Məhkəmə qərarları › İş №2(021)-382/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-382/2022

30.03.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-382/2022 30.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı “qanunsuz inşa etdiyi hasarın şəxsi hesabına sökülərək çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 qanunsuz inşa etdiyi hasarın şəxsi hesabına sökülərək çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Qaçqınların və X8 Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin rəyi ilə 02.11.22018-ci il tarixdə B-588/10 nömrəli müqavilə ilə 30 kv.m torpaq sahəsi icarəyə götürmüşdür. Həmin torpaq sahəsində ticarət obyekti tikmiş və hazırda da istifadə edir. Hər il icarə haqqını ödəyir. Cavabdeh onun obyekt ilə ara məsafəsi olmadan qanunsuz inşa etdirdiyi hasar ciddi maneə yaradır. Hesab edir ki, cavabdehin qanusuz inşa etdirdiyi hasar sökülərək pəncərənin qarşısı açılmalıdır. Bu barədə dəfələrlə cavabdehə bildirsə də əhəhmiyyət verməmişdir. Bərdə Rayon Məhəkməsinin 2(021)382/2022 saylı 09.02.2022-ci il tarixli qərardadı ilə hazırkı mülki iş üzrə Bərdə Mənzil Kommunal İstismar Sahəsi və Qaçqınların və X8 Üzrə Dövlət Komitəsinin Bərdə Nümayəndəliyi iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuşlar. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 iddianı tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuş Qaçqınların və X8 Üzrə Dövlət Komitəsinin Bərdə Nümayəndəliyi məhkəməyə ərizə ünvanlayaraq məsələ ilə əlaqədar onların səlahiyyəti olmadıqlarını, səlahiyyətli orqanın isə Bərdə Mənzil Kommunal İstismar Sahəsi və Qaçqınların və X8 Üzrə Dövlət Komitəsinin Mənzil İstismar departamenti olduğunu bildirmişlər. Həmçinin Bərdə Mənzil Kommunal İstismar Sahəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılsa da məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Resoublikasının Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Xocalı rayon Cəmilli kəndində anadan olmuşdur. Xocalı rayon Cəmilli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Mənzil–X13 tərəfindən verilmiş 3171 saylı 26.11.2021-ci i tarixli Arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş 02.11.2018-ci il tarixli B-588/1 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti adından “İcarəyəverən” adlananın şəxsində Mənzil İstismar Departamentinin direktoru X10 Bərdə rayonu Məcburi Köçkünlərin məskunlaşdığı 588 evdən ibarət qəsəbənin ərazisində yerləşən 10 kv.m torpaq sahəsini 1 il müddətə İddiaçı istifadəsinə vermişdir. İş materiallarına əlavə olunmuş 28.11.2019-cu il tarixli Torpaq Sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əlavədən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti adından “İcarəyəverən” adlananın şəxsində Mənzil İstismar Departamentinin direktoru X10 ilə İddiaçı arasında bağlanmış ticarət obyektinin tikintisi üçün 30 kv.m torpaq sahəsinin icarəyə verilməsi haqqında 02.11.2018-ci il tarixli B-588/1 saylı müqavilə 3 il müddətinə uzadılmışdır. İş materiallarına əlavə olunmuş 10.11.2021-ci il tarixli Torpaq Sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əlavədən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti adından “İcarəyəverən” adlananın şəxsində Mənzil İstismar Departamentinin direktoru X10 ilə İddiaçı arasında bağlanmış ticarət obyektinin tikintisi üçün 30 kv.m torpaq sahəsinin icarəyə verilməsi haqqında 02.11.2018-ci il tarixli B-588/1 saylı müqavilə 1 il müddətinə uzadılmışdır. İş materiallarına əlavə olunmuş Aktdan görünür ki, 07.08.2021-ci il tarixli X2 qeyriqanuni olaraq Bərdə rayonu 588 yerlik qəsəbədə hündürlüyü 2 metr, uzunluğu 5 metr olan hasar tikdirməsi barədə 07.08.2021-ci il tarixdə akt tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş 23.01.2017-ci il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti adından “İcarəyəverən” adlananın şəxsində Mənzil İstismar Departamentinin direktoru X11 Bərdə rayonu Məcburi Köçkünlərin məskunlaşdığı 588 evdən ibarət çoxmənzilli binalardan ibarət yaşayış kompleksində (Poçt binasının arxası) 25 kv.m torpaq sahəsini 5 il müddətə X2 istifadəsinə vermişdir. İş materiallarına əlavə olunmuş 26.07.2019-ci il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti adından “İcarəyəverən” adlananın şəxsində Mənzil İstismar Departamentinin direktoru X7 Bərdə rayonunda 588 mənzilli məcburi köçkün yaşayış kompleksinin ərasizində, müvafiq eskiz layihəsində qeyd edilən yerdə olan 25 kv.m torpaq sahəsini 5 il müddətə X2 istifadəsinə vermişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X15 Birliyinin Ə №011719 saylı Vəsiqəsinin surətindən görünür ki, X6 İİ qrup müharibə əlilidir. Mülki iş materialına əlavə olunmuş yerli baxış protokolundan görünür ki, iddiaçı və cavabdeh Bərdə rayonunda 588 saylı məcburi köçkün yaşayış kompleksinin ərasizində yaşayırlar və həmin ərazidə hər ikisi icarə müqaviləsi əsasında torpaq sahəsini icarəyə götürmüşlər. İddiaçı icarəyə götürdüyü torpaq sahəsində ictimai iaşə obyekti tikərək yeməkxana və çayxana kimi fəaliyyət göstərir. Cavabdeh X6 isə icarəyə götürdüyü torpaq sahəsində tikili tikməyərək açıq havada çayxana kimi fəaliyyət göstərir. İddiaçı tikilisi ilə cavabdehin torpaq sahəsi qonşuluqda yerləşir ki, cavabdeh ara məsafəsi müəyyən edərək daş hörgüdən hasar çəkmişdir. Həmin hasar iddiaçının tikdirdiyi obyektin yan tərəfinin pəncərəsinin qarşısında yerləşir və həmin pəncərənin açılıb bağlanmasına maneəçilik törətmir. Həmçinin həmin tikilinin qeyd edilən otağının qarşı tərəfində də pəncərə vardır ki, otağın işıqlandırılması və havalandırılması üçün kifayət edir. Həmçinin müəyyən edildi ki, İddiaçı tikilisi özbaşına tikili olmuş, cavabdeh də öz növbəsində daş hasarı özbaşına çəkmişdir. Yerli baxış zamanı o da müəyyən olundu ki, əslində iddiaçının məqsədi qeyd edilən pəncərənin yerində köhnə sovet markası olan sərinləşdirici qurğu- kondisionerin yerləşdirilməsidir ki, həmin qurğu yerləşdirildiyi zaman cavabdehin tikdirdiyi daş hasara dirənəcəkdir ki, onun həm yerləşdirilməsi, həm də havalandırılması mümkün olmayacaqdır. Cavabdeh isə öz növbəsində bildirmişdir ki, özünə məxsus müasir tipli sərinləşdirici qurğu - kondisioneri iddiaçıya verməyə hazırdır, təki daş hasar sökülərək sərinləşdirici qurğu quraşdırılmasın. Belə ki, iddiaçı köhnə sovet markası olan sərinləşdirici qurğu - kondisionerin yerləşdirdiyi təqdirdə onun icarə götürdüyü sahədə stolun biri məcur olaraq ləğv olunacaq. Belə ki, cavabdehin ərazisində 5-6 stol yerləşir ki, biri ləğv olunsa maddi gəliri azala bilər. Belə ki həmin sovet markası olan sərinləşdirici qurğu yerləşdiriləcəyi təqdirdə çölə isti hava vurması səbəbindən həmin sahəyə stol qoya bilməyəcək və müştəriləri həmin sahədə oturmayacaqlar. Məhkəmə həmçinin onuda müəyyən etdi ki, tərəflərin qohumluq münasibətləri olmaqla cavabdeh iddiaçının əmisidir. Məhkəmə hazırkı mülki hüquqi mübahisəyə qiymət verərək aşağıdakı maddi hüquq normalarının tətbiqini zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-ci maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Məhkəmə sadalanan hüquq normaların işin faktiki hallarına tətbiq edərək bu qənaətə gəlir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X5 qarşı “qanunsuz inşa etdiyi hasarın şəxsi hesabına sökülərək çıxarılması” tələbinə tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar