Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3723/2024 16.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs-yə qarşı “hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: İddiaçı Ərizəçi məhkəməyə müraciət edərək, ИТ –İ 034227* saylı əmək kitabçasında ata adının Lyatif və ГТ-İ ******* saylı əmək kitabçasında ata adının Latif kimi qeyd olunmuş hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin yolverilməzliyindən bəhs edən Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin *53.2.*.ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20*9-cu il tarixli 3 saylı qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Ərizəçi tələbin hansı hüquqi nəticə doğurduğunu göstərə bilməmişdir. MPM-nin **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan prossesual normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs-yə qarşı “hüququ müəyyənedici sənədlərin şəxsə məxsusu olması faktınını müəyyən edilməsi” tələbi barədə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Göstərilən Məcəllənin *52.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs-yə qarşı “hüququmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *49-*52-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM:
1. İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs-yə qarşı “hüququmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın.
2. Ödənilmiş dövlət rüsumu geri qaytarılsın.
3. Qərardaddan *0 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Hakim: Ziya Abdullayev