Məhkəmə qərarları › İş №2(021)-3645/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3645/2021

02.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3645/2021 02.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X7 katibliyi Ərizəçi və ərizəçilər Ərizəçi2, Ərizəçi3 nümayəndəsi Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayonu X8 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə onlara Bərdə rayon Nazırlı kəndində verilmiş 0.30 ha torpaq sahəsinə verilmiş JN-088F KOD-61022028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara və mərhumə X3 məxsus olması faktının təstiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizələrini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə onlara ailə üzvləri ilə birlikdə Bərdə rayon Nazirli kəndində yerləşən 0.30 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-088F KOD- 61022028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Həmin torpaq sahəsi onların adınadır. Ancaq, həmin sənəddə onların ata adında səhflik baş vermişdir. Onların düzəliş olunmasını istəyirlər. Dövlət aktında ata adlarının səhvlik olması onlara bir sıra çətinliklər yaradır. Belə ki, onların ata adı Ərizəçi1 olduğu halda ata adı səhvən Ərizəçi1 Kərim qızı kimi, ata adı Ərizəçi3 olduğu halda ata adını səhvən Ərizəçi3 Kərim qızı kimi, ata adı Ərizəçi2 olduğu halda ata adını səhvən Ərizəçi2 Kərim qızı kimi, ata adı X5 olduğu halda ata adını səhvən X2 qeyd edilib. X5 27 mart 2021-ci il tarixdə, X14 isə 23 oktyabr 1998-ci il tarixdə vəfat etmişdir. Onların adlarının JN-088F KOD-61022028 saylı dövlət aktında düzgün yazılması və səhvin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Lakin hal-hazırda JN-088F KOD-61022028 saylı dövlət aktında adlarının düzgün qeyd edilməsini istəyirlər, çünki, bu onlara bir sıra çətinliklər yaradır. Məhkəmə iclasında ərizəçi və ərizəçilər Ərizəçi2, Ərizəçi3 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçi və digər ərizəçilərin nümayəndəsi Ərizəçi1 izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9, X11 və X10 göstərmişlər ki, göstərmişlər ki, ərizəçilər qohumlarıdır. Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 adlarına verilmiş şəhadətnamədə ata adları səhvən Kərəm, X1 ata adı isə Əsgər kimi yazılmışdır. Əslində isə Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ata adı Kəriş, X1 ata adı isə Əsgərxandır. İş materiallarında olan, Torpağın mülkiyyətə verilməsinə dair JN-088F saylı KOD 61022028 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 nömrəli qərarına əsasən Bərdə rayonu Nazirli kənd sakinləri X6, Ərizəçi3 Kərim qızının, Ərizəçi2 Kərim qızının və Ərizəçi1 Kərim qızının mülkiyyətinə 0,30 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon şatırlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 01 noyabr 1998-ci il tarixli V- ЖГ 292357 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 23 oktyabr 1998-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 aprel 2021-ci il tarixli AZ-İİ 152452 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 27 mart 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29-05/69 saylı 11 yanvar 2021-ci il tarixli nikah akt qeydindən çıxarış surətindən müəyyən olunur ki, X15 ilə X4 arasında nikah haqqında 05 noyabr 1960-cı il tarixdə 09 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bərdə rayon Şatırlı kənd sovetliyi tərəfindən verilmiş 10 sentyabr 1981-ci il tarixli Vİİ- ЖГ 407250 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi2 22 avqust 1981-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X15, ana qrafasında anası kimi X5 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Şatırlı kənd sovetliyi tərəfindən verilmiş 20 aprel 1972-ci il tarixli İ- ЖГ 318019 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxx 1972-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X15, ana qrafasında anası kimi X5 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon VVAQ bürosu tərəfindən verilmiş 02 noyabr 1964-cü il tarixli AЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx xxxxxxx 1964-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X15, ana qrafasında anası kimi X5 qeyd edilmişdir. İş materiallarında olan Bərdə regiobal “ASAN xidmət” mərkəzi Notariat Ofisi tərəfindən verilmiş 1839/2021 saylı 12 oktyabr 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Bərdə rayonu, Nazirli kəndində qeydiyyatda olan X1 27 mart 2021-ci ildə ölməsi barədə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə məlumat daxil olmuşdur. Təqdim edilmiş sənədlərə və məlumatlara əsasən bildirirəm ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair müraciət etmiş aşağıdakı şəxslər mərhum X1 qanun üzrə 1-ci növbədə vərəsəsi kimi tanınmaq hüququna malikdirlər: 1) Ərizəçi1 – qızı; 2) Ərizəçi3 – qızı; 3) Ərizəçi2 – qızı. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********41 nömrəli 13 oktyabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi1 oğlu JN-088F saylı şəhadətnamədə adların səhv yazılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-088F KOD 61022028 saylı şəhadətnamənin X3, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, X6, Ərizəçi3 Kərəm qızının, Ərizəçi2 Kərəm qızının və Ərizəçi1 Kərəm qızının adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-088F KOD 61022028 saylı şəhadətnamənin X3, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X6, Ərizəçi3 Kərəm qızının, Ərizəçi2 Kərəm qızının və Ərizəçi1 Kərəm qızının adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-088F KOD 61022028 saylı şəhadətnamənin X3, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar