Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3834/2021 11.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdimətinin 7 saylı Ərazi İdarəsinə qarşı “ JN- 151 A KOD 61022028 saylı Dövlət Aktının və Seriya RX ******* saylı çıxarışın onlara məxsus olması faktının təsdiq edilməsi tələbinə” dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdimətinin 7 saylı Ərazi İdarəsinə qarşı ərizə ilə müraciət edərək Bərdə rayonu Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə onlara Bərdə rayon Nazırlı kəndində verilmiş 0, 32 ha torpaq sahəsinə verilmiş JN-151 A KOD 61022028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının və Bərdə rayon Nazırlı kəndində yerləşən 2,143 ha torpaq sahəsinə verilmiş Seriya RX ******* saylı çıxarışın ona və mərhum X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizəyə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi Bərdə rayonu Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 saylı qərarı ilə onlara Bərdə rayon Nazırlı kəndində verilmiş 0,32 ha torpaq sahəsinə verilmiş JN-151 A KOD61022028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının və Bərdə rayon Nazırlı kəndində yerləşən 2,143 ha torpaq sahəsinə verilmiş Seriya RX ******* saylı çıxarışın ona və mərhum X2 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilən sənəd Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətlərini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Ərizəçi isə göstərilən dövlət aktında və çıxarışda düzəliş edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumuna müraciət etməli olduğu halda birbaşa ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçilərə izah olunmalıdır ki, ərizəçilər göstərilən tələblə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumuna müraciət etməli, ərizəçinin tələbinin təmin olunmasından imtina edildiyi və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər MPM-in 153.6-cı maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdimətinin 7 saylı Ərazi İdarəsinə qarşı “ JN- 151 A KOD 61022028 saylı Dövlət Aktının və Seriya RX ******* saylı çıxarışın ona məxsus olması faktının təsdiq edilməsi tələbinə” dair ərizəsi icraata qəbul edilməsin, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən tələblə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin aidiyyəti qurumuna müraciət etməli, tələbinin təmin olunmasından imtina edildiyi və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-3834/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3834/2021
11.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver