Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3842/2023 03.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi vəkili və nümayəndəsi X3, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı iş, üzrə maraqlı şəxs - Maraqlı şəxs ilə aralarında bağlanmış rəsmi nikah 16 may 2023-cü it tarixli Bərdə Rayon Məhkəməsinin 2(021)772/2023 saylı qətnamə əsasında pozulmuşdur. Birgə nikahlarından olan 23 iyul 2015-ci il təvəllüdlü X9 və 21 iyun 2021-ci il təvəllüdlü X10 adlı övladları doğulmuşdur. Övladları cavabdehin qardaşı evində heç bir şəraiti olmayan mənzildə yaşamaması üçün övladlarını yaxşı bir şəraitdə yaşatmaq və onların heç kimə möhtac olmadan yaşaması üçün müvəqqəti olaraq onlara kirayə mənzil tutub oraya yerləşdirmişdir və alimentdən əlavə olaraq kirayə pulunu o, ödəyirə. Həftəlik bazarlıqlarını da o, edir. Bunlara baxmayaraq cavabdeh Maraqlı şəxs övladlarını ona göstərmir və övladlarına təziq edərək ondan uzaqlaşdırır. 04 iyul 2023-cü il tarixdə aliment, 3-yaşa qədər saxlama xərci olaraq 50 manat, cehiz əşyalarının geri verilməsi, avtomobilin dəyərinin yarı bölünməsi, ev tələbi və uşaqla ünsiyyət tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət ediblər. Mediasiya prosesində 23 iyul 2015-ci il təvəllüdlü X9 və 21 iyun 2021-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 175 manat olmaqla 350 manat aliment məbləği, 21 iyun 2021-ci il təvəllüdlü X5 3 yaşa qədər saxlama xərci olaraqda hər ay 50 manat olmaqla ümumilikdə 400 manat aliment məbləğinin ödənilməsinə, cehiz əşyalarının geri qaytarılmasına, Birgə nikah dövründə əldə edilmiş avtomobili övladı Fuadın adına yetkinlik yaşına çatdıqdan sonra keçirəcəyinə, övladları yaşamaq üçün yaxşı bir mənzil 31 dekabr 2023-cü il tarixinə qədər ev alıb verəcəyinə və övladları ilə ünsiyyət hüququnun verilməsi tələbinə dair Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəliblər. Bu səbəbdən Barışıq sazişini imzalayıblar. Maraqlı şəxs mediasiya prosesində bağladıqları 04 iyul 2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müracitə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi X7 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1986-cı ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs xx xxxxxx 1984-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AZ-İ 464959 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 ilə Maraqlı şəxs arasında olan nikah 25 iyul 2023-cü ildə pozulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 732 saylı, 30 avqust 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Şirvanlı kəndində yaşayır. Mülki işə əlavə edilmiş AZ-585096 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 23 iyul 2015-ci ildə doğulmuşdur, atası Ərizəçidur, anası Maraqlı şəxsdır. Mülki işə əlavə edilmiş AZ-639032 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 21 iyul 2021-ci ildə doğulmuşdur, atası Ərizəçidur, anası Maraqlı şəxsdır. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(021)-772/2023 saylı, 16 may 2023cü il tarixli Qətnaməsinin surətindən müəyyən olunur ki, iddia tələbinin təmin edilməsi, Ərizəçi ilə Maraqlı şəxs arasında 16 dekabr 2014-cü il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsində 560 saylı akt qeydi ilə bağlanmış nikahıln pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 23 iyul 20155-ci il təvəllüdlü X9 və 21 iyun 2021-ci il təvəllüdlü X5 anaları Maraqlı şəxs yanında saxlanılması qət edilmişdir. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 04 iyul 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, Birinci tərəf bildirdi ki, ikinci tərəfilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və dekabr 2014-cü il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsində 560 saylı akt qeydi ilə nikah bağlamışlar. Tərəflərin birgə nikahlarından 23 iyul 2015-ci il təvəllüdlü X9 və 21 iyun 2021-ci il təvəllüdlü X10 adlı övladı olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və 16 may 2023-cü il tarixli Bərdə Rayon Məhkəməsinin 2(021)- 772/2023 saylı qətnaməsi ilə tərəflər arasılnda bağlanmış rəsmi nikah pozulmuş və 2 azyaşlı övladları birinci tərəfin himayəsində saxlanılmışdır. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayrı yaşayırlar. Birinci tərəf Mediasiyaya müraciət edərək bildirdi ki, 23 iyul 2015-ci təvəllüdlü X9 və 21 iyun 2021-ci il təvəllüdlü X10 adlı övladlarını saxlamaq üçün hər ay 175 manat olmaqla cəmi 350 manat aliment məbləği və 21 iyun 2021-ci il təvəllüdlü X5 3 yaşına qədər saxlanılması üçün hər ay 50 manat olmaqla cəmi 400 manat aliment məbləğin onun xeyrinə ödənilməsini, cehiz əşyalarının geri verilməsi, birgə nikah dövründə ldə edilmiş avtomobilin dəyərinin yarı bölünməsi və ev tələbi ilə təklif vermişdir. İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tam olaraq qismən razılaşdığını bildrimişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, birinci tərəfin himayəsində saxlanılan azyaşlı övladları 23 iyul 2015-ci il təvəllüdl X9 və 21 iyun 2021-ci il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 175 manat olmaqla 350 manat aliment məbləği, 21 iyun 2021-ci il təvəllüdlü X5 3 yaşa qədər saxlama xərci olaraqda hər ay 50 manat olmaqla ümumilikdə 400 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyi öz öhdəsinə götürür. Birinci tərəfə məxsus cehiz əşyalarının geri verilməsinə heç bir etirazı olmadığını bildirdi. Birgə nikah dövründə əldə edilmiş avtomobilin yarı dəyərinin birinci tərəfə ödənilməsi təklifində isə ikinci tərəf bildirdi ki, həmin avtomobili oğlu Fuadın adına yetkinlik yaşına çatdıqdan sonra keçirəcəyinə söz verir və öz öhdəsinə götürür. İkinci tərəf bildirdi ki, birinci tərəfin ev tələbini 31 dekabr 2023-cü il tarixinə qədər alıb birinci tərəfə təhvil verəcəyini öz öhdəsinə götürür. İkinci tərəf azyaşlı övladları ilə ünsiyyət saxlamaq istədiyini və buna hüququnun olduğunu bildirərək övladları ilə ünsiyyət tələbi ilə təklif vermişdir. Birinci tərəf bildirdi ki, ikinci tərəfin avtomobolini azyaşlı övladı olan Fuadın yetkinlik yaşına çatdıqdan sonra adına keçirilməsinə heç bir etirazı olmadığını və bununla tam razılaşdığını bildirir. Birinci tərəf bildirdi ki, azyaşlı övladları ilə birlikdə yaşamaq üçün ikinci tərəfin təklif etdiyi 31 dekabr 2023-cü il tarixinə qədər mənzilin alınıb Birinci tərəfə verilməsi təklifinə tam razılaşır. Birinci tərəf bildirdi ki, ikinci tərəfin azyaşlı övladları ilə ünsiyyətdə olmasına heç bir etirazı olmadığını və hər həftənin şənbə günü axşam saat 18:00-dan - 20:00-a qədər ünsiyyətdə olmasına heç bir etirazı olmadığını və övladları ilə ünsiyyətdə olmasına heç bir maneçilik törətməyəcəyini öz öhdəsinə götürür. X6 şərtləri izah olundu. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 04 iyul 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 23 iyul 2015-ci il təvəllüdl X9 və 21 iyun 2021-ci il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 175 manat olmaqla 350 manat aliment məbləği, 21 iyun 2021-ci il təvəllüdlü X5 3 yaşa qədər saxlama xərci olaraqda hər ay 50 manat olmaqla ümumilikdə 400 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyi öz öhdəsinə götürməsi, birinci tərəfə məxsus cehiz əşyalarının geri verilməsinə heç bir etirazı olmaması, birgə nikah dövründə əldə edilmiş avtomobilin oğlu Fuadın adına yetkinlik yaşına çatdıqdan sonra keçirəcəyinə söz verməsi və öz öhdəsinə götürməsi, ikinci tərəf birinci tərəfin ev tələbini 31 dekabr 2023-cü il tarixinə qədər alıb birinci tərəfə təhvil verəcəyini öz öhdəsinə götürməsi, birinci tərəfin ikinci tərəfin azyaşlı övladları ilə ünsiyyətdə olmasına heç bir etirazı olmadığını və hər həftənin şənbə günü axşam saat 18:00-dan - 20:00-a qədər ünsiyyətdə olmasına heç bir etirazı olmadığını və övladları ilə ünsiyyətdə olmasına heç bir maneçilik törətməyəcəyini öz öhdəsinə götürməsi barədə mediasiya prosesi nəticəsində bağlanmış 04 iyul 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Alimentin tutulması 04 iyul 2023-cü il tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3842/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3842/2023
03.10.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver