Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-353/2024 16.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və X6 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və X6 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və X13 ərizə ilə məhkəməyə müraciət edərək, JN 262A, KOD 61020018 saylı Torpağın Mülkiyyetə X1 X12 "ad, soyad və ata adının " Ərizəçi1 kimi, X7 X4 qeyd olunmaqla hüquqmüəyyənedici sənədlərin onlara məxsus olması faktının müəyyən edilib təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Ərizəçilər ərizəni belə əsaslandırmışdırlar ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 18 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə onların ailəsinə Bərdə rayonu, Xəsili kəndində, ümumilikdə 0.64 ha torpaq sahəsi verilmişdir. Bu barədə JN 262A, KOD 61020018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə də verilmişdir. Sözügedən şəhadətnanə də onların ad, soyad və ata adları yanlış olaraq "X17” kimi və “X14” kimi qeyd olunmuşdur. Onlara maxsus bütün sənəclərdə, o cümlədən şəxsiyyət vəsiqələrində, ali təhsil haqqında diplomda, doğum haqqında şəhadətnamələrdə ad, soyad və ata adları düzgün olaraq Ərizəçi1 və X13" kimi qeyd olunmuşdur. Bərdə Rayon Xəsili Kənd İcra Nümayəndəliyi tərəfindən verilən müvafiq olaraq xx.xx.2023-cü il tarixli, 603 saylı və xx.xx.2023-cü il tarixli arayışlardan göründüyü kimi, JN 262A, KOD 61020018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə adları texniki səhv yazılan X17 ilə Ərizəçi1 və X14 ilə X13 eyni şəxslərdir. Bərdə rayonu Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə onlara verilmiş JN 262A, KOD 61020018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə müvafiq düzəliş edilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi idarəsinə müraciət etsələr də, sözügedən qurumdan xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir ki məhkəməyə müraciət etməlidirlər. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 oğlu ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçi X13 oğlu ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi X16 məhkəməyə ərizə göndərərək, Ərizəçi1 və digərləri tərəfindən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi tələbi 7 saylı Bərdə Ərazi İdarəsinin hər hansı bir hüquq və maraqlarına toxunmur. Odur ki, ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etmirlər və sözügedən iddia tələbinə dair qanunauyğun qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA №0144364 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X13 xx.xx.2002-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1977-ci ildə Bərdə rayon Xəsili kəndində anadan olmuşdur. Bərdə rayon Xəsili kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İV-ЖГ №489371 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1977-ci ildə Bərdə rayon Xəsili kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİ №050467 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.2002ci ildə anadan olmuşdur. Ata qrafasında ata adı Ərizəçi1, ana qrafasında ana adı X2 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İ №012776 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X10 arasında xx.xx.2002-ci il tarixdə Bərdə rayon VVADQ Şöbəsində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Salmanova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-262A KOD- 61020018 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 nömrəli qərarı ilə 0.64 ha torpaq sahəsi Bərdə rayon Xəsili kənd sakinləri X8, X3, X5, X12 və X7 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan qeyd olunmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN- 262A KOD 61020018 No-li sənəd də mülkiyyətçi X14 göstərilmişdir. Ancaq o dövürdə və hal-hazirda həmən ailədə və Xəsili kənd icra nümayəndəliyi ərazisində X14 adli şəxs olmayib. Ailədə xx.xx.2002-ci il tarixdə Ərizəçi2 adında vətəndaş olmuşdur. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçilər Torpağın mülkiyyətə verilməsinə dair JN-262A saylı Şəhadətnamədə səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-262A KOD-61020018 saylı Şəhadətnamədə yanlışlıq olaraq mülkiyyətçilər- Ərizəçi1 adı “X17”, X6 adı və ata adı “X14” kimi qeyd olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN-262A KOD-61020018 saylı Şəhadətnamədəki– “X17” və “X14” yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi1 və X11 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-262A KOD-61020018 saylı Şəhadətnamədə “X17” və “X14” yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi1 və X11 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-262A KOD-61020018 saylı Şəhadətnamədə qeyd olunmuş “X17” və “X14” yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi1 və X11 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-353/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-353/2024
16.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver