Məhkəmə qərarları › İş №2(021)-3618/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3618/2023

04.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3618/2023 04.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X17, İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası X4 Əmlak Hərrac Mərkəzinə qarşı hərracın keçirilməsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası X4 Əmlak Hərrac Mərkəzininin hərəkətlərinin qanunsuz sayılmasına və 1736/23 saylı 10 avqust 2023-cü il tarixdə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Gəncə Kommersiya Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-2(115)-453/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, 14205 manat 44 qəpik əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövtət rüsumunun müştərək qaydada cavabdehlər İddiaçı və X7 iddiaçı X36 Cəmiyyətinin xeyrinə tutulması, tələb üzrə tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 nömrəli evin 9 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, mənzilin ilkin satış qiyməti 31960 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdeh İddiaçı qaytarılması, mənzilin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdehlər İddiaçı və X7 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər İddiaçı, X11, X23 və X8 mənzildən çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdehlər İddiaçı və X32 oglu həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 01 iyun 2022-ci ıl tarixli 2-2(115)-453/2022 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 noyabr 2022-ci il tarixli 2- 2(104)-577/2021 saylı (hakimlər X5 (sədrlik edən və məruzəçi), X12 və X2 ibarət tərkibdə) qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmişdir. Qətnaməyə əsasən Gəncə Kommersiya Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 2-2(115)- 453/2022 saylı qətnaməsi qismən, yəni cavabdeh X7 müştərək qaydada 01 sentyabr 2015-ci il tarixli, 12-SKMF-2-0-529-15 saylı əlavə kredit müqaviləsi üzrə 14205 manat 44 qəpik əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun Yelo Bank ASC-nin xeyrinə tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdeh X7 müştərək-qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, iddia tələbinin həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin iş üzrə icra vərəqəsi verilmiş və Cavabdeh1 22 iyun 2023-cü il tarixli, 51310/2023 saylı sifarişi əsasında ona məxsus mənzil hərrac komissiyasına göndərilmişdir. Aşağıda göstərilən əsaslara görə ona məxsus Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 nömrəli evin 9 saylı mənzili hərraca çıxarılması qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Əlbəttə ki, onun mülkiyyətimdə olan Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 nömrəli evin 9 saylı mənzilin qiyməti 27.166 manat ola bilməz. Yalnız tədqim edilmiş natamam sənəd əsasında qiymətləndirilmiş evin dəyəri, həqiqətdə dəfələrlə baha qiymətədir. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka qiyməti sayıla bilməz. Bundan başqa maddi vəziyyətində, o cümlədən səhhətimdə problemlər yaranmışdır və bu səbəbdən öhdəliyini yerinə yetirə bilməmişdir və nəticədə cavabdeh Bərdə rayon İcra Şöbəsi onun mülkiyyətimdə olan Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən 18 nömrəli evin 9 saylı mənzili hərracda satışa çıxarılması üçün “X4’-nın nəzdində yaradılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 22 iyun 2023-cü il tarixli, 51310/2023 saylı sifariş məktubu göndərmişdir. Sözügedən sifariş məktubuna əsasən ümumi ipoteka predmetinə 27.166 manat ilkin qiymət qoyulmuş və “X1 nəzdində yaradılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə evin hərraca həmin qiymətlə satışa çıxarılması barədə sifariş verilmişdir. X4”-nm nəzdində yaradılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti onun mülkiyyətimdə olan Bərdə şəhəri, Səməd Vurğun küçəsində yerləşən ünvanına 1736/23 saylı 10 avqust 2023-cü il tarixdə bildiriş göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Ganunun 17.1.4-ci maddəsinin tələbinə görə icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədinin icrası məcburi olaraq dayandırılmadır. Mülkiyyətində olan ipoteka p r e d m e t i n i n 21 iyul 2023-cü il tarixdə açıq hərracda satışa çıxarılması barədə cavabdeh hərrac təşkilatının və icra şöbəsinin hərəkətləri əsassız və qanunsuzdur. Odur ki, cavabdeh hərrac t ə ş k i l atının bu hərəkətləri qanunsuz hesab edilməli və 10 avqust 2023-cü il tarixdə keçirilmiş hərracın nəticələri etibarsız sayılmalıdır. İddiaçı məhkəməyə ərizə göndərərək, işə iştirakı olmadan baxılmaqla, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası X4 Əmlak Hərrac Mərkəzinəməhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə lər Cavabdeh1, Azərbaycan Respublikası X4 Əmlak Hərrac Mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1952-ci ildə Bərdə rayonu, Lənbəran kəndində doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Əmlak Hərrac Mərkəzi tərəfindən İddiaçı, X9, X10, X13 göndərilmiş 09 avqust 2023-cü il tarixli, 1731/23 saylı təklifdən görünür ki, ünvan 2 ünvanında yerləşən evin hərracda satışdan əldə etmələri təklif edilmişdir. İş materiallarında olan Əmlak Hərrac Mərkəzi tərəfindən İddiaçı, X9, X10, X13 göndərilmiş 24 iyul 2023-cü il tarixli, 1604/23 saylı bildirişdə ünvan 2 ünvanında yerləşən evə dair təkrar hərrac keçirilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli, 729 saylı arayışdan müəyyən olunur ki, İddiaçı oğu ünvan 2 ünvanında yerləşən evdə yaşayır, ailə üzvüləri həyat yoldaçı X14, oğlu X23, gəlini X18, nəvəsi X15, nəvəsi X19, oğlu X20, gəlini X6, nəvəsi X16, nəvəzi X3 ibarətdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-181/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, apellyasiya şiakayətinin qismən təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 2-2(115)- 453/2022 saylı qəytnaməsinin qismən, yəni cavabdeh X7 müştərək qaydada 01 sentyabr 2015-ci il tarixli, 12-SKMF-2-0-529-15 saylı əlavə kredit müqavilsi üzrə 14205 manat 44 qəpik əsas borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun iddiaçı YeloBank ASC-nin xeyrinə tutulması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğinin cavabdeh X7 müştərək qaydada tutularaq YeloBank ASC-yə ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, idia tələbi həmin hissədə təmin edilməməsi, qətnamə təmin olunan qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Araşdırma zamanı İddiaçı cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası X4 Əmlak Hərrac Mərkəzinə qarşı hərracın keçirilməsinin etibarsız hesab edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmiş, həmçinin iddiaçının özü tərəfindən də əsaslı sübutlar və mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə hesab edir ki, verilmiş iddia qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına maneəçilik törədilməsi və işin icra müddətinin uzadılmasına xidmət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası X4 Əmlak Hərrac Mərkəzinə qarşı hərracın keçirilməsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar