Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3598/2021 23.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDX-nin 7 saylı Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDX-nin 7 saylı Ərazi İdarəsinə qarşı ərizə ilə müraciət edərək Torpağa mülkiyyət hüuquna dair KOD61000088 saylı JN091 A saylı Dövlət Aktında qeyd olunmuş mülkiyyətçilər mərhum atası X3 münasibətdə Ərizəçi1, X2 münasibətdə Ərizəçi2,X4 münasibətdə Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 iddianı müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçilər ərizə ilə məhkəməyə müraciət edərək JN-0014, KOD61019018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında olan adların düzəliş edilməklə hüquqmüəyyənedici sənədlərin onlara məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilən sənəd rayon aqrar islahat komissiyasının qərarı əsasında verilmiş və sənədin bir nüsxəsi rayon şöbəsində saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Qanunvericiliyin tələbinə görə, maraqlı orqan özü ərizəçinin tələb etdiyi düzəlişi etmək səlahiyyətinə malikdir, eyni zamanda həmin orqan düzəliş etmədikdə və ya hərəkətsizlik göstərdikdə isə ərizəçilər hərəkət və ya hərəkətsizlikdən müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, ərizəçi göstərilən dövlət aktında düzəliş edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumuna müraciət etməli olduğu halda birbaşa ərizə ilə fakt təstiqi qaydasında məhkəməyə müraciət etmişdir. Əslində isə hazırki işə fakt təsdiqi qaydasında baxıla bilməz. Beləliklə məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və ərizəçiyə izah olunmalıdır ki, ərizəçilər göstərilən tələblə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumuna müraciət etməli, ərizəçinin tələbinin təmin olunmasından imtina edildiyi və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. MPM-nin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və MPM-in 261, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDX-nin 7 saylı Ərazi İdarəsinə qarşı “sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə icraata xitam verilsin. Ərizəçilərə izah edilsin ki, göstərilən tələblə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumuna müraciət etməli, tələbinin təmin olunmasından imtina edildiyi və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: imzа var Əsli ilə düzdür: Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(021)-3598/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3598/2021
23.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver