Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-36/2025 19.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı- 29 aprel 1995-ci il təvəllüdlü X2 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandırmışdır ki, X5 xx.xx.1995-ci ildə, Tərtər rayonu Qarağacı kəndində anadan olmuşdur. 20 ildən çoxdur ki, Bərdə rayon Xəsili kəndində qeydiyyatda olaraq yaşayır. O, xx.xx.2014-cü ildən Bərdə şəhər Poliklinikasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatındadır. Ona “uzun gedişli dissosiativ-konversion pozuntu tez-tez baş verən funksional tutmaları ilə” diaqnoz qoyulmuşdur. Məhəbbətin səhətinə qoyulan diaqnoz travmadır və hərbi xidmət dövründə almışdır. Elə buna görə də əsgərlik xidmətini tam başa çatdırmayaraq, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının tibbi rəyi ilə hərbi hissədən geri qaytarılmışdır. Uzun müddətdir ki, Məhəbbət Nəcəfli onun himayəsində yaşayır, onun bütün ehtiyaclarını o ödəyir. X2 ruhi xəstəliyi vardır, özünü və hərəkətlərini idarə edə bilmir, daimi yardıma və nəzarətə ehtiyacı vardır. Ona görə də onun fəaliyyət qabiliyyətsiz olmasına dair qətnamə çıxarılmasına ehtiyacları vardır. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərərk, ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Vətən Müharibəsi X8 №74673 nömrəli Vəsiqənin surətindən görünür ki, Ərizəçi Azərbaycan Vətən Müharibəsi X6 Bərdə rayon şöbsində üzv kimi qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Seriya AA2324940 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1995-cı il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X15 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 589 saylı Arayışdan görünür ki, X1 şəhər Poliklinikasının ruhi-əsəb kabinetində disponser qeydiyyatındadır. Diaqnozu: “uzun gedişli dissosiativ konversion pozuntu tez-tez baş verən funksional tutmaları”. Mülki işə əlavə edilmiş X16 Disponseri tərəfindən verilmiş Xəstənin ambulator Stasionar tibbi kartasından Çıxarışdan görünür ki, X3 “uzun gedişli dissosiativ konversion pozuntu teztez baş verən funksional tutmaları” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 tərəfindən verilmiş X4 görünür ki, X3 “orta dərəcədə ifadə olunmuş dissosiativ konversion pozuntu” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş 4 saylı X11 Ambulator, X10 kartasından Çıxarışdan görünür ki, X3 “uzun gedişli dissosiativ konversion pozuntu tez-tez baş verən funksional tutmaları” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş DSX Mərkəzi hərbi həkim komisiyası tərəfindən xx.xx.2013-cü il tarixli 63 nömrəli göndərişinə əsasən verilmiş xx.xx.2024-cü l tarixli 32 nömrəli Xəstəlik şəhadətnaməsindən görünür ki, X3“ orta dərəcədə ifadə olunmuş dissosiativ konversion pozuntu” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş X13 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş X12 görünür ki, X3 “uzun gedişli dissosiativ konversion pozuntu, f 44. Anamnezində funksional tutmalarla” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, X3 “uzun gedişli dissosiativ konversion pozuntu, f 44. Anamnezində funksional tutmalarla” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X14 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 911 saylı xx.xx.2024-cü il tarixli rəyindən müəyyən olunur ki, 29 aprel 1995-ci il təvəllüdlü X5 halhazırda fəaliyyət qabiliyyəti olan şəxs hesab olunur. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 29 aprel 1995-ci il təvəllüdlü X5 öz hərəkətlərinin mənasını anlamaq və idarə etmək qabliyyətindədir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-36/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-36/2025
19.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver