Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3600/2021 02.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X15 katibliyi Ərizəçi Ərizəçi1 Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi (vəkili) Nümayəndə Maraqlı şəxslər X7 X13 iştirakı ilə Ərizəçi1 sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayonu X10 27 dekabr 1997-ci il tarixli 13 saylı qərarı hə onlara Bərdə rayon Qazaxlar kəndində verilmiş 2.26 ha torpaq sahəsinə verilmiş JN-196 KOD-61020028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının təstiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayonu Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 13 saylı qərarı ilə ona ailə üzvləri ilə birlikdə Bərdə rayon Qazaxlar kəndində yerləşən 2.26 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-196 KOD-61020028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onların adlarınadır. Ancaq, həmin sənəddə adlarında uyğunsuzluq olmuşdur. Onların düzəliş olunmasını istəyirlər. Dövlət aktında uyğunsuzluq olması onlara bir sıra çətinliklər yaradır. Belə ki, onun soyadı Ərizəçi1 olduğu halda soyadını səhvən X1, Ərizəçi2 olduğu halda soyadını səhvən X2 qeyd edilib. Onların adının JN-196 KOD-61020028 saylı dövlət aktında düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciyyət etsələr də heç bir nəticəsi olmamışdır. Lakin hal-hazırda JN-196 KOD-61020028 saylı dövlət aktında adlarının düzgün qeyd edilməsini istəyirlər. Çünki, bu onlara bir sıra çətinliklər yaradır. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 nümayəndəsi Nümayəndə Ərizəçi1 göstərdiklərini bir daha təsdiq edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxslər X12 və X6 rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli qərarı əsasında onlara Bərdə rayonu Qazaxlar kəndində 2,26 ha torpaq sahəsi verildiyini, həmin torpağa mülkiyyət hüququna dair JN 196, KOD 61020028 saylı dövlət aktı aldıqlarını, həmin dövlət aktında ərizəçilər Ərizəçi1 və Ərizəçi2 soyadları texniki səhv olaraq “Hümbətov” kimi qeyd olunduğunu qeyd edərək ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin və ərizəçilərin nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, maraqlı şəxsləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-196 saylı KOD 61020028 olan Dövlət aktından müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 13 nömrəli qərarına əsasən Bərdə rayonu Qazaxlar kənd sakinləri X3, X14, X4 və X9 mülkiyyətinə 2,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 500 saylı 05 oktyabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında (JN-196 KOD 020028) texniki səhv olaraq X16 yazılmışdır. Əslində isə Ərizəçi2 yazılmalıdır və bu şəxslər eyni şəxslərdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 496 saylı 05 oktyabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında (JN-196 KOD 020028) texniki səhv olaraq X11 yazılmışdır. Əslində isə Ərizəçi1 yazılmalıdır və bu şəxslər eyni şəxslərdir. İş materiallarında olan Bərdə rayon Xəsili kənd icra nümayəndəliyi tərəfindən verilmiş XVİİİ- ЖГ 326587 saylı 24 may 1993-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxx 1993-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X12, ana qrafasında anası kimi X19 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Xəsili kənd icra nümayəndəliyi tərəfindən verilmiş XVİİİ- ЖГ 326968 saylı 27 iyul 1994-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx xxxx 1994-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X12, ana qrafasında anası kimi X19 qeyd edilmişdir. İş materiallarında olan DSMF publik hüquqi şəxsin 5 saylı regional ərazi filialı tərəfindən verilmiş **********7 saylı 11 noyabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi2 DSMF publik hüquqi şəxsin 5 saylı regional ərazi filialından İ qrup əlilliyə görə 280 manat təqaüd alır. İş materiallarında olan Bərdə rayon Xəsili kənd icra nümayəndəliyi tərəfindən verilmiş Vİ- ЖГ 256063 aylı 10 aprel 1992-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 ilə X22 10 aprel 1992-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Hümbətova soyadı verilmişdir. İş materiallarında olan A 881973 saylı 29 iyun 2009-cu il tarixli şəhadətnamə surətindən müəyyən olunur ki, Ərizəçi1 Bərdə rayon Qazaxlar kənd orta məktəbində oxumuş və 2009-cu ildə həmin məktəbi bitirmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********02 nömrəli 07 oktyabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 JN-196 saylı dövlət aktında soyadlarının düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-196 KOD 61020028 saylı Dövlət aktının X8, X17, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X3, X14, X5 və X9 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-196 KOD 61020028 saylı Dövlət aktının X8, X17, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X3, X14, X5 və X9 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-196 KOD 61020028 saylı Dövlət aktının X8, X17, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(021)-3600/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3600/2021
02.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver