Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3715/2022 26.12.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X4 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “cərimə məbləğinin silinməsi “ tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız yazılmış 1620 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bərdə rayonu Mirzalıbəyli kəndində qeydiyyatda olmaqla , həmin kənddə yaşayır. 29 dekabr 2021-ci il tarixdən yaşadığı Mirzalıbəyli kəndində yerləşən yeməkxananı işlətməyə başlamışdır. 27 dekabr 2021-ci il tarixdə X6 İdarəsi tərəfindən yeməkxanadan kənarda quraşdırılmış G-4 markalı, mexanika tipli, 28023757 zavod nömrəli olan qaz sayğacı sökülüb aparılmışdır. O, 130,61 manat ödəniş etmiş və xx.xx.2021-ci il tarixdə Elster G-6T diafraqma markalı, 40379404 nömrəli yeni sayğac quraşdırılmış və o, istifadə etdiyi qazın pulunu ödəməyə başlamışdır. Yalnız 2022-ci ilin sentyabr ayında qaz sərfiyyatını ödəyərkən ona cərimə yazıldığı məlum oldu. Bunun səbəbini öyrənmək üçün Bərdə rayon Qaz İstismarı idarəsinə getmiş və buradan abonentin saldosunu çıxartdırarkən məlum oldu ki, 1620.00 manat cərimə məbləği yazılmışdır. Cərimə yazılmasının səbəbini aydınlaşdırarkən müəyyən etdi ki, qaz idarəsinin işçiləri köhnə sayğacı apardıqdan sonra iştirakı olmadan Azəriqaz İB-yi tərəfindən xx.xx.2021-ci il tarixli MS-2911640-02960-21 nömrəli Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt tərtib edilmiş və həmin akta əsasən sayğacın plastmas qapağının üst hissəsi istilik nəticəsində ərimiş, plastmas qapağın yan tərəfi və daxili qulaqcıqları kənar təsir nəticəsində əzilmişdir. Həmin akt əsasında Tərtər RQİİ tərəfindən xx.xx.2021-ci il tarixli ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt tərtib edilmiş və aktda sayğacın yenisi ilə əvəz edilməsi, sayğacın dəyərinə dəyən ziyanın abonent tərəfindən ödənilməsi, itirilmiş qazın dəyərinin abonent tərəfindən ödənilməsi tələb edilmişdir. Halbuki, qeyd edilən sayğacı işlətməmişdir, işə başlamamışdan əvvəl sayğac sökülüb aparılmış, aktın yazılmasından onun xəbəri olmamış və iştirakı olmadan tərtib edilmişdir. Qeyd edilənləri müəyyən edəndən sonra Bərdə rayon Qaz İstismar idarəsinə gəlmiş, həmin sayğacı işlətmədiyini, plastmas qapağının yan tərəfinə və daxili qulaqcıqlarına kənar təsir nəticəsində əzilməsində təqsirinin olmamasını, sayğaca heç bir müdaxilə etmədiyini, sökülmüş qaz sayğacını işlətmədiyini, onun qaz sayğacının iş prinsipindən anlayışının olmadığını bildirmiş, ancaq orada ona əhəmiyyət verilməmişdir. Halbuki həmin sayğac işə başlamamışdan əvvəl sökülüb, yenisi ilə əvəz edilmişdir. Bundan başqa qaz sayğacı yeməkxanadan kənarda quraşdırılmışdır, qaz işçilərinin və istənilən şəxsin istənilən vaxt müdaxilə edə biləcəyi yerdədir. Hesab edir ki, onun tərəfindən qazdan istifadə qaydaları pozulmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri bаrədə məlumаt verilmiş, buna baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, ********** nömrəli VÖEN-ə malikdir. İş materialları ilə müəyyən olundu ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bərdə rayon Mirzalıbəyli kəndində yerləşən yeməkxana işlədir. X6 İdarəsi tərəfindən yeməkxanadan kənarda quraşdırılmış sayğac sökülərək, yenisi ilə əvəz olunmuşdur. İddiaçı sayğaca heç bir müdaxilə etmədiyini bildirərək, ona yazılmış cərimənin əsassız olduğunu bildirir və iddianın rədd olunmanı xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdeh X3 tərəfindən ona hesablanmış 1620 manat cərimə İddiaçı istifadəsində olan yeməkxanada sərf olunan yanacağa görə hesablanmış məbləğdir. Belə ki, məhkəmə hesab edir ki, hazırkı tələb sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid oluduğundan iddia tələbinə məhkəmə aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-nin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X1rşı “cərimə məbləğinin silinməsi “ tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 26, 31-32-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh X1rşı “cərimə məbləğinin silinməsi “ tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. . Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3715/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3715/2022
26.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver