Məhkəmə qərarları › İş №2(021)-376/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-376/2024

02.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-376/2024 02.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X14 Qasım oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1 (bundan sonra cavabdeh və ya Cavabdeh1) və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh2) qarşı “xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Sözügedən torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə, **********04 saylı reyestr və ********** qeydiyyat nömrəli “Çıxarış” verilmişdir. İş üzrə Cavabdeh1 onun əmisi oğludur. Atasından miras qalmış əmlakı qəbul etməsi üçün əmisi oğlu Cavabdeh1 etibarnamə vermişdir. 2023-cü ilin sentyabr ayında ona məlum olmuşdur ki, verdiyi etibarnamədən sui-istifadə edən Cavabdeh1 onun iradəsi əleyhinə Ağdam Rayon Dövlət Notariat Ofisində xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ona məxus olan ünvan 1ində yerləşən 0.20 ha torpaq sahəsini 4000 manata formal olaraq digər Cavabdeh2 satmışdır. X11 Nurəliyevin arvadıdır. Cavabdeh1 onun mülkiyyət hüququnu mənimsəyərək torpaq sahəsini öz arvadına guya satması qanunsuzdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, iddiaçının iddia qaldırılan vaxta kimi torpağının özgəninkiləşdirilməsindən məlumatı olmamış, bu barədə yalnız 2023-cü ilin sentyabr ayında məlumatı olmuş və bundan dərhal sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Habelə bir hissəsi mübahisəli torpaq sahəsinə düşən tövlənin inşa edilməsindən iddiaçının məlumatı olmamış, sonuncu Bakı şəhərində yaşadığından mülkiyyətində olmuş torpaq sahəsinə mütəmadi olaraq nəzarət etməmiş və orada hansı işlərin görülməsini bilməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı onun əmisi qızıdır. 2020-ci ildə iddiaçı ilə aralarında danışıq və sövdələşmə aparmış, iddiaçının valideynlərindən miras qalmış və ünvan 1ində yerləşən 0.20 ha torpaq sahəsini 4000 manat müqabilində almışdır. Torpağı alarkən iddiaçı həmin torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra, Bakı şəhərində yaşadığı üçün ona etibarnamə vermişdir ki, həmin torpağı öz mülkiyyətinə rəsmiləşdirsin. O da iddiaçı tərəfindən ona verilən etibarnamə əsasında iddiaçının adından alqı-satqı edərək torpağı arvadı X1 mülkiyyətinə keçirmişdir. 4000 manat pulu iddiaçıya o verməmiş, torpaqla bağlı iddiaçı ilə aralarında olan danışıqlardan sonra oğlu Məhəmmədəli Bakı şəhərində 4000 manat pulu iddiaçıya vermişdir. İddiaçı haradansa öyrənmişdir ki, Bərdə şəhərində torpağın sotu 4000-5000 manatdır. Lakin nəzərə almamışdır ki, torpaq sahəsi Bərdə şəhərində deyil, ünvan 1ində yerləşir. Hal-hazırda torpağı o özü istifadə edir və torpaqda təqribən 40 metr uzunluqda tövlə tikmişdir. Daha doğrusu inşa etdiyi tövlənin bir hissəsi sözügedən torpaq sahəsinə düşür. Tövlənin qalan hissəsi isə qardaşına məxsus olan torpaq sahəsində yerləşir. Tovləni 2021-ci ildə tikmiş, iddiaçının tikdiyi tövlədən məlumatı olmuşdur. İddiaçı sonuncu dəfə 2023-cü ildə kəndə yas mərasiminə gəlmişdir. 2023-cü ilin avqust-sentyabr ayından etibarən iddiaçı ondan torpağı qaytarmasını tələb etməyə başlamışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin 14 mart 2024-cü il tarixli iclasında dindirilmiş cavabdeh X5 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı əri Cavabdeh1 əmisi qızıdır. Əri ilə əmisi qızı arasında torpaq alqı-satqısı ilə bağlı danışıq olmuş və sövdələşmişlər. Əri Cavabdeh1 ilə notariat kontoruna getmiş və orada əri iddiaçının adından alqı-satqı edərək Bərdə rayonu Əmiri kəndində yerləşən 0.20 ha torpaq sahəsini onun adına rəsmiləşdirmişdir. İddiaçı torpağa görə onlardan 4000 manat məbləğində pul almışdır. Həmin 4000 manat məbləğində pulu iddiaçıya Bakı şəhərində oğlu vermişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, cavabdehlər valideynləridir. ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsi ilə bağlı qeyd edir ki, iddiaçı atası ilə birlikdə notariat ofisində olmuş, həmin torpaq sahəsini 4000 manat müqabilində atasına satmış və həmin torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı atasına etibarnamə vermişdir. Hətta torpaq sahəsini atası tərəfindən rəsmiləşdirmək üçün və gələcəkdə heç bir problemlər yaranmasın deyə iddiaçının qardaşı da notariat ofisində olmuş, qeyd olunan əmlakdan imtina etmişdir. 2020-ci ildə Bakı şəhərində iddiaçıya sözügedən torpaq sahəsinə görə 4000 manat məbləğində pul vermişdir. Sonuncu onlardan 4000 manatdan əlavə pul istəməmişdir. İddiaçıya pulu uzaq qohumları Mahmud Hüseynovun iştirakı ilə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, cavabdehlər uzaq qohumlarıdır. O, Bakı şəhərində yaşayır. 2020-ci ildə X2 ona zəng edərək onunla getməsini xahiş etmiş, sonuncu ilə birlikdə onun avtomobili ilə gedərək “Neftçilər” metrostansiyasının yaxınlığında onun yanında Məhəmmədəli Nuralıyev bir nəfər tanımadığı xanıma 4000 manat məbləğində pul vermişdir. Məhəmmədəli Nuralıyev ona demişdir ki, kənddə torpaq sahəsi almışlar, onun pulunu verir. O, avtomobildə arxa oturacaqda əyləşmiş, Məhəmmədəli Nuralıyev və tanımadığı qadın isə qabaq oturacaqlarda əyləşmişlər. Məhəmmədəli Nuralıyev 4000 manat pulu sayaraq həmin qadına vermişdir. Həmin xanım arıq bədənli, təxminən 50 yaşında olmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahidləri dindirib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1966-cı ildə Bərdə rayonu İmirli kəndində anadan olmuşdur, ünvan 1ində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1971-ci ildə Bərdə rayonu İmirli kəndində anadan olmuşdur, ünvan 1ində qeydiyyatdadır. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 144 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli, 385/23 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi T.Məmmədov küçəsi ev 23, mənzil 57-də qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 7 saylı Bərdə Ərazi İdarəsinin 06 fevral 2024-cü il tarixli, 3-21-3-46/2-585/2024 saylı məktubundan görünür ki, ünvan 1ində yerləşən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,20 ha həyətyanı torpaq sahəsi mərhum X6 Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusunun verdiyi xx.xx.2019-cu il tarixli, 2V-335 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı adına vərəsəlik edilmişdir. Habelə xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi hal-hazırda xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 22 yanvar 2020-ci il tarixli, AR-İ 995978 nömrəli Etibarnamədən görünür ki, İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlaka ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqqı hesab aparmağı, adına olan daşınmaz əmlakın icarəyə və kirayəyə verməyi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-dən Çixarışı almağı, onun adına olan mənzilə və ya fərdi evə hər hansı bir şəxsin qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətində, Polis İdarəsinin Qeydiyyat və X4, “ASAN xidmət” Mərkəzində, Notariat ofisində onu təmsil etməklə adından ərizələr yazmağı, habelə qeydiyyatda olduğu daşınmaz əmlakın özəlləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipotekaya (girov) qoyulmasına dair razılıq ərizələri verməyi, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, digər vərəsələrin Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə daxil edilməsinə dair adından razılıq ərizəsi yazmağı, Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almağı, miras payın üzərində sərəncam verməyi (satmağı, bağışlamağı), yuxarıda göstərilənlərlə bağlı notariat ofisində onu təmsil etməyi, pensiyanın təyin olunması və pensiya kartının (plastk kart), PİN kodun alınması ilə əlaqədar olaraq imza etmək hüququ ilə bütün idarə və təşkilatlarda, Banklarda, o cümlədən İqtisadiyyat Nazirliyində və onun tərkibindəki bütün qurumlrda, Əhalinin Sosial Müdafiəsi Mərkəzində, poçtda onu təmsil etməyi, lazım olan sənədləri təqdim etməyi, almağı, adından ərizə yazmağı, imzalamağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən istənilən bank orqanlarından, Poçtdan və Teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, Bank kartını, Pensiya kartını, Pin konverti, Kodu, Torpağa dair subsidiya kartını, eləcə də digər plastik kartları və sənədləri almağı, ərizə verməyi, imza etməyi, adından bütün arayışları, lazımi sənədləri götürməyi, adından sənədləri və arayışları toplamağı və təqdim etməyi, ona çatası pensiya, plastik kartı almağı, ünvanlı sosial yardımı və digər müavinətləri almağı, aldığına dair imza etməyi, ərizə verməyi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi Üzrə Vergi İdarələrində, banklarda, Bakı şəhər Vergilər Departamentinin Kommersiya X13 Qeydiyyatı İdarəsində imza etmək hüququ ilə onu təmsil etməyi, lazım olan sənədləri təqdim etməyi və almağı, adından ərizə yazmağı, imzalamağı, VÖEN almağı, kod açdırmağı, kassa aparatını qeydiyyata qoymağı, qeydiyyatdan çıxarmağı, POS TERMİNAL almağı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzində (bundan sonra ASXM) elektron imza üçün sertifikat əldə etmək məqsədi ilə təmsil etməyi, adından ərizə verməyi, bütün lazımi sənədləri və elektron imza vasitələrini ASXM-ə təqdim etməyi, ona təqdim edilən sənədləri qəbul etməyi, həmin sənədləri qəbul etməyi həmin sənədləri aldığına dair imza etməyi və elektron imza üçün sertifikatın əldə edilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi; Bank orqanlarında hesabların açılması və bağlanması, hesablar üzərində sərəncam verməyi, bütün növ bank əməliyyatlarını aparmağı, mədaxil və məxaric etməyi, pulu və hesablanmış faizləri götürməyi, depozit müqaviləsini bağlamağı, həmin müqaviləni ləğv etməyi, göstərilənlərlə əlaqədar adından imzalamağı, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət və qeyri dövlət idarələrində, vergi orqanlarında, notariat ofislərində, bank, maliyyə və kredit təşkilatlarında, kooperativ və ictimai təşkilatlarda, İcra Hakimiyyətində, Telefon Qovşağında, "xxxx" ASC-də, “Azəriqaz” İB-də, "xxxx" ASC-də, Bələdiyyədə, “ASAN xidmət” Mərkəzində, Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin Ərazi İdarəsində, Mənzil Kommunal Təsərrüfat Birliyində, Mənzil Kommunal İstismar Sahəsində, Arxiv İdarəsində, ƏSMM-də, Qeydiyyat Şöbələrində onun adından ərizə verməyi, işləri aparmağı, lazım olan sənədləri təqdim etməyi, götürməyi, işlər aparmaq və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar imza etmək hüququ olmaqla gigər bütün hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilmiş və xx.xx.2021-ci il tarixədək qüvvədədir. 09 iyul 2021-ci il tarixli, AR-İİ 285143 nömrəli Etibarnamədən görünür ki, İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlaka ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqqı hesab aparmağı, adına olan daşınmaz əmlakın icarəyə və kirayəyə verməyi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-dən Çıxarışı almağı, onun adına olan mənzilə və ya fərdi evə hər hansı bir şəxsin qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətində, Polis İdarəsinin Qeydiyyat və X4, “ASAN xidmət” Mərkəzində, Notariat ofisində onu təmsil etməklə adından ərizələr yazmağı, habelə qeydiyyatda olduğu daşınmaz əmlakın özəlləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipotekaya (girov) qoyulmasına dair razılıq ərizələri verməyi; mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, digər vərəsələrin Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə daxil edilməsinə dair adından razılıq ərizəsi yazmağı, Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməni almağı, miras payın üzərində sərəncam verməyi (satmağı, bağışlamağı), yuxarıda göstərilənlərlə bağlı notariat ofisində onu təmsil etməyi; pensiyanın təyin olunması və pensiya kartının (plastk kart), PİN kodun alınması ilə əlaqədar olaraq imza etmək hüququ ilə bütün idarə və təşkilatlarda, Banklarda, o cümlədən İqtisadiyyat Nazirliyində və onun tərkibindəki bütün qurumlarda, Əhalinin Sosial Müdafiəsi Mərkəzində, poçtda onu təmsil etməyi, lazım olan sənədləri təqdim etməyi, almağı, adından ərizə yazmağı, imzalamağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən istənilən bank orqanlarından, Poçtdan və Teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, Bank kartını, Pensiya kartını, Pin konverti, Kodu, Torpağa dair subsidiya kartını, eləcə də digər plastik kartları və sənədləri almağı, ərizə verməyi, imza etməyi, adından bütün arayışları, lazımi sənədləri götürməyi, adından sənədləri və arayışları toplamağı və təqdim etməyi, ona çatası pensiya, plastik kartı almağı, ünvanlı sosial yardımı və digər müavinətləri almağı, aldığına dair imza etməyi, ərizə verməyi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi Üzrə Vergi İdarələrində, banklarda, Bakı şəhər Vergilər Departamentinin Kommersiya X13 Qeydiyyatı İdarəsində imza etmək hüququ ilə onu təmsil etməyi, lazım olan sənədləri təqdim etməyi və almağı, adından ərizə yazmağı, imzalamağı, VÖEN almağı, kod açdırmağı, kassa aparatını qeydiyyata qoymağı, qeydiyyatdan çıxarmağı, POS TERMİNAL almağı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzində (bundan sonra ASXM) elektron imza üçün sertifikat əldə etmək məqsədi ilə təmsil etməyi, adından ərizə verməyi, bütün lazımi sənədləri və elektron imza vasitələrini ASXM-ə təqdim etməyi, ona təqdim edilən sənədləri qəbul etməyi, həmin sənədləri qəbul etməyi həmin sənədləri aldığına dair imza etməyi və elektron imza üçün sertifikatın əldə edilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi; Bank orqanlarında hesabların açılması və bağlanması, hesablar üzərində sərəncam verməyi, bütün növ bank əməliyyatlarını aparmağı, mədaxil və məxaric etməyi, pulu və hesablanmış faizləri götürməyi, depozit müqaviləsini bağlamağı, həmin müqaviləni ləğv etməyi, göstərilənlərlə əlaqədar adından imzalamağı; poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı; bütün dövlət və qeyri dövlət idarələrində, vergi orqanlarında, notariat ofislərində, bank, maliyyə və kredit təşkilatlarında, kooperativ və ictimai təşkilatlarda, İcra Hakimiyyətində, Telefon Qovşağında, "xxxx" ASC-də, “Azəriqaz” İB-də, "xxxx" ASC-də, Bələdiyyədə, “ASAN xidmət” Mərkəzində, Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin Ərazi İdarəsində, Mənzil Kommunal Təsərrüfat Birliyində, Mənzil Kommunal İstismar Sahəsində, Arxiv İdarəsində, ƏSMM-də, Qeydiyyat Şöbələrində onun adından ərizə verməyi, işləri aparmağı, lazım olan sənədləri təqdim etməyi, götürməyi, işlər aparmaq və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar imza etmək hüququ olmaqla digər bütün hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədədir. Ağdam rayon dövlət notariat ofisində təsdiq edilmiş 28 aprel 2022-ci il tarixli, 4Ə-47 reyestr nömrəli Alqı-satqı müqaviləsindən görünür ki, Satıcı İddiaçı adından Cavabdeh1 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,2 ha olan torpaq sahəsini Alıcı Cavabdeh2 4000 (dörd min) manata satmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 23 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən yaşayış məntəqələri təyinatlı 0,2 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır. Beləliklə, işin gerçək halları ilə müəyyən edilir ki, iddiaçının atasının mülkiyyətində olmuş və ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsi iddiaçıya miras qalmış, sonuncu 09 iyul 2021-ci il tarixli, AR-İİ 285143 nömrəli Etibarnamədə qeyd olunan hərəkətləri etməsi üçün Cavabdeh1 Etibarnamə vermişdir. Cavabdeh ona verilmiş etibarnamədən istifadə edərək iddiaçıya məxsus olan sözügedən 0,20 ha torpaq sahəsini arvadı Cavabdeh2 28 aprel 2022-ci ildə 4000 manata satmışdır. İddiaçının mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin satılmasından məlumatı olmamış, yalnız 2023-cü ilin sentyabr ayında torpağının satıldığını bilmiş və 24 oktyabr 2023-cü il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 354.1-ci maddəsinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Cavabdehlər iddiaçının 28 aprel 2022-ci il tarixli, 4Ə-47 reyestr nömrəli alqı-satqı müqaviləsindən müqavilənin bağlandığı andan məlumatının olduğunu göstərərək, əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş bir illik müddətin keçdiyini bildirmişlər. Lakin cavabdeh tərəf iddiaçının 28 aprel 2022-ci il tarixli, 4Ə-47 reyestr nömrəli alqı-satqı müqaviləsindən müqavilənin bağlandığı andan məlumatının olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının qeyd olunan müqavilənin mövcudluğundan 2023-cü ilin sentyabr ayında məlumat aldığını və həmin ilin oktyabr ayında hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Belə olan halda, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş bir illik müddət ötürülmədən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. MM-nin: 359.1-ci maddəsinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.2-ci maddəsinə görə, özgə mənafeyi üçün olsa da, öz adından fəaliyyət göstərən şəxslər (kommersiya vasitəçiləri, müflisləşmə zamanı müsabiqə idarəçiləri, vərəsəlik zamanı vəsiyyət icraçıları və i.a.), habelə gələcəkdə mümkün ola biləcək əqdlər barəsində danışıqlara başlamağa vəkil edilmiş şəxslər təmsilçi deyildirlər. 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Qanunvericiliyin qeyd olunan tələbindən görünür ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Göstərilən qadağanın mahiyyəti ondan ibarətdir ki, təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Hazırda baxılan mübahisədə isə Cavabdeh1 ona verilən Etibarnamədən isitfadə edərək mübahisəli torpaq sahəsini özünün arvadına satmaqla təmsil edilənin (mülkiyyətçinin) maraqlarından çıxış etməmiş, əksinə, özünün şəxsi marağını (mənafeyini) təmin etmişdir. Belə olan halda isə, cavabdehin göstərilən qaydada bağladığı əqdi qanunvericiliyin tələbinə uyğun olan əqd hesab etmək mümkün deyildir. MM-nin: 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. MPM-nin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğuna görə təmin edilməli, cavabdehlər arasında bağlanmış 28 aprel 2022-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 23 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Ağdam rayon dövlət notariat ofisində təsdiq edilmiş 28 aprel 2022-ci il tarixli, 4Ə-47 reyestr nömrəli alqısatqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 23 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış etibarsız hesab edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar