Məhkəmə qərarları › İş №2(021)-375/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-375/2021

01.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-375/2021 01.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı rayon məhkəməsinə vermiş olduğu iddia ərizəsində birgə nikahlarından olmuş 22.10.2006-cı il təvəlüdlü X3 və 11.11.2011-ci il təvəllüdlü X2 adlı uşaqları ilə birlikdə Cavabdeh məxsus Bərdə şəhəri, Nüşabə küçəsində yerləşən 2 saylı fərdi yaşayış evinə köçürülmələrinə və evdən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək cavabdehlə barışıb ailə münasibətlərini bərpa etdiklərindən ərizəsinin baxılmamış saxlanılıb sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh məhkəməyə ərizə göndərərək iddiaçı ilə barışdıqlarından işin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, tərəflərin ərizələrinə qiymət verib belə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun verilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar