Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-362/2021 09.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qаrşı “borc məbləğinin silinməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən X1yə görə qanunsuz hesablanmış 1000.2 manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bərdə rayon Yenidaşkənd kəndində yaşayır.Həmin kəndində ərazisində fərdi yaşayış evinin yaxınlığında ona məxsus mağaza var. Ona məxsus olan fərdi yaşayış evinə və mağazaya ayrı-ayrılıqda sayğac quraşdırılmışdır. Mağazanı işlətdiyi dövrdə elektrik enerjisinə görə işıq pulunu vaxtlıvaxtında ödəmişdir. Həmin mağazaya 2015-ci il tarixdən fəaliyyət göstərmir. "xxxx"ASC_nin əməkdaşları 13 avqust 2020-ci il tarixdə həmin mağazanın sayğacına baxış keçirərək güya sayğac sxemdən kənarlaşdıraraq X1 olunmuş və mağazaya məxsus sayğacın sxemi çarpazlaşdırılaraq fərdi yaşayış evinin sayğacına quraşdırılması nəticədə sayğacın dayanması və sayğac axan yükü hiss etmədiyi müəyyən edilmədiyindən akt tərtib edilmişdir. Sayğaca heç bir müdaxilə etməmişdir. Belə ki, 10 avqust 2020-ci il tarixdə fərdi yaşayış evlərində elektrik enerjisi kəsildiyindən mağazada olan sayğacdan istifadə etmişlər. Belə ki, həmin vaxt fərdi yaşayış evlərinə gələn elektrik naqillərini birini müvəqqəti olaraq mağazada olan sayğaca quraşdırmışdır.Nə elektirik xəttinə nədəki elektirik sayğacına heç bir müdaxilə etməmişdir. Azərişıq” ASC tərəfindən tərtib edilmiş qanunsuz və əsassız hesab etdiyindən akta imza etməmişdir.Qanunsuz hesablanmış borc məbləği barədə "xxxx" ASC-nin Bərdə Ragional İdarəsinə müraciət etmiş, ona bildirmişlər ki, 1000.2 manat cərimə borcu hesablanmışdır. Həmin aktı qanunsuz və əsassız hesab etdiyindən məhkəmədən 1000.2 manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, doğrudanda evinin işığı kəsildiyi üçün öz mağazasından evə işıq aparmışdır. Lakin, həmin mağaza 2017-ci ildən fəaliyyət östərmir. Bununla bağlı ərazi vergilər idarəsinin də məktubu vardır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyərək məhkəməyə etiraz ərizəsi təqdim edib izahatında göstərmişdir ki,13 avqust 020-ci il tarixdə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin mühəndizləri tərəfindən X4 xidməti ərazisinə daxil olan Yenidaşkənd kəndində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən elektrik enerji istifadə qaydalarına riayət ediləsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisindən təchizatınba baxış keçirilən zaman “Abonentin sayğacı sxemdən kənarlaşdıraraq ona məxsus mağaza binasına quraşdırılmış sayğac vasitəsilə X1 etdiyi müəyyən olunmuş, əhali sayğacına aid hesablama aparılan zaman 1kv.saat elektrik enerjisi 0,07 manat olduğu halda istifadə olunan kənar xətt qeyri əhali sayğacına məxsus olduğundan 1 kv.saat elektrik enerjisi 0,09 manat hesablanmaqla elektrik enerjisindən qanunsuz istifadə nəticəsində dəyəri 1028.76 manat təşkil edən 11431 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə akt tərtib edilmişdir. Hesab edir ki, iddiaçının ona məxsus olan mağazaya və yaşadığı evə quraşdırılmış elektrik sayğaclarına müdaxilə etdiyi təsdiq olunduğundan iddia tələbi rədd edilməlidir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Ermənistan rayonu, Vardenis rayonunda doğulmuş, Bərdə rayonu Yenidaşkənd kəndində qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti başçısının Yenidaşkənd kənd üzrə icra nümayəndəsi tərəfindən verilmiş 31oktyabr 2020-ci il tarixli, 412 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu, Yenidaşkənd kəndində yaşayır. "xxxx" ASC tərəfindən tərtib edilmiş 13 avqust 2020-ci il tarixli, 007761 nömrəli Aktdan görünür ki, İddiaçı mənzilində quraşdırılmış sayğac yoxlanmış yoxlama zamanı məlum olmuşdur ki, abonent, sayğacı sxemdən kənarlaşdıraraq elektruk enerjisindən istifadə etmişdir. Uçot haqqında vərəqədən görünür ki, İddiaçı 1000.2 manat borcu vardır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi vergilər Baş İdarəsi 04 fevral 2021-ci il tarixli **********763950 nömrəli uçota dair arayışdan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən İddiaçı sahibkarlıq və ya digər vergi tutulan əməliyyatlarından 22.10.2017-ci il tarixdən 22.10.2022-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyət dayandırılmış vəziyyətdədir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 13.08.2020-ci il tarixdə Bərdə rayonu Yenidaşkənd kəndində iddiaçının mülkiyyətində olan yaşayış evində X1 qaydalarına əməl edilməsinə riayət edilibedilməməsini yoxlamaq üçün baxış keçirilmişdır. Cavabdeh tərtib edilmiş 13 avqust 2020ci il tarixli, 007761 nömrəli Aktdan görünür ki, İddiaçı mənzilində quraşdırılmış sayğac yoxlanmış yoxlama zamanı məlum olmuşdur ki, abonent, sayğacı sxemdən kənarlaşdıraraq X1 etmişdir.. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “X1 qaydalarının” 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. Qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerji təchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir (Qaydaların 8.15-ci bəndi). Məişət abonent tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (Qaydaların 8.33-cü bəndi). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Göründüyü kimi, cavabdeh təşkilatın əməkdaşları X1 qaydalarının tələblərini pozaraq qanunsuz əldə edilmiş sübutlara istinad edərək mübahisələndirilən aktı tərtib etmişlər və iddiaçıya əlavə məbləğdə borc hesablanmışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM): 19-cu maddəsində qeyd edilmişdir ki, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Mülki prosessual qanunvericiliyinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, İddiaçı mənzilə quraşdırılmış sayğacdan yox ona məxsus mağaza binasında olan sayğac vasitəsilə X1 etdiyi müəyyən olunmuş, əhali sayğacına aid hesablama aparılan zaman 1kv.saat elektrik enerjisi 0,07 manat olduğu halda istifadə olunan kənar xətt qeyri əhali sayğacına məxsus olduğundan 1 kv.saat elektrik enerjisi 0,09 manat hesablanmaqla elektrik enerjisindən qanunsuz istifadə nəticəsində dəyəri 1000.2 manat təşkil edən 11431 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə akt tərtib edilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçının kənar xətt vasitəsi ilə X1 etdiyi müəyyən olunduğundan qanunsuz istifadə edilmiş 11431 kvt/saat elektrik enerjisi 0,07 manat hesablanmaqla, yəni 11431kv.s x 0,07 m=800.17 manat itirilmiş elektrik enerjisinin dəyəri olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona hesablanmış 1000.2 manat borc məbləğindən 200.03 manat onun hesabından silinməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. MPM-in 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsаsən və MPM-in 216-220-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 1000.2 manat borcdan 200.03 (iki yüz manat üç qəpik) manat onun hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Sədrlik edən: imza var Əsli ilə düzdür. Hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(021)-362/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-362/2021
09.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver