Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3857/2023 05.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı X4, vəkili və nümayəndəsi X5, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə və "xxxx" ASC-nə qarşı hərracın nəticələri haqqında Y-78/22 saylı yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onlara məxsus Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, 3 otaqlı, 57.7 kv.m ümumi, 8,4 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 16 nömrəli mənzilin hərraca çıxarılması barədə Cavabdeh1 qərarı və Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin hərracın nəticələri haqqında olan Y-78/22 saylı yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-399/2019 saylı, 14 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh İddiaçı 29 may 2014-cü il tarixli, 12-G-1-0-559-14 saylı kredit müqaviləsi üzrə 12.058,33 manat əsas, 8836.31 manat faiz borcu və 5 manat cərimə olmaqla, cəmi 20899,64 manat, ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanmış 29 may 2014-cü il tarixli, 12-G-1-0-559-14 saylı ipoteka müqaviləsinə əsasən Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, 3 otaqlı, 57.7 kv.m ümumi, 8,4 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 16 nömrəli mənzilə yönəldilməsi və fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılması, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçınnın xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət edilmədikdə qalan borc cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra icra sənədi icra olunması üçün Cavabdeh1nə göndərilmişdir və “Azərbaycan Respublikası Respublika Xammal və X11 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” tərəfindən mülkiyyətlərində olan Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, 3 otaqlı, 57.7 kv.m ümumi, 8,4 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 16 nömrəli mənzil 28687,50 manat məbləğində qiymətləndirilmişddir. Əmlakın hərracda satılmış son qiyməti isə 38250 manat təyin edilmişdir. Mülkiyyətlərində olan evin hərraca çıxarılması, bununla bağlı Y-78/22 saylı yekun protokolunun çıxarılması və aşağı qiymətləndirilməsi qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Bu günədək onlara aydın deyildir ki, onlara məxsus evin 28687,50 manat dəyərində qiymətləndirilməsi hansı qiymətləndirici tərəfindən həyata keçirilib, elə cə də ipoteka qoyulmuş fərdi yaşayış evinə yerində baxış keçirilmədən, hansı meyarlar əsasında evlərə qiymət qoyulması, onlar üçün müəmmalıdır. Onların ipoteka qoyulmuş ev manatın dəyərinin ABŞ dollarına nisbətdə əhəmiyyətli dərəcədə devalvasiyaya məruz qalması ilə əlaqədar həmin evin birinin qiyməti 28687.50 manat yox ən azı 50000 manat olar. Hesab edir ki, evinin orta bazar qiymətlərindən qatqat aşağı qiymətləndirildiyindən “Qiymətləndirilmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmadığından həmin əmlakın yenidən qiymətləndirilməsi təmin olunmalıdır. Xəbəri olmadan fərdi yaşayış evinin qiymətləndirilməsi hərraca çıxarılması və hazırkı iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən alınması qanun pozuntusudur. Pandemiya ilə əlaqədar o, hərrac mərkəzinə gedə bilməmişdir və bu səbəblə onun evi aşağı qiymətlə qiymətləndirilmiş və satılmışdır. Hesab edir ki, fərdi yaşayış evi aşağı qiymətlə qiymətləndirilərək, evin aşağı qiyməytlə hərracda satışa çıxarılması və onlara məxsus Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, 3 otaqlı, 57.7 kv.m ümumi, 8,4 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 16 nömrəli mənzil aşağı qiymətlə hərracda satışa çıxarılması qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, "xxxx" MMC-nin sözügedən icra vərəqəsi üzrə Cavabdeh1 sifarişi əsasında, mənzilin hərracda satılması üçün qanunun tələblərinə riayət edilməmişdir, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, 3 otaqlı, 57.7 kv.m ümumi, 8,4 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 16 nömrəli mənzilin aşağı qiymətlə hərracda satışa çıxarılması onun ailə vəziyyətini olduqca pis edir. Ailələri heç bir yerdən qazanc gəlmir. Mənzilin aşağı qiymətləndirillməsi qanunsuz olduğundan, o, ailəsi ilə birlikdə küçələrdə yaşaya bilər. Bunun üçündə Hərracın nəticəsi haqqında olan Y- 78/22 saylı yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab olunmasını itəyir. Hersab edir ki, cavabdeh təşkilat tərəfindən yol verilmiş sadalanan ciddi qanun pozuntularına görə onlara məxsus Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, 3 otaqlı, 57.7 kv.m ümumi, 8,4 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 16 nömrəli mənzilin satılması barədə həracın nəticələri barədə yekun protokolunun, Cavabdeh1 qərarı və ondan irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 vəkili və nümayəndəsi X8 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddianı qəbul egtməyərək, izahatında göstərdi ki, hazırda qanuni qüvvəsini almış Bərdə Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli “(021)399/2019 saylı qətnaməsi ilə "xxxx" ASCnin cavabdeh İddiaçı qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi qismən təmin edilrək, cavabdehdən cəmi 20899.64 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması və tutmanın İddiaçı mülkiyyətinddə olan ipoteka ilə yüklü edilmiş Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, 3 otaqlı, 57.7 kv.m ümumi, 8,4 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 16 nömrəli mənzilə yönəldilməsi və həmin əmlakın ilkin satış qiymətinin 45000 manat müəyyən edilməklə açıq hərracda satılaraq satışdan əldə olunan məbləğin borc məbləğinin ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə icra olunması üçün Cavabdeh1nə göndərilmiş və icra şöbəsi tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək, əmlakın hərracda satılmasına dair hərrac mərkəzinə şifariş verilmişdir. Lakin hazırda iddiaçı iddia tələbinin əsasını Cavabdeh1 tərəfindən əmlakın qiymətinin aşağı məbləğlə hərraca çıxarılması kimi qeyd etmişdir. Belə olan halda iddiaçının nəzərinə çatdırılmalıdır ki, əmlakın ilkin satıış qiyməti icra məmuru tərəfindən yox, məhz məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Yəni əmlakın ilkin satış qiyməti bir başa olaraq icra vərəqəsində göstərilmişdir. Nə qədər ki, İddiaçı Bərdə Rayon Məhkəmədinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsindəki əmlakın ilkin satış qiymətini mübahisələndirməmişdir, hesab edirlər ki, o, bu qiymətlə razı olmuşdur. Məhkəmə qətnaməsində əmlakın ilkin satış qiyməti müəyyən olun duğundan “İpoteka Haqqında” Azərbaycan Respublikası qanunun 51-ci maddəsinin tələbləri baxımından icra məmurunun ipoteka ilə yüklü edilmiş və hərracda satılması qərara alınmış əmlakın qiymətləndirilmə səlahiyyəti olmamışdır. Yalnız qüvvədə olan və icra edilməli olan məhkəmə qətnməsi olmşdur. İcra Şöbəsi tərəfindən əmlakın yenidən qiymətləndirilməsi kimi əks hərəkətlər isə artıq qanuni qüvvəsini almış məhkəmə qətnamısinin məcburiliyi prinsipini nəzərə almamaqla, icra edilməməsi anlamına gəlməklə, Mülki Prosessual Məcəllənin 15-ci maddəsinin pozuntusudur. Cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinəməhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə lər Cavabdeh1, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Seriya AA ******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1967-ci ildə doğulmuşdur. İş materiallarında olan Əmlak Hərrac Mərkəzinin Y-78/22 saylı yekun protokolunnun surətindən müəyyən olunur ki, İddiaçı məxsus olan Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, 3 otaqlı, 57.7 kv.m ümumi, 8,4 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 16 nömrəli mənzil "xxxx" ASC tərəfindən alınmışdır. İş materiallarında olan Bərdə rayon Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 681 saylı, 18 avqust 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarında olan 14 oktyabr 2019-cu il tarixli, 2(021)-399/2019 saylı icra vərəqəsinin surətindən müəyyən olunur ki, "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi qismən təmin edilrək, cavabdehdən cəmi 20899.64 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması və tutmanın İddiaçı mülkiyyətinddə olan ipoteka ilə yüklü edilmiş Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, 3 otaqlı, 57.7 kv.m ümumi, 8,4 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 16 nömrəli mənzilə yönəldilməsi və həmin əmlakın ilkin satış qiymətinin 45000 manat müəyyən edilməklə açıq hərracda satılaraq satışdan əldə olunan məbləğin borc məbləğinin ödənilməsi qət edilmişdir. İş materiallarında olan Əmlak Hərrac Mərkəzinin 2-567/22 saylı, 14 aprel 2022-ci il tarfixli, 733/2022 saylı, 11 may 2022-ci il tarixli bildirişlərin surətindən müəyyən olunur ki, İddiaçı Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, 3 otaqlı, 57.7 kv.m ümumi, 8,4 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 16 nömrəli mənzilin hərracda satışa çıxarılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Əmlak Hərrac Mərkəzi tərəfindən İddiaçı Mirrzə oğluna göndərilmiş 909/2022 saylı, 27 may 2022-ci il tarixli təklifin surətindən müəyyən olunur ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, 3 otaqlı, 57.7 kv.m ümumi, 8,4 kv.m yaşayış, 19.3 kv.m yardımçı sahədən ibarət 4 nömrəli evin 16 nömrəli mənzilin onun tərəfindən hərracdan satın alınması təklif olunmuşdur. Məhkəmə iş üzrə tərəflərin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Araşdırma zamanı İddiaçı Mirrzə oğlunun cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə və "xxxx" ASC-nə qarşı hərracın nəticələri haqqında Y-78/22 saylı yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmiş, həmçinin iddiaçının özü tərəfindən də əsaslı sübutlar və mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, X1 hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə hesab edir ki, verilmiş iddia qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına maneəçilik törədilməsi və işin icra müddətinin uzadılmasına xidmət edir. Verilmiş iddia ərizəsində ipoteka predmetinin bazar və likvid qiymətinin hazırki iddia ilə mübahisələndirilməsi özü də icra işinin gecikdirilməsinə xidmət etdiyinə dəlalət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh1nə və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə və "xxxx" ASC-nə qarşı hərracın nəticələri haqqında Y-78/22 saylı yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3857/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3857/2023
05.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver