Məhkəmə qərarları › İş №2(021)-3786/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3786/2021

24.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3786/2021 24.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi X10 katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X1 məxsus olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X11 ərizə ilə məhkəməyə müraciət edərək Torpağın mülkiyyətə verilməsinə dair JN-0031 KOD-61011058 olan Dövlət aktının onlara- Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Torpağın mülkiyyətə verilməsinə dair JN- 043A KOD- 61011058 olan şəhadətnamənin isə onlara-Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X7 məxsus olması faktının müəyyən edilib təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X11 ərizələrini onunla əsaslandırmışlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 02.10.1998-ci il tarixli 13 saylı qərarına əsasən onlara- Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Bərdə rayon Sərkarlar kəndində 1,20 ha pay torpaq sahəsi verilmiş, həmin torpağa JN-0031 KOD-61011058 olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı da almışlar. Bərdə rayon Aqrar İslahat Komissiyasının 02.10.1998-ci il tarixli 13 saylı qərarına əsasən isə onlara- Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X7 Bərdə rayon Sərkarlar kəndində 0,33 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpağa JN-043A KOD-61011058 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də almışlar. Qeyd edilən torpaq sahələri onların sahibliyində və istifadələrində olsa da torpaq üzərində sərəncam hüquqlarını həyata keçirə bilmirlər. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair JN-0031 KOD-61011058 olan Dövlət aktında payçılardan Ərizəçi2 adı səhvən “X12” kimi, Ərizəçi3 soyadı və adı səhvən ’’X17” kimi qeyd edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-043A KOD-61011058 olan şəhadətnamədə isə payçılardan Ərizəçi3 soyadı və adı səhvən ’’X17” kimi, X2 səhvən ’’X13” kimi qeyd edilmişdir. Odur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-0031 KOD-61011058 olan Dövlət aktının onlara- Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Torpağın mülkiyyətə verilməsinə dair JN- 043A KOD- 61011058 olan şəhadətnamənin isə onlara-Ərizəçi1,Ərizəçi2, Ərizəçi3, X7 məxsus olması faKtının müəyyən edilib təsdiq edilməsinə dair məhkəmə aktına ehtiyacı vardır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizəni müdafiə etmiş və ərizədə göstərdiyinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Ərizəçi X7 və maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də ərizəçi və maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə ərizəçi X3 və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan, Torpağa mülkiyyət hüququna dair JN-0031 saylı KOD 61011058 olan Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən Bərdə rayonu Sərkarlar kənd sakinləri Ərizəçi1, X4, X9 mülkiyyətinə 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan, Torpağın mülkiyyətə verilməsinə dair JN-043A saylı KOD 61011058 olan şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 1998-ci il tarixli 13 nömrəli qərarına əsasən Bərdə rayonu Sərkarlar kənd sakinləri Ərizəçi1, X4, X9 və X5 mülkiyyətinə 0,33 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 494 saylı 02 noyabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Bərdə rayonu Kolayır kənd icra nümayəndəliyi Sərkarlar kənd sakini Ərizəçi1 ailə tərkibi təsərrüfat başına kitabda arvadı Ərizəçi2, oğlu Ərizəçi3 və qızı X14 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayonu Kolayır kənd icra nümayəndəliyi tərəfindən verilmiş 15 fevral 1994-cü il tarixli XVİİİ- ЖГ 326845 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx xxxxxx 1994-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi Ərizəçi1, ana qrafasında anası kimi Ərizəçi2 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli arayışından müəyyən olunur ki, X14 26 iyul 1997-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi Ərizəçi1, ana qrafasında anası kimi Ərizəçi2 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon VVAQ şöbəsi tərəfindən verilmiş 24 dekabr 1991ci il tarixli V-ЖГ 457954 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi1 ilə X8 24 dekabr 1991-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Əsədova soyadı verilmişdir. İş materiallarında olan 07 iyul 2009-cu il tarixli A 882280 saylı əsas təhsil haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi3 Bərdə rayonu Rəfail Hüseynov adına Gülgəzli kənd orta məktəbində oxumuş və 2009-cu ildə əsas təhsilini bitirmişdir. İş materiallarında olan AE 216425 nömrəli sürücülük vəsiqəsi surətindən müəyyən olunur ki, Ərizəçi3 “BC” katiqoriya sürücülük hüququ vardır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********74 nömrəli 27 avqust 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi3 nümayəndəsi Ərizəçi1 JN-0031 saylı dövlət aktında ad və soyadın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinin **********98 nömrəli 07 sentyabr 2021-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Ərizəçi3 JN-043A saylı şəhadətnamədə ad və soyadın düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsədə Dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-0031 KOD 61011058 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3, Torpağın mülkiyyətə verilməsinə dair JN-043A KOD 61011058 saylı şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X7 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Ərizəçi1, X6 və X9 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0031 KOD 61011058 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması və Ərizəçi1, X4, X9 və X5 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-043A KOD 61011058 saylı şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X7 məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi1, X6 və X9 adına verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0031 KOD 61011058 saylı Dövlət aktının Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması və Ərizəçi1, X4, X9 və X5 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-043A KOD 61011058 saylı şəhadətnamənin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və X7 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar