünvan 2 ünvanında İddiaçı fərdi evində quraşdırılmış sayğaca baxış keçirilməsi, baxış keçirilən zamanı abonentin sayğacdan kənar qaz xəttinə qoşularaq qanunsuz qazdan istifadə etdiyi aşkar olunaraq aktlaşdırılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonent kodu **********03610 İddiaçı qalıq və aktlar üzrə borcu 2890.32 manat təşkil edir. İş materiallarında olan cavabdeh “X2” nümayəndəsi X10 tərəfindən verilmiş etirazda göstərilmişdir ki, İddiaçı cavabdeh ‘Azəriqaz" İstehsalat Birliyinə qarşı “Azəriqaz'İstehsalat Birliyinin “əsassız hesablanmış 2890.32 (iki min səkkiz yüz doxsan manat, otuz iki qəpik) manat cərimənin ləğv edilməsi barədə iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Cavabdehnə qarşı iddia tələbi təmin edilməməli, çünki, İddiaçı Müqavilənin 2.3.2- ci yarımbəndinin (bu Müqavilənin və “X9nın tələblərinə əməl etmək) və “X9”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanuns uz qoşulma) tələblərini pozaraq, sayğacdan kənar əlavə xəttdən istifadə edərək təbii qazı talamışdır. İddiaçı Cavabdeh Tərtər X12 İdarəsinin Bərdə Xidmət Sahəsinin abonenti olmaqla **********03610 nömrəli hesabla qeydiyyatdadır. İddiaçı **********03610 saylı qaz hesabında 2890.32 (iki min səkkiz yüz doxsan manat, otuz iki qəpik ) manat dəymiş ziyan 17 mart 2023-cü il tarixli, ******* nömrəli təbii X9nın pozulması ilə bağit tərtib edilmiş akta əsasən hesablanmış məbləğdir.Belə ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən Bərdə şəhəri, B.Hacıyev küçəsində yaşayan İddiaçı məxsus fərdi evinə quraşdırılmış Zenner G-4 smart **********298 nömrəli qaz sayğacına 17 mart 2023-cü il tarixdə baxış keçirilən zamanı sayğacdan kənar əlavə xətt vasitəsilə küçə qaz kəmərinə qoşularaq iddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X9n pozulması haqqında” akt tərtib edilmişdir. 23 may 2022-ci il tarixdə əməkdaşlarımız tərəfindən İddiaçı fərdi evinə baxış keçirən zamanı da sayğacdan kənar qaz xətti aşakar olunmuşdur. 23 may 2022-ci il tarixli, ******* nömrəli aktla 596.16 manat məbləğində dəymiş ziyan hesablanaraq, hesabına qeyd edilmişdir. Tərəflər arasında bağlanılmış "Qaz paylayıcısı isə sənaye qaz qurğusu istifadə üçün arasında qazın alqı-satqısı barədə müqavilənin 2,3.5-ci bəndinə əsasən təqs hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra erdilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qəran ilə təsdiq etdilən “Qazdan istifadə qayda!arı”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “X9nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetiriiməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “X9nda nəzərdə tutulmuş digər vəzifələr; yerinə yetirməsi iddiaçının müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu kimi hallar “Azəriqaz" İstehsalat Birliyinin əhalinin təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işilərə mənfi təsir göstərir. Məhkəmə iclasında İddiaçı sayğacdan kənar xətdən istifadə etdiyini etiraf etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "X9nın təsdiq edilməsi haqqında” 12 may 2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hüquq pozuntusuna yol verdiyi halı öz izahatında, məhkəməyə verdiyi iddia ərizəsində və cavabdehin təqdim etdiyi diskdə öz əksini tapmışdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Həmin Qanunun 26-cı maddəsinə müvafiq olaraq, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddiaçı cavabdeh “X3” qarşı “cərimə məbləğinin azaldılaraq silinməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3452/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3452/2023
31.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver