Məhkəmə qərarları › İş №2(021)-3571/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3571/2022

22.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3571/2022 22.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi iştirakları ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayon Aqrar İslahat Komitəsinin 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə verilmiş JN 0016 KOD 61022038 saylı dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarına əsasən ona ailə üzvüləri ilə birlikdə Bərdə rayonu, Qazaxlar kəndində yerləşən 2.73 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN0016 KOD-61022308 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onların və ailə üzvülərinin adınadır. Hal-hazırda olara verilmiş dövlət aktında səhvlik baş vermişdir. Belə ki, onun soyadı Ərizəçi olduğu halda soyadı səhvən X4 yazılmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, ərizəçi Fəridlə qohumdur, Fəridin adı Ərizəçidur, lakin onlara verilmiş torpağın sənədində Həmidov Fərid yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərdi ki, Ərizəçi ilə qohumdur, onlara torpaq sahəsi verilib, həmin torpağın sənədində soyadı səhvən Həmidov yazılmışdır. Məhkəmə ərizəçilərin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan JN 0016, KOD 61022038 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayonu Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 nömrəli qəqrına əsasən Bərdə rayonu, Qazaxlar kənd sakinləri X8, X1, X9, X5 və X10 mülkiyyətinə Bərdə rayonu, Qazaxlar kəndində 2.73 ha kənd təsərrüfat məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayonu, Şatırlı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 435 saylı, 30 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, JN 0016, KOD 61022038 torpağa mülkiyyət hüququna dair dövlət aktında X12 ilə Ərizəçi eyni şəxsdir. İş materiallarında olan Bərdə rayonu, Şatırlı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 436 saylı, 30 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Qazaxlar kəndində yaşayır. İş materiallarında olan 802918 nömrəli şıxarışdan müəyyən olunur ki, Ərizəçi ilə X7 15 yanvar 2013-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. İş materiallarında olan Xİİ 358188 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi xx xxxx 1987-ci ildə doğulmuşdur, atası X13, anası X3r. İş materiallarında olan AO ******* nömrəli hərbi biletin surətindən müəyyən olunur ki, həmin hərbi bilet Ərizəçi aiddir. İş materiaallarına olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1987-ci ildə doğulmuşdur. İş materiaallarına olan AZE 13188022 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 15 noyabr 1977-ci ildə Bərdə rayonu Qazaxlar kəndində doğulmuşdur, Bərdə rayonu, Qazaxlar kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin durətindən müəyyən olunur ki, X16 08 iyul 1986-cı ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********13 nömrəli 05 oktyabr 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi JN-0016 saylı dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, JN 0016, KOD 61022038 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X10 adına verilmiş JN 0016, KOD 61022038 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X10 adına verilmiş JN 0016, KOD 61022038 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar