Məhkəmə qərarları › İş №2(021)-3557/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3557/2022

06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3557/2022 06.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi Abduləli qızının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Abduləli qızının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Abduləli qızı ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-199 KOD-61007018 saylı Dövlət Aktının mərhum əri X11 məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni belə əsaslandırmışlardır ki, Bərdə rayonu Zümürxan kənd icra nümayəndəliyinin Zümürxan kəndində yaşayır. X16 ilə 17 yanvar 2000-ci ildə nikah bağlayaraq ailə qumuşlar. X3 adına verilmiş Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair KOD 610070** JN *** nömrəli Dövlət Aktına əsasən X9 mülkiyyətinə 0.27 hektar pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair KOD 610070** JN *** nömrəli Dövlət Aktında X3 adı səhvən Əlipənah kimi qeyd edilmişdir. Bu yalnışlığın aradan qaldırılması və müvafiq düzəlişlərin edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, lakin 19 iyul 2022-ci il tarixli, **********30 nömrəli məktubla, Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna Dair KOD 610070** JN *** nömrəli Dövlət Aktında hansı səbəbdən X8 adının Əlipənah kimi qeyd edilməsi onlara məlum olmadığı, sənədin şəxsə mənsub olması faktının təsdiq edilməsi və həmin sənəddə səhvlərin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətinə aid olmadığı və məhkəməyə müraciət olunması izah edilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Abduləli qızının nümayəndəsi Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Abduləli qızı xx.xx.1975-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Zümürxan icra hakimiyyəti tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş Vİİ-ЖГ № 404710 nömrəli Nikahın bağlanması haqqında şəhdətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 ilə X17 arasında xx.xx.2000-ci il tarixdə 02 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon VVADQ Şöbəsinin Zümürxan kənd İN tərəfindən verilmiş AZ-İ № 783177 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. X4, anası Ərizəçi Abduləli qızıdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon VVADQ Şöbəsinin Zümürxan kənd İN tərəfindən verilmiş AZ-İ № 093286 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2002-ci il tarixdə anadan olmuşdur. X4, anası Ərizəçi Abduləli qızıdır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ №152577 nömrəli Arayışdan görünür ki, X16 xx.xx.2021-cü ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 383 saylı xx.xx.2022-ci il tarixli arayışda eyd olunur ki, Bərdə rayon Zümürxan kəndində qeydiyyatda olmuş və yaşamış mərhum X16 vəfat edəndən sonra təsərrüfatnda onunla birgə yaşayan faktiiki olaraq ailə üzvləri qalmışdır: Ərizəçi Abduləli qızı, X2, X6. İş materiallarına əlavə edilmiş Bərdə Zümürxan kənd Bələdiyyəsi tərəfindən verilmiş 36 saylı xx.xx.2022-ci il tarixli arayışda eyd olunur ki, X16 vəfat etdiyi tarixdən (xx.xx.2022-ci il) bu günədək onun həyat yoldaşı Ərizəçi Abduləli qızı tərəfindən 0.27 sot pay torpaq sahəsinə və 0,8 sot hǝyǝtyani torpaq sahəsinə sahiblik edilərək həmin əmlaka dair vergi ödənmişdir və hal-hazırda heç bir vergi borcu yoxdur. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-199 KOD- 61007018 saylı Dövlət Aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 05 nömrəli qərarı ilə 0.27 ha torpaq sahəsi Bərdə rayon Zümürxaç kənd sakini X7 mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçi Torpağa mülkiyyət hüququna dair JN-199 saylı Dövlət Aktında səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Dövlət Aktında düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 bildirdi ki, mərhum X16 onun qardaşı olub. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 05 nömrəli qərarı ilə 0.27 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-199 KOD-61007018 saylı Dövlət Aktında yanlışlıq olaraq mülkiyyətçi- mərhum X8 adı “X14”, kimi qeyd olunmuşdur. Torpağa mülkiyyət hüququna dair JN-199 KOD-61007018 saylı Dövlət Aktındakı – X14 yazısının mərhum mülkiyyətçi X11 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağa mülkiyyət hüququna dair JN-199 KOD-61007018 saylı Dövlət X1 yazısının mülkiyyətçi mərhum X11 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-199 KOD-61007018 saylı Dövlət Aktında qeyd olunmuş X14 yazısının mülkiyyətçi mərhum X11 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar