Məhkəmə qərarları › İş №2(021)-3748/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3748/2023

10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3748/2023 10.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X16 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, ərizəçi və digər ərizəçilər Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “sənədin məxsus olma faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli KOD-61016018 olan Torpağa mülkiyyət hüququna dair çıxarışın onlara-Ərizəçi1, Ərizəçi2, X5 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilib təsdiq edilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, onlara-X8, Ərizəçi2, X5, Ərizəçi3 ünvan 1 ünvanda 0,0516 ha. torpaq sahəsi verilmişdir. Qeyd edilən torpağa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli Torpağa mülkiyyət hüququna dair Çıxarış verilmişdir. Həmin torpaq onların sahibliklərində və istifadələrində olsa da, mülkiyyətləri üzərində sərəncam hüquqlarını həyata keçirə bilmirlər. Belə ki, Dövlət Aktında payçılardan Ərizəçi3 adı səhvən «X6» kimi qeyd edilmişdir. Odur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsi tərəfindən verilmiş Qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli KOD-61016018 olan Torpağa mülkiyyət hüququna dair Çıxarışın onlara-Ərizəçi1, Ərizəçi2, X5 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilib təsdiq edilməsinə dair məhkəmə aktına ehtiyacları var. Məhkəmə iclasında ərizəçi və digər ərizəçilər Ərizəçi2 və Ərizəçi3 nümayəndəsi Ərizəçi1 ərizəni müdafiə edib ərizədə göstərilənlərə uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra maraqlı şəxs və ya 7 saylı Bərdə Ərazi İdarəsi) məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, maraqlı şəxs 7 saylı Bərdə Ərazi İdarəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1960-cı ildə Tərtər rayonu Mamırlı kəndində anadan olmuşdur, Bərdə şəhəri Nizami küçəsi ev 112, mənzil 3-də qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ərizəçi3 xx.xx.1983-cü ildə Bərdə şəhərində anadan olmuşdur, Abşeron rayonu Masazır ərazi dairəsinin Masazır kəndi Məhəmməd Hadi küçəsi 10-da qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1984-cü ildə Bərdə şəhərində anadan olmuşdur, Bərdə rayonunda qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 avqust 2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri H.Əliyev prospekti 116 ünvanında yerləşən və daşınmaz əmlak kimi reyestr nömrəsi **********70 olan 0,0516 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Ərizəçi1, Ərizəçi2, X4 və X2 adına qeydə alınmışdır. Bərdə Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 30 may 1983-cü il tarixli İX-ЖГ 308568 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi3 xx xxx 1983-cü ildə Bərdə rayonunda anadan olmuşdur. “Ata” qrafasında atası kimi X9, “ana” qrafasında anası kimi Ərizəçi1 qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 dekabr 2018-ci il tarixli AZ-İ 845978 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2016-cı ildə ölmüşdür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə ərazi idarəsinin Ərizəçi1 ünvanlanan 11 sentyabr 2023-cü il tarixli 3-21-3-46/2-№-0052/2023 nömrəli məktubundan görünür ki, Ərizəçi1 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışda düzəliş edilməsi ilə əlaqədar olaraq 7 saylı Bərdə ərazi idarəsinə müraciət etmiş, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzəliş edilməsinin 7 saylı Bərdə ərazi idarəsinin səlahiyyətnə aid olmaması izah edilərək düzəliş edilməsindən imtina edilmişdir. MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyən edici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda istinad olunan qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 avqust 2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın ərizəçilər Ərizəçi1, Ərizəçi2, X5 və Ərizəçi3 məxsus olması faktının müəyyən olunması iş materiallarında olan sənədlərlə təsdiq edilir. İşin gerçək halları ilə müəyyən edilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 avqust 2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışda Ərizəçi3 soyadı və adı səhvən X1 yazılmışdır. Qeyd edilən sənəddə ərizəçinin ad və soyadının səhv yazılması onun hüquqlarının pozulması olmaqla yanaşı, həm də ərizəçilərin həmin sənəddən qanunauyğun qaydada istifadə etmələrinə maneə törədir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi1, Ərizəçi2, X4 və X3 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 avqust 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın Ərizəçi1, Ərizəçi2, X5, Ərizəçi3 məxsus olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 öz tələblərini mötəbər sübutlarla sübut edə bilmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi1, Ərizəçi2, X4 və X3 adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 avqust 2023-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın Ərizəçi1, Ərizəçi2, X5 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar