Məhkəmə qərarları › İş №2(021)-3874/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3874/2023

29.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3874/2023 29.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhətçi X12 iclas katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, xx.xx.2023cü il tarixli çıxarışın onlara məxsus olması faktının müəyyən edilib təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçilər ərizəni belə əsaslandırmışdırlar ki, onların xüsusi mülkiyyətlərində Bərdə şəhər Koroğlu ünvanında 0.04 ha torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarış verilmişdir. Həmin torpaq sahəsi onların və ailə üzvlərinin adınadır. Ancaq, həmin sənəddə adları olan şəxslərin soyadında və ata adında səhvlik baş vermişdir. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş çıxarışda onun ata soyadı və ata adı Ərizəçi1 olduğu halda səhvən X10, nənəsinin soyadı X11 olduğu halda soyadını səhvən X3 qeyd edilib. Bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Ərazi İdarəsinə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Digər Ərizəçi2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi məhkəməyə ərizə göndərərək, sözügedən iddia tələbinin 7 saylı Bərdə Ərazi İdarəsinin hər hansı bir hüquq və maraqlarına toxunmadığını, ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etmədiklərini qeyd edərək, sözügedən iddia tələbinə dair qanunauyğun qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.2001-cı ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1944-cü ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İ №139382 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi1 xx.xx.2001-cı ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında ata adı X14, ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AЭ №051502 nömrəli Evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 ilə X13 xx.xx.1967-ci il tarixdə Bərdə rayon Zaks Bürosunda 81 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş X6 adına verilmiş reyestr nömrəsi **********80-10301, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Koroğlu küçəsi ev 39 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.9 kv.m fərdi yaşayış evi X6 (fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə) X7 (torpaq sahəsi ümumi birgə), X8 (torpaq sahəsi ümumi birgə), X2 (torpaq sahəsi ümumi birgə),X9 (torpaq sahəsi ümumi birgə) və X4 (torpaq sahəsi ümumi birgə) ümumi birgə mülkiyyətindədir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçi ünvan 4 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışda səhv yazılmış adın düzəldilməsinə köməklik göstərilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, X6 adına verilmiş reyestr nömrəsi **********80-10301, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda yanlışlıq olaraq mülkiyyətçilər- Ərizəçi1 soyadı və ata adı “X10”, Ərizəçi2 soyadı “X13” kimi qeyd olunmuşdur. Reyestr nömrəsi **********80-10301, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdakı – “X10” və “X13” yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi1, Ərizəçi2 məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Reyestr nömrəsi **********80-10301, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdakı – “X10” və “X13” yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi1, Ərizəçi2 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Reyestr nömrəsi **********80-10301, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdakı – “X10” və “X13” yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi1, Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar