Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3838/2023 12.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhtçi Əzizov Mətləb Yahya oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, ƏMDXnin DƏDKR publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın onlara məxsus olması faktının təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçilər ərizəni belə əsaslandırmışdırlar ki, onlar Ərizəçi1, Ərizəçi2, X24 və Ərizəçi4 ünvan 1 ünvanda yaşayırlar. Onların ad, ata adı və soyadları aşağıdakı kimi qeyd edilmişdir: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4. Bu ad, ata adı və soyad ilə doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi də almışlar, həmçinin digər sənədlərdə də adları, ata adları, soyadları Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 yazılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDKRK publik hüquqi şəxsin 7 saylı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və fərdi yaşayış evinin üzərində tikilən 0,0368 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmin Çıxarışa əsasən fərdi yaşayış evi mərhum atası X12 tam, torpaq sahəsi isə atam Kamil İsmayılovun, digər ailə üzvlərinin X34, X4, X13, X14, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ümumi birgə mülkiyyətləri kimi qeyd edilmişdir. Lakin qeyd etdiyi Çıxarışda onlar- Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 olmaqlarına baxmayaraq, səhvən soyadları, ata adları və adları «Ərizəçi1 Kamil qızı», «X25», «X26», «X21» kimi göstərilmişdir. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişlər, lakin imtina olunmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi3 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi4 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi məhkəməyə ərizə göndərərək, sözügedən iddia tələbinin 7 saylı Bərdə Ərazi İdarəsinin hər hansı bir hüquq və maraqlarına toxunmadığını, ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etmədiklərini qeyd edərək, sözügedən iddia tələbinə dair qanunauyğun qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1983-cü ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İX-ЖГ №410806 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1983-cü ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında ata adı X22, ana qrafasında ana adı X3 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1993-cü ildə ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İ №018167 nömrəli adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1993-cü ildə Bərdə rayonunda anadan olmuş X17 adını Türkan kimi dəyişdirmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİİ №919835 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1993-cü ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında ata adı X27, ana qrafasında ana adı X10 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx.xx.1998-ci ildə ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş XX-ЖГ №346400 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi3 xx.xx.1998-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında ata adı X27, ana qrafasında ana adı X10 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA №1663287 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi4 xx.xx.1994-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş XVİİİ-ЖГ №386438 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi4 xx.xx.1994-cü ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında ata adı X27, ana qrafasında ana adı X10 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş V-ЖГ №410277 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X31 xx.xx.1970ci ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında ata adı X28, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ 301484 nömrəli Çıxarışdan görünür ki, X22 ilə X13 arasında xx.xx.1979-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. Tərəflər arasında bağlanmış nikah xx.xx.1989-cu il tarixdə 50 nömrəli aktla ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ 301484 nömrəli Arayışdan görünür ki, X29 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. Ata qrafası boş saxlanılmış, ana qrafasında ana adı X5 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş X12 adına verilmiş reyestr nömrəsi **********14-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 5 0.0368 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 60.40 kv.m fərdi yaşayış evi X12 (fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə), X19 (torpaq sahəsi ümumi birgə), X2 (torpaq sahəsi ümumi birgə), X6 (torpaq sahəsi ümumi birgə), X7 (torpaq sahəsi ümumi birgə), Ərizəçi1 Kamil qızının (torpaq sahəsi ümumi birgə), X15 (torpaq sahəsi ümumi birgə), X16 (torpaq sahəsi ümumi birgə) və X9 (torpaq sahəsi ümumi birgə) ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi təərfindən verilmiş reyestr nömrəsi **********14- 10301 olan fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, ünvan 5 yerləşən fərdi yaşayış evinin hüququ subyekti X20r. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçi ünvan 5 ünvanında yerləşən 0.0368 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışda səhv yazılmış adın düzəldilməsinə köməklik göstərilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki X12 adına verilmiş reyestr nömrəsi **********14-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda yanlışlıq olaraq mülkiyyətçilər- Ərizəçi1 ata adı “Ərizəçi1 Kamil qızı”, Ərizəçi2 adı və ata adı “X25”, Ərizəçi3 soyadı və ata adı “X23” və Ərizəçi4 soyadı və ata adı “X26” kimi qeyd olunmuşdur. Reyestr nömrəsi **********14- 10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdakı – Ərizəçi1 Kamil qızı, X25, X23 və X26 yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Reyestr nömrəsi **********14-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdakı – Ərizəçi1 Kamil qızı, X25, X23 və X26 yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X12 adına verilmiş reyestr nömrəsi **********14-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdakı – Ərizəçi1 Kamil qızı, X25, X23 və X26 yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3838/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3838/2023
12.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver