Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3495/2022 06.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X7 iclas katibliyi «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin Cavabdeh qarşı yerüstü qaz kəmərinin “mühafizə zonasındakı hasarın sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Azəriqaz» İstehsalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın tələbləri pozularaq Ağdam rayonu, Yeni Quzanlı qəsəbəsi ərazisindən keçən "Azəriqaz” İstehsalat Birliyinin balansında və istismarında olan, diametri 57 mm-lik yerüstü qaz kəmərinin (fərdi evinin qarşısından keçən) mühafizə zonasındakı hasarın sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi və 100.40 manat məbləğində ödənilmiş dövlət rüsumunu cavabdehdən alınaraq «Azəriqaz» İB- nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M\H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN\**********, İBAN AZ72İBAZ******************** nömrəli hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «Azəriqaz» İstehsalat Birliyi iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın tələbləri pozularaq Bərdə rayonu, Kətəǝlparaq kənd ərazisindən keçən "Azəriqaz” İstehsalat Birliyinin balansında və istismarında olan, diametri 57 mm-lik yerüstü qaz kəmərini 40 metr hissəsi dayaqlar üzərindən salmış, 20 metr hissəsinin üzərində ağac qalıqları ilə örtmüş və 20 metr hissəsini isə taxta dayaqlar üzərinə qaldıraraq mühafizə zonasını (fərdi evinin qarşısından keçən) pozmuşdur. Cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında (kəmərin üzərində) yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, həmin ətrafda yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Bu səbəbdən qaz kəmərinin mühafizə zonasındakı hasarlar təxirəsalınmadan sökülməlidir. Bununla bağlı "Azəriqaz” X3 X13 İdarəsi tərəfindən Azərbaycan Respublikasının Fövqəladə hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən X9 müraciət edilmiş və Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarət Dövlət X2 müfəttişliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərək Akt tərtib olunaraq mühafizə zonasının pozulması faktı təsdiq edilmişdir. (məktub əlavə olunur) Məhkəmə iclasında iddiaçının nümayəndəsi X11 iddia ərizəsinə uyğun izahat verib, həmçinin iddia ərizəsinin dəqiqləşməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, "Azəriqaz” İstehsalat Birliyinin balansında və istismarında olan, Bərdə rayonu, Kətǝlparaq kənd ərasizində cavabdehin evinin qarşısından keçən diametri 57 mm-lik yerüstü qaz kəmərinin 40 metr hissəsinin dayaqlar üzərinə qaytarılması, 20 metr hissəsindəki ağacların götürülməsi və 20 metr hissənin isə taxta dayaqlar üzərindəki yerinə, yəni əvvəlki vəziyyətinə qaytarılması və mühafizə zonasının bərpasını öz vəsaiti hesabına yerinə yetrilməsi, 100.40 manat məbləğində ödənilmiş dövlət rüsumunu cavabdehdən alınaraq «Azəriqaz» İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanunda nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsi ilə məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişlər və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X10 Agentliyi tərəfindən tətib edilmiş Texniki təhlükəsizliyin vəziyyətinin yerində qiymətləndirilməsi üzrə xx.xx.2020-ci il tarixli Aktdan görünür ki, Bərdə rayonu, Kətǝlparaq kənd sakini X5 həyətinin qarşısından keçən orta təzyiqli diametri 57 mm-lik qaz xəttinin 40 metr hissəsini dayaqlardan yerə salaraq, 20 metr hissəsinin üzərini ağac qalıqları ilə örtmüş, 20 metr hissəsini isə taxta dayaqlar üzərinə qaldıraraq həyətinə keçmək üçün yol açmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və X10 Agentliyi tərəfindən Bərdə Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, "Qaz kəmərlərinin mühafizə zonasının boşaldılması barədə "Azəriqaz" İB Tərtər X13 İdarəsindən Agentliyə daxil olmuş SOCAR **********30490075X00504 nömrəli, xx.xx.2020-ci il tarixli müraciətə əsasən Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X10 X2 müfəttişliyinin mütəxəssisləri tərəfindən yerində araşdırma aparılmış və akt tərtib edilmişdir. Araşdırma zamanı Bərdə rayonu, Kətǝlparaq kənd sakini X5 həyətinin qarşısından keçən orta təzyiqli diametri 57 mm-lik qaz xəttinin 40 metr hissəsini dayaqlardan yerə salaraq, 20 metr hissəsinin üzərini ağac qalıqları ilə örtmüş, 20 metr hissəsini isə taxta dayaqlar üzərinə qaldırılması faktı öz təsdiqini tapmışdır. Yaranmış vəziyyətin hər hansı bədbəxt hadisələrə səbəb ola biləcəyini nəzərə alaraq qaz xəttinin təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş "Azəriqaz" İB Tərtər X13 İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, cavabdehə “qaz kəmərinin mühafizə zonasının boşaldılması” barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzinin surətindən görünür ki, “Azəriqaz” İB tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bərdə rayonu, Kətǝlparaq kənd sakini X8 həyətinin qarşısından keçən orta təzyiqli diametri 57 mm-lik qaz xəttinin 40 metr hissəsini dayaqlardan yerə salaraq, 20 metr hissəsinin üzərini ağac qalıqları ilə örtmüş, 20 metr hissəsini isə taxta dayaqlar üzərinə qaldıraraq həyətinə keçmək üçün yol açmışdır. Bununla da mühafizə zonasını pozmuşdur Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaları"nın 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Azərbaycan Respublikasının Qaz təchizatı haqqında Qanunun 6-cı maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin Qanunun 19-cu maddəsinə əsasən Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirlərilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir. Həmin Qanunun 2 2 - c i maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, "Azəriqaz” İstehsalat Birliyinin balansında və istismarında olan, diametri 57 mm-lik yerüstü qaz kəmərinin 40 metr hissəsinin dayaqlar üzərinə qaytarılması, 20 metr hissəsindəki ağacların götürülməsi və 20 metr hissənin isə taxta dayaqlar üzərindəki yerinə, əvvəlki vəziyyətinə qaytarılması və mühafizə zonasının bərpasını öz vəsaiti hesabına yerinə yetirilməsi vəzifəsi Cavabdeh üzərində qoyulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində rüsumu Cavabdeh alınaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin «Azəriqaz» İB- nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M\H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN\**********, İBAN AZ72İBAZ******************** nömrəli hesabına hesabına tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. "Azəriqaz” İstehsalat Birliyinin balansında və istismarında olan, diametri 57 mm-lik yerüstü qaz kəmərinin 40 metr hissəsinin dayaqlar üzərinə qaytarılması, 20 metr hissəsindəki ağacların götürülməsi və 20 metr hissənin isə taxta dayaqlar üzərindəki yerinə, əvvəlki vəziyyətinə qaytarılması və mühafizə zonasının bərpasını öz vəsaiti hesabına yerinə yetrilməsi vəzifəsi Cavabdeh üzərində qoyulsun. Cavabdeh və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin «Azəriqaz» İB- nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M\H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN\**********, İBAN AZ72İBAZ******************** nömrəli hesabına hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3495/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3495/2022
06.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver