Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3919/2024 31.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı qanunsuz yazılmış 198.50 manat cərimənin silinməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz yazılmış 198.50 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, İddiaçı həmin ərizəni imzalamaq hüququ olmayan şəxs olduğundan geri qaytarılmalıdır, belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərə əsasən müəyyən olunur ki, sözügedən akt X1 adına tərtib olunmuş və hal-hazırda İddiaçı həmin ünvana dair istehlakçı və ya vərəsə olduğu müəyyən olunmur. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı qanunsuz yazılmış 198.50 manat cərimənin silinməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM:
1. İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı qanunsuz yazılmış 198.50 manat cərimənin silinməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın.
2. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Hakim: Ziya Abdullayev