Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3698/2022 20.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi Məmmədova (Behbudova) Ayşən Yusif qızının nümayəndəsi Nümayəndə Yusuf oğlunun iştirakı ilə, Ərizəçi Məmmədova (Behbudova) Ayşən Yusif qızının Daşınmaz Əmlakın Dövlət Reyestri X22 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Məmmədova (Behbudova) Ayşən Yusif qızı ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-0011 KOD 61021018 olan dövlət aktının Məmmədova (Behbudova) Ayşən Yusif qızına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Məmmədova (Behbudova) Ayşən Yusif qızı ərizəaini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 20 oktyabr 1997-ci il tarixli qərarına əsasən Məmmədova (Behbudova) Ayşən Yusif qızına və ailənin digər üzvlərinə Bərdə rayon, Çələbilər kəndində 5,23 ha torpaq sahəsi və həmin torpağa mülkiyyət hüququna dair JN 0011, KOD 61021018 saylı dövlət aktı verilmişdir. Həmin dövlət aktında Məmmədova (Behbudova) Ayşən Yusif qızına münasibətdə ad texniki səhv olaraq “Aytən” kimi qeyd edilmişdir. Ayşən Behbudova ailə qurduqdan sonra soyad dəyişdirilərək Məmmədova soyadına keçmişdir. Torpağa mülkiyyət hüququna dair JN 0011, KOD 61021018 saylı dövlət aktında müvafiq düzəliş edilməsi barədə ərizəçi DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, heç bir nəticəsi olmamışdır. Ərizəçi həmin sənəddə uyğunsuzluğu başqa cür həll edə bilmir. Hazırda ərizəçi həmin torpaq sahəsinə mülkiyyət sənədi əldə etmək istəyir,lakin sənəddə uyğunsuzluq olduğundan mümkün olmamışdır. Bu səbəbdən də ərizəçi məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi Məmmədova (Behbudova) Ayşən Yusif qızının nümayəndəsi Nümayəndə Yusuf oğlu ərizəni müdafiə edərək ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri X22 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərmişdir ki, ərizəçinin bibisidir. Onlara verilən torpaq shənədində adları səhv yazılmışdır. Bu səhvliyə görə torpaq üzərində hüquqlarını həyata keçirdə bilmirlər. Məhkəmə ərizəçinin və şahidin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan, Torpağa mülkiyyətə verilməsinə dair JN-0022 KOD 61021018 olan dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 19 dekabr 1997-ci il tarixli 14 saylı qərarına əsasən Bərdə rayonu Çələbilər kənd kənd sakinləri X16, X4, X17, Nümayəndə, X12 və X2 mülkiyyətinə 5.23 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1988-ci ildə Bərdə rayonun Çələbilər kəndində doğulmuşdur, Bərdə rayonu, Çələbilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 17413227 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X17 13 iyul 1985-ci ildə Bərdə rayonun Çələbilər kəndində doğulmuşdur, Bərdə rayonu, Çələbilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 15988551 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 19 mart 1960-cı ildə Bərdə rayonun Çələbilər kəndində doğulmuşdur, Bərdə rayonu, Çələbilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE 15138798 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X18 19 mart 1989-cu ildə Bərdə rayonu, Çələbilər kəndində doğulmuşdur, Bərdə rayonu, Çələbilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 19 mart 1986-cı ildə doğulmuşdur. İş materiallarında olan AZE 08561719 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 01 mart 1957-ci ildə doğulmuşdur, Bərdə rayonu, Çələbilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İİ 536052 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 04 yanvar 2013-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bərdə rayonu, Çələbilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 228 nömrəli,17 oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Behbudova (Məmmədova) Ayşən Yusif qızı həqiqətən Bərdə rayon, Nifçi kəndində yaşayır. İş materiallarına əlavə edilmiş AZ-İ 262148 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 ilə X13 16 mart 2007-ci ildə Azərbaycan Respublikası Bərdə rayonu, Çələbilər kəndi inzibati ərazi vahidliyinin 3 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Nəbiyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 159464 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 ilə X14 24 yanvar 2006-cı ildə Azərbaycan Respublikası Bərdə rayonu, Çələbilər kəndi inzibati ərazi vahidliyinin 01 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 238195 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 ilə X17 26 yanvar 2006-cı ildə Azərbaycan Respublikası Bərdə rayonu, Çələbilər kəndi inzibati ərazi vahidliyinin 02 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Behbudova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş İİİ-JQ 353656 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 ilə X6 29 aprel 1984-cü ildə Azərbaycan Respublikası Bərdə rayonu, Otuzikilər kənd sovetinin 28 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Behbudova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş XVİİ-JQ 319088 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 19 mart 1989-cu ildə doğulmuşdur, atası X16, anası X1r. İş materiallarına əlavə edilmiş XVİİ-JQ 488664 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 13 iyul 1985-ci ildə doğulmuşdur, atası X16, anası X1r. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri X22 7 saylı Bərdə Ərazi İdarəsinin **********04 nömrəli 28 sentyabr 2022-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, ərizəçi Məmmədova (Behbudova) Ayşən Yusif qızı JN 0011 nömrəli dövlət aktında səhvin düzəldilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri X22 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etsə də, dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-0011 KOD 61021018 olan dövlət aktının Məmmədova (Behbudova) Ayşən Yusif qızına məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-0011 KOD 61021018 olan dövlət aktının Məmmədova (Behbudova) Ayşən Yusif qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3698/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3698/2022
20.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver