Məhkəmə qərarları › İş №2(021)-364/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-364/2025

13.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-364/2025 13.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzi notariat kontoruna qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzrlü hesab edilməklə mirasın qəbul edilmiş hesab edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci ildə vəfat etmiş anası X2 miras qalmış onun tam hüquqla xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin miras olaraq onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbləri üzrlü hesab edilərək mirasın onun tərəfindən qəbul edilmiş hesab edilməsi və həmin mənzilə onun tam hissədə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, o, xx.xx.1950-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur. Bərdə rayonu Güloğlular kənd icra nümayəndəliyi (keçmiş Güloğlular kənd sovetliyi) tərəfindən onun adına xx.xx.1950-ci ildə verilmiş İE-314127 nömrəli doğum haqqında şəhadətnamədə atası X9, anası isə X7 qeyd edilmişdir. Qardaşbacısı olmamışdır. Atası 1952-ci ildə vəfat etmişdir və Bərdə rayonu Güloğlular kənd İƏD –nin Cəyirli kənd qəbirstanlığında dəfn edilmişdir. Naməlum səbəblərdən indiyədək onun ölümü haqqında şəhadətnamə almamışdır. Atasının vəfatından sonra anası X13 ilə qeyri-rəsmi, yəni nikah qeydi olmadan ailə qurmuş, həmin evlilikdən onların övladı olan X16 25 avqust 1959-cu ildə anadan olmuşdur. Lakin Bərdə rayonu Güloğlular kənd icra nümayəndəliyi (keçmiş Güloğlular kənd sovetliyi) tərəfindən X10 adına xx.xx.1962-ci ildə verilmiş AZ 266259 nömrəli doğum haqqında şəhadətnamədə onun atası qrafası boş saxlanılmışdır. Anası isə X8 qeyd edilmişdir. Ögey qardaşı olan X10 da qardaşı-bacısı olmamışdır. X17 xx.xx.2011-ci ildə vəfat etmişdir. Bərdə rayonu İmamqulubəyli kənd qəbirstanlığında dəfn edilmişdir. Naməlum səbəbdən onun da ölümü haqqında şəhadətnamə alınmamışdır. X5 rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(021)-3353/2023 nömrəli qətnaməsinə əsasən xx.xx.1997-ci ildən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Doğum haqqında şəhadətnaməsində anası kimi qeyd edilmiş bioloji anası olan X7 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Beləliklə atası ilə anasının rəsmi nikahı olmadığından doğum haqqında şəhadətnamədə anasının soyadının Qasımova kimi qeyd edilməsi anlaşılmazlıq yaratmışdır. Belə ki, anasının ünvan 2 ünvanında 1 otaqdan ibarət mənzili olmuşdur. Həmin mənzil Bərdə rayon Xalq deputatları Soveti İcariyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli orderə əsasən tam mülkiyyət hüququ ilə X4 məxsusdur. Bu fakt Bərdə rayon İcra Hakimiyyətinin Bərdə Mənzil Təmir-İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 178 nömrəli arayışla da təsdiq olunur. Anasının ölümündən sonra mənzili miras olaraq faktiki surətdə qəbul etmişdir. Bərdə rayon Məhkəməsi onun “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsini təmin edərək xx.xx.2024-cü il tarixli 2(021)-1832/2024 saylı nömrə ilə qərara alınmışdır ki, ərizəsi təmin edilsin, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X3 İddiaçı anası olması faktı müəyyən edilsin”. Hazırda o anasının ünvan 4 ünvanında yerləşən 1 otaqdan ibarət miras mənzilinin adına rəsmiləşdirilməsi üçün hüquqi prosedur başladaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün xx.xx.2024-cü il tarixli ərizə ilə X23 Xidmət mərkəzində notariat ofisinə müraciət etmişdir. Həmin notariat ofisi müraciətini təmin etməkdən imtina edərək, xx.xx.2024-cü il tarixli 2146/2024 saylı cavabla ona bildirilmişdir ki, məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzi notariat ofisi məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilmədiklərini və qanunamüavfiq qərar qəbul edilməsini xahiş etmişlər. Üçüncü şəxs DƏDRX 7 saylı Bərdə ərazi idarəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan AZ-İİ 058781 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. xx.xx.2019-cu il tarixli 2(021)-3617/2019 saylı Bərdə rayon Məhkəməsinin qətnaməsindən görünür ki, ərizənin təmin edilməsi, X3 xx.xx.1992-ci ildə ölməsi faktının müəyyən edilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli 2(021)-3353/2023 saylı Bərdə rayon Məhkəməsinin qətnaməsindən görünür ki, ərizənin təmin edilməsi, 25 avqust 1959-cu il tarixdə anadan olmuş X16 xx.xx.1997-ci ildən xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli 2(021)-1832/2024 saylı Bərdə rayon məhkəməsinin qətnaməsindən görünür ki, ərizənin təmin edilməsi, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X3 İddiaçı anası olması faktı müəyyən edilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli 2146/2024 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X23 Xidmət Mərkəzində notariat ofisi tərəfindən Bərdə rayonu Şorəlli kəndi ünvanında qeydiyyatda olan İddiaçı ünvanlanmış məktubundan görünür ki, ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli 468 nömrəli arayışdan görünür ki, mərhumə X1 şəhəri Ü.Hacıbəyov 2 küçə 1 evdə xx.xx.1992-ci ilə kimi yaşayıb və vəfat etmişdir. Vərəsələri – 1950ci il təvəllüdlü İddiaçı və 1959-cu il təvəllüdlü X12r. xx.xx.2024-cü il tarixli 467 nömrəli arayışdan görünür ki, mərhumə X1 şəhəri Ü.Hacıbəyov küçəsi 2/1 ünvanında xx.xx.1992-ci il tarixdə kimi həmin evdə yaşamışdır. xx.xx.2024-cü il tarixli 1019 saylı arayışdan görünür ki, İddiaçı hazıda Bərdə rayonu Güloğlular kənd İƏD üzrə Şorəlli kəndində yaşayır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X17 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İddia tələbi üzrə məhkəmə aşağıdakı maddi və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəlləsinin 152.4-ci maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1992ci ildə vəfat etmiş miras qoyan anası X2 miras qalmış onun tam hüquqla xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin miras olaraq onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbləri üzrlü hesab edilərək mirasın onun tərəfindən qəbul edilmiş hesab edilməsi və həmin mənzilə onun tam hissədə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin iş materiallarına olan sənədlərdən müəyyən edilmişdir ki, X6 daha bir övladı X12r, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə itkin düşmüş hesab edilmişdir. Göstərilənlərə əsasən də məhkəmə iddianın qismən təmin edilməsini məqsədəmüvafiq və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə göstərir ki, iddiaçı onun miras əmlak üzərində tam hissədə payının müəyyən edilməsini xahiş etmişdir. Bu isə digər vərəsə X10 hüquqlarının lüzumsuz pozulmasına gətirib çıxara bilər. X16 məhkəmə qətnaməsinə əsasən itkin düşmüş hesab edilmiş, lakin onun ölümünü müəyyən edən hər hansı təsdiqedici sənəd mövcud deyildir. Bu səbəbdən məhkəmə MPM-nin 218.3-cü maddəsinə istinad edərək, iddia tələbindən kənara çıxmaqla iddianı qismən təmin etməlidir. Qeyd olunmalıdır ki, X16 itkin düşmüş hesab edildiyindən onun işə cəlb edilməsi məhkəmə tərəfindən mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ:

1. İddia qismən təmin edilsin.

2. xx.xx.1992-ci ildə vəfat etmiş X2 miras qalmış onun tam hüquqla xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin miras olaraq qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbləri üzrlü hesab edilsin. 3.xx.xx.1992-ci ildə vəfat etmiş X2 miras qalmış onun tam hüquqla xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzil qanuni vərəsələr X16 və İddiaçı arasında bərabər paylarda (½ hissədə) bölünsün. 4.Hazırki qətnamə miras qalmış əmlaka dair qanunvericiliyə uyğun olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsasdır. 5.İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. 6.Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar