Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-371/2022 31.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X6 oğlunun iclas katibliyi, İddiaçı qızının, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X1 qarşı "miras əmlakdan payların vərəsələr arasında müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Alaçadırlı kəndində yerləşən valideynlərindən miras qalmış 0.20 ha həyətyanı torpağın və həmin torpaq sahəsinin üzərində tikilmiş ümumi sahəsi 200 kv.m olan fərdi yaşayış evinin vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edərək, tələbinə dair başqa sübutu olmadığı bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb müəyyən etmişdir ki, İddiaçı valideynlərindən qalmış mirasın qəbul edilməsi və ya ondan imtina olunması barədə müvafiq notarial orqana müraciət olunması, notarius tərəfindən vərəsəlik işinin açılıb-açılmaması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinin tələbinə görə məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. İddiaçıya izah olunmalıdır ki, mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün müvafiq notarial orqana müraciət etməli olduğu halda , qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl etməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X1 qarşı "miras əmlakdan payların vərəsələr arasında müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Mulki Prossesual Məcəlləsinin 259.0.1, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı Cavabdeh1, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X1 qarşı "miras əmlakdan payların vərəsələr arasında müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-371/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-371/2022
31.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver