Məhkəmə qərarları › İş №2(021)-3812/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3812/2025

14.09.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3812/2025 14.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Fərman Firidun оğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı “icra şöbəsinin hərəkətlərinin qanunsuz sayılması, əmlakın tələbkara təklif edilməsi və hərracın keçirilməsinin etibarsız sayılması”na dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin hərəkətlərinin qanunsuz sayılması, əmlakın tələbkara təklif edilməsi və hərracın keçirilməsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə iddia icraatı qaydasında baxıla bilməz. Tərəflər həmin hallarla bağlı müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı “İcra şöbəsinin hərəkətlərinin qanunsuz sayılması, əmlakın tələbkara təklif edilməsi və hərracın keçirilməsinin etibarsız sayılması”na dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. İddiaçı məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrlə bağlı müvafiq məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 153-cü maddələrini rəhbər tutuaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı “hərracın keçirilməsinin və əmlakın tələbkara təklif edilməsinin etibarsız sayılması”na dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılsın. İddiaçı məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrlə bağlı müvafiq məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Hаkim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar