Məhkəmə qərarları › İş №2(021)-3658/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3658/2021

22.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3658/2021 22.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək anası X2 14.05.2016-cı ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X5 29 fevral 1956-cı ildə Qax rayonu Oncalı kəndində anadan olmuşdur. xx xxxxxxxx 1977-ci ildə mərhum atası X4 ilə evlənmişdir. Onlar birlikdə Bərdə şəhəri, Fizuli küçəsi 36 saylı evdə yaşamışlar. Anası Ərizəçi 14.05.2016-cı ildə vəfat etmişdir. Anası Bərdə şəhər qəbristanlığında dəfn edilmişdir. Ancaq həmin vaxt anası Ərizəçi ölüm haqqında şəhadətnamə almamışlar. Ölümün qeydə alınması ilə əlaqədar Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15.10.2021-ci il tarixli məktubla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alındığı bildirilmiş, Qeydiyyat Şöbəsində ərizəsinin təmin edilməsinin mümkün olmadınını nəzərə alıb məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Hazırda valideynlərindən miras qalmış əmlakı qəbul edə bilmir. Odur ki, anası Ərizəçi 14.05.2016-cı ildə ölüm faktının təsdiq edilməs ibarədə qətnamə qəbul edilməsinə ehtiyacı vardır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, anası 14 may 2016-cı il tarixdə ölmüş və 15 may 2016-cı il tarixdə Bərdə şəhəri Şəhidlər qəbristanlığında dəfn olunmuşdur. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbıb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X3 və X6 Ərizəçi anası X2 14 may 2016-ıü ildə vəfat etdiyini və 15 may 2016-cı il tarixdə Bərdə şəhəri Şəhridlər qəbristanlığında dəfn edildiyini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 1956-cı ildə Qax rayonunun Qınçaq kəndində anadan olmuş X7 ilə 1954-cü ildə Yevlax rayonunun Qarxun kəndində anadan olmuş X4 xx xxxxxxxx 1977-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. X7 ərinin soyadı «Kərimova» soyadını qəbul etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətində müəyyən olunur ki, X5 ilə X1 birgə nikaşlarından xx xxxxxxxx 1977-ci ildə Ərizəçi anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 02 oktyabr 2021-ci ildə Bərdə şəhərində vəfat etmişdir. İş materiallarında olan Bərdə şəhəri «İmamzadə» dini icmasının 15 noyabr 1921-ci il tarixli 06 saylı arayışından müəyyən olunur ki, X5 15 may 2016-cı il tarixdə Bərdə şəhər Şəhidlər qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan fotoşəkildən müəyyən olunur ki, X2 baş daşı üzərində ölüm tarixi 15 may 2016-cı il qeyd edilmişdir. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilmiş 665-05/15 nömrəli 15 oktyabr 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi anasının ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, 1956-cı ildə Qax rayonunun Qınçaq kəndində anadan olmuş X2 14 may 2016-cı il tarixdə Bərdə şəhərində ölməsi və 15 may 2016-cı il tarixdə Bərdə şəhəri Şəhidlər qəbristanlığında dəfn olunması faktı ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməlidir. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə atasına ölüm haqqında şəhadətnamənin alınması və valideyinlərindən miras qalmış əmlakı qəbul etməsi üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilisin. Ərizəçi 1956-cı ildə Qax rayonunun Qınçaq kəndində anadan olmuş X2 14 may 2016-cı il tarixdə Bərdə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində BərdəRayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar