Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3707/2021 16.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçilərin etibarnamə üzrə nümayəndəsi və vəkili X3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi Reystri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə” barədə ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN-427 KOD- 61000108 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara onlara məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli, 03 saylı qərarı ilə onlara Bərdə rayon Əmirli kəndində verilmiş 1.47 ha torpaq sahəsi verilmişdir. Bu barədə JN-427 KOD- 61000108 saylı dövlət aktında Ərizəçi1 və Ərizəçi2 münasibətdə soya texniki səhv olaraq “Həsənov” kimi qeyd edilmişdir. Dövlət aktında səhvlik bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçilərin etibarnamə üzrə nümayəndəsi və vəkili X5 ərizəni müdafiə edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1993-cü ildə Bərdə rayonun İmirli kəndində anadan olmuşdur. Bərdə rayonunun Əmirli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1994-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə RİHB-nın Bərdə rayon Əmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 318 saylı, 12 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi1 Bərdə rayonun Əmirli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə RİHB-nın Bərdə rayon Əmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 317 saylı, 12 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi2 Bərdə rayonun Əmirli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə RİHB-nın Bərdə rayon Əmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 326 saylı, 12 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, JN-427 KOD-61000108 saylı dövlət aktında səhvən X6 əslində Ərizəçi1 kimi oxunsun. İş materiallarına əlavə edilmiş Bərdə RİHB-nın Bərdə rayon Əmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 325 saylı, 12 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, JN-427 KOD-61000108 saylı dövlət aktında səhvən X7 əslində Ərizəçi2 kimi oxunsun. İş materiallarına əlavə edilmiş XVİİİ-ЖГ № 326761 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 oğlu xx.xx.1993-cü ildə Bərdə rayonunda anadan olmuşdur. X2, anası X4r. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinin **********97 nömrəli, 20 oktyabr 2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçi X1 rayon Əmirli kəndində yerləşən 5.42 ha torpaq sahəsinə verilmiş JN-744 KOD-61000048 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi1 və Ərizəçi2 münasibətdə soya texniki səhv olaraq “Həsənov” kimi səhv getməsi, həmin səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 iyul 2005-ci il tarixli, 03 saylı qərarı ilə onlara Bərdə rayon Əmirli kəndində verilmiş 1.47 ha torpaq sahəsinə verilmiş JN-744 KOD-61000048 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında Ərizəçi1 və Ərizəçi2 münasibətdə soya texniki səhv olaraq “Həsənov” kimi qeyd olunmaqla səhvlik müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. JN-744 KOD-61000048 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktında olan X6 yazısının müvafiq olaraq Ərizəçi1 və X7 yazısının müvafiq olaraq Ərizəçi2 məxsus olması faktı müəyyən olunsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3707/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3707/2021
16.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver