Məhkəmə qərarları › İş №2(021)-3568/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3568/2025

09.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3568/2025 09.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi “Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” xüsusi icraat qaydasında ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizə üzrə tələbi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 07 fevral 1987-ci il təvəllüdlü qardaşı X4 fəaliyyət qabiliyyətsiz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd edilən işin halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X10 ilə anası X2 evliliyindən 07 fevral 1987-ci il təvəllüdlü qardaşı X9 uzun müddət psixoloji problemdən, indi isə gözdəl əlillikdən əziyyət çəkir. Psixoloji problemi olduğu zaman onun xəstəlik diaqnozu osqatreniya debillik dərəcəsində doğum travmasından sonra nitqin qüsuru, gözdən əlil olduğu üçündə diaqnozu isə OD-periferik xoriorental distrofiya, başlanğıc katarakta, neovaskulyar 4 C qlukoma, yüksək dərəcəli miopiya M-19,0, OS-artifakiya, ikinci dərəcəli katarakta, göz almasının sübatrofiyasıdır. Hazırda qardaşı xəstəliyi ilə ələqdar ömürlük İ qrup əlilidir. Qardaşının gözləri görmədiyi üçün özünü idarə edə bilmir. Davamlı olaraq hər hansı bir şəxsin qulluğuna və köməyinə ehtiyacı var. Tez-tez qıcolma tutmaları var və hal-hazırda mürtamadi olaraq müalicə olunur. Hazırda qardaşıə X4 hər hansı bir şəxsin köməyinə ehtiyacı olduğu üçün qardaşının fəaliyyət qabiliyyətsiz hesab edilməsini istəyir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına istinad: Məhkəmə ərizəçini dinləyib mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1984-cü ildə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1987-ci ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış X18 haqqında ******* saylı arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Bəcirəvan kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Xəsili kənd Soveti tərəfindən verilmiş Xİİ-JQ329956 nömrəli,28 fevral 1987-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 07 fevral 1987-ci ildə anadan olmuş, ata qrafasında ata adı X10, ana qrafasında ana adı X5 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Xəsili kənd Soveti tərəfindən verilmiş İX-JQ494976 nömrəli, 05 aprel 1984-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1984-cü ildə anadan olmuş, ata qrafasında ata adı X10, ana qrafasında ana adı X5 qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemi əlilliyin qiymətləndirilməsinə dair arayışdan görünür ki, X6 26 dekabr 2024-cü il tarixdən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 18 saylı TSEK müayinə aktından çıxarışlardan görünür ki, X6 uşaqlıqdan İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 may 2025-ci il tarixli, 153 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Bəcirəvan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bəcirəvan kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 may 2025-ci il tarixli, 154 nömrəli arayışdan görünür ki, X1 rayonu Bəcirəvan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Bərdə Rayon Məhkəməsinin 2(021)-3568/2025 saylı, 15 sentyabr 2025-ci il tarixli qərardadına əsasən ərizəçi X7 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X19 tərəfindən verilmiş 845 saylı, 21 noyabr 2025-ci il tarixli rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Ərizəçinin qardaşının fəaliyyət qabiliyyətli olub-olmamasının müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyi ilə X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar müəyyən edilmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Ərizəçi (Bərdə rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar