Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3812/2021 17.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi Reystri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “hüquqiəhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək, 23.09.2021-ci il tarixli, ********** saylı çıxarışla torpağa paylı mülkiyyətçilər X11 münasibətdə Ərizəçi1, X18 münasibətdə X12, Ərizəçi3 Məmməd qızına münasibətdə Ərizəçi3 və X4 münasibətdə Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizəni onunla əsaslandırmışlar ki, onlara və ailə üzvlərinə 0.0883 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair 23.09.2021-ci il tarixdə çıxarış da almışlar. Lakin mərhum X5 adına verilmiş çıxarışda torpaq sahəsində olan paylı mülkiyyətçilər Ərizəçi1 soyadı səhfən “Ağakişiyev” kimi, X2 və adı “Bağırova Susana” Asəf qızı kimi, Ərizəçi3 ata adı “Məmməd” kimi, Ərizəçi4 ata adı “Məmməd”kimi, Ərizəçi5 adı isə “Yeganə” kimi qeyd edilmişdir. Çıxarışda olan səhvlik bir sıra çətinliklər yaradır. Qeyd olunanlara əsasən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Digər ərizəçilərə və maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə digər ərizəçilərin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi5 xx.xx.1963-cü ildə Bərdə rayonun Alaçadırlı kəndində anadan olmuşdur. Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 49-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx.xx.1961-ci ildə Bərdə rayonun Kələntərli kəndində anadan olmuşdur. Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 49-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE 03107946 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 01.07.1937-ci ildə Bərdə rayonun Alaçadırlı kəndində anadan olmuşdur. Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 49-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X19 02.07.1970-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 qızı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə RİHB-nın Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5925 saylı, 26 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi ev 49-də yaşayırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 23.09.2021-ci il tarixli, ********** saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin çıxarışda Ərizəçi1 soyadı səhfən “Ağakişiyev” kimi, X2 və adı “Bağırova Susana” Asəf qızı kimi, Ərizəçi3 ata adı “Məmməd” kimi, Ərizəçi4 ata adı “Məmməd”kimi, Ərizəçi5 adı isə “Yeganə” kimi yazılmışdır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İİ №201050 saylı, 31.08.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 24.10.2008-ci il tarixdə ölmüşdür. Ölümün səbəbi beyinə qansızma olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İİ №120086 saylı, 09.10.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 18.08.2020-ci il tarixdə ölmüşdür. Ölümün səbəbi ürək çatışmamazlığı olmuşdur. İş materiallarına əlavə edilmiş AZ İ-№ 368597 saylı Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhdətnamənin surətindən görünür ki, X16 ilə Ərizəçi2 arasında bağlanmış nikah 16.05.2019-cu il tarixində xitam verilmişdir. Nikah pozulduqdan sonra qadına Ələsgərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş A3 № 397899 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi5 xx.xx.1963-cü ildə Bərdə rayonunda anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZ İ№ 363854 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 xx xxx 2003-cü ildə Bərdə rayonunda anadan olmuşdur. X3, anası X13r. İş materiallarına əlavə edilmiş İ-AK №711625 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx xxxxxx 1986-cı ildə RF, Leninqrad şəhərində anadan olmuşdur. X14, anası Ərizəçi3dır. İş materiallarına əlavə edilmiş İ-AK №711630 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 04 dekbar 1985-ci ildə RF, Leninqrad şəhərində anadan olmuşdur. X14, anası Ərizəçi3dır. İş materiallarına əlavə edilmiş AZ İ№ 012722 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Arzu Dadaş qızı ilə 23 iyul 2002-ci ildə, 146 saylı qeyd ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Ağakişiyeva soyadı verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinin **********09 nömrəli, 07 oktyabr 2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Ərizəçi1 öz soyadının “Ağakişiyev” kimi, X2 və adı “Bağırova Susana” Asəf qızı kimi, Ərizəçi3 ata adı “Məmməd” kimi, Ərizəçi4 ata adı “Məmməd”kimi, Ərizəçi5 adı isə “Yeganə”kimi səhv getməsi, həmin səhvin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, çıxarışda düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə edilmiş 05.11.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, ərizəçilər Ərizəçi1 soyadı səhfən “Ağakişiyev” kimi, X2 və adı “Bağırova Susana” Asəf qızı kimi, Ərizəçi3 ata adı “Məmməd” kimi, Ərizəçi4 ata adı “Məmməd”kimi, Ərizəçi5 adı isə “Yeganə” kimi qeyd olunmaqla səhvlik müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 23.09.2021-ci il tarixli, ********** saylı çıxarışda olan X11 münasibətdə Ərizəçi1, X18 münasibətdə X12, Ərizəçi3 Məmməd qızına münasibətdə Ərizəçi3 və X4 münasibətdə Ərizəçi5 kimi qeyd olunmaqla, hüquqimüəyyənedici sənədlərin onlara məxsus faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 23.09.2021-ci il tarixli, ********** saylı çıxarışda olan X11 münasibətdə Ərizəçi1, X18 münasibətdə X12, Ərizəçi3 Məmməd qızına münasibətdə Ərizəçi3, Ərizəçi4 Məmməd qızına münasibətdə Ərizəçi4 və X4 münasibətdə Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3812/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3812/2021
17.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver