Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-392/2024 02.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qаrşı “elektirik enerjisindən istifadə qaydalarının pozulmasına görə qanunsuz hesablanmış cərimənin abonent hesabından silinməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun elektirik enerjisindən istifadə qaydalarını pozmasına görə tərtib edilmiş Rİ 313839 nömrəli xx.xx.2023-cü il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi və həmin Akt üzrə ona hesablanmış 628.94 manat cərimənin **********00207 nömrəli abonent hesabından silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayonunun Böyük Göyüşlü kəndində ona məxsus olan fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə daimi yaşayır. Evinin elektirik enerjisi təchizatı və elektirik enerjisi sərfıyyatının hesabatı "xxxx" ASC-nin X5 tərəfindən aparılır. Abonent kodunun nömrəsi **********00207- dir. Evinin elektirik sayğacı çöldə, yəni hasara bərkidilməklə quraşdırılmışdır və təxminən 10 ildir ki, qurarşdırılmışdır. Vaxtaşırı olaraq X2 elektirik enerjisi satışı şöbəsinin əməkdaşları tərəfindən qəfil reydlər keçirilməklə sayğacın vəziyyəti, o cümlədən də sayğacın kənar xətt və ya işlədicilərin olub-olmaması yoxlanılmış, onun və ailə üzvlərinin tərəfindən heç bir qayda pozuntusu aşkar edilməmişdir. 23 sentyabr 2023-cü il tarixdə saat 14 radələrində cavabdeh "xxxx" ASC-nin X2 enerji satış şöbəsinin əməkdaşları-şöbənin rəisi Hikmət Süleymanov və həmin şəbəkənin mühəndisi Elşən Qənbərov tərəfindən qəflətən onun evinə xidmət edən elektirik sayğacına baxış keçirilmiş, sayğacdan kənar xətt və ya işlədicilərin olub-olmaması yoxlanılmışdır. Həmin şəxslər tərəfindən bu baxışın (yoxlamanın) nəticəsi barədə elektirik enerjisindən istifadə qaydalarının pozulmasına dair xx.xx.2023-cü il tarixli, Rİ 313839 nömrəli Akt tərtib edilmişdir. Aktda göstərilir ki, “Elektirik Enerjisindən istifadə Qaydalarına (EEİQ) uyğun baxış zamanı məlum olmuşdur ki, bir xətli elektirik sayğacının təchizat sxeminə müdaxilə edilmişdir. Kənardan O-xətti götürərək elektirik sayğacının keçən enerjini qeyd etməsinin abonent tərəfindən qarşısı alınmışdır. Amper maşa ilə ölçmə aparıldı. Ölçmə zamanı xəttən keçən yük 2A olmasına baxmayaraq sayğacı keçən yükü qeyd etmir. Enerji uçotu pozulub. 1-2A, 11=0,22 V, P=0,44 kvt Tələb: 1) Qüsur ləğv olunsun. 2) Hesablanacaq məbləğ tam ödənilsin, əks halda şəbəkədən açılsın.” Akt 23 sentyabr 2023-cü il tarixdə X2 rəisi S.Məhərrəmov tərəfindən təsdiq edilmişdir və həmin Akta əsasən onaə 4838 kvts əlavə sərfiyyat, bu sərfıyyatın dəyəri olan 628,94 AZN cərimə hesablanaraq cavabdeh tərəfindən Abonent hesabına borc adı ilə daxil edilmişdir və bu borcun ödənilməsi cavabdeh tərəfindən ondan tələb olunur. Cavabdehin sözügedən Aktının saxta, ondan 628,94 manat cərimə ödənilməsi tələbinin isə əsassız və qanunsuz olduğunu məhkəmənin diqqətinə çatdırır: Aktda göstərilib ki, sayğacına və ona daxil olan elektirik xəttinə baxış keçirilməsində elektirik mantyoru Elşən Abbasov da iştirak edib. Aktı imzalamış şəxslərin sırasında 3-cü sırada Elşən Abbasov ad-soyad da yazılıb və qarşısında imza da edilib. X12 həmin vaxt ümumiyyətlə orada olmayıb və ad-soyadının qarşısındakı imza ona məxsus deyildir. Bu məsələ ilə əlaqədar onun şikayət ərizəsi üzrə Bərdə rayon prokurorluğu tərəfindən hazırda araşdırma davam etdirilir və Elşən Abbasov prokurorluğa verdiyi izahatında Rİ 313839 nömrəli Aktda ad-soyadının qarşısında olan imzanın ona məxsus olmadığını, ümumiyyətlə həmin tarixdə onun sayğacına və elektirik xəttinə baxış (yoxlama) keçirilməsində iştirak etmədiyini bildirib. Rİ 313839 nömrəli Aktda imzası olmasa da iştirak edənlərdən biri kimi onun adı, soyadı və ata adı da yazılıb. Bu tamamilə yalandır. O,iştirak etməmişdir, nə də ailə üzvlərindən heç kim iştirak etməyib. O, oraya gəlib çatanda baxış (yoxlama) keçirilməsi qurtarmışdı, Hikmət Süleymanov və Elşən Qənbərov onun həyətinə girib ailə üzvlərini təhdid və təhqir edirdilər, bu səbəbdən həmin əməkdaşlarla onun arasında münaqişə baş vermiş və ona bədən xəsarəti yetirmişlər. Bu məsələ də Bərdə rayon prokurorluğu tərəfindən araşdırılır. 3.Sayğacına və ona gələn elektirik xəttinə xx.xx.2023-cü il tarixdə baxış keçirilməsində heç bir hal şahidi iştirak etməyib və Aktın surəti ona verilməyib. Aktın surətini ona Bərdə rayon Prokurorluğunda olan araşdırma zamanı prokurorluğun müstəntiqi verib. 4.Məhkəməyə xx.xx.2015-ci ildən xx.xx.2023-cü il tarixədək olan 8 illik dövr üçün Abonent hesabının və ödənişlərinin müfəssəl məlumatlarını təqdim edir. Həmin məlumatlara əsasən o, hər ay mövsümdən asılı olaraq təxminən eyni miqdarda, o cümlədən də həmin illərin sentyabr ayında, həmçinin də 2023-cü ilin sentyabr ayında təxminən eyni miqdarlarda: 172, 126,192,146,263, 216, 186, 145 və 150 kvt elektirik enerjisi sərfıyyatı etmişdir və onlara uyğun ödənişlər etmişdir. Belə olan halda sayğaca hansı müdaxilədən və əlavə xətt qoşmadan söhbət gedə bilər? Qanunsuz Rİ 313839 nömrəli Aktın ləğv edilməsi və hesablanmış 628,94 manat borcun abonent hesabımdan silinməsini "xxxx" ASC mənə ünvanladığı xx.xx.2023-cü il tarixli, 13-13/2-2/14-B-8599/2023 saylı məktubu ilə təmin etməmiş, əksinə öz əməkdaşlarının qanunsuz Aktına və 628,94 manat cərimə ödəməyini tələb etmələrinə haqq qazandırmışdır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir və bu müraciətini əsaslı olmaqdan başqa, həm də qanuni hesab edir. İddiaçı daha sonra məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsi məhkəməyə verildikdən sonra ona məlum olmuşdur ki, cavabdeh Bərdə işıq idarəsi deyil, "xxxx" ASC olmalıdır. Buna görə cavabdehin əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilməsini xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-392/2024 saylı qərardadı ilə əsl olmayan cavabdeh "xxxx" ASC X7 əsl cavabdeh "xxxx" ASC ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 iddianı qəbul etməyərək, qanunsuz və əsassız hesab edərək, təmin edilməməsini xahiş edərək, izahatında və məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Bərdə EŞ-nin “Proqram bazasında” **********00207 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən 21,05.2020-ci il tarixdən bu günə kimi yaşayış evinə quraşdırılmış Köhler-AEL.MF.07 tipli, zavod nömrəsi №77072935 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. xx.xx.2023-cü il tarixdə “Aran” RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən Bərdə EŞ-nin ESŞ-nin rəisi Hikmət Süleymanov, aparıcı mühəndis Elşən Qənbərov və elektrik montyoru Elşən Abbasov tərəfindən “EEİQ”nın tələblərinə uyğun olaraq İddiaçı Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. “Baxış zamanı yaşayış evinin elektrik enerjisi ilə təchiz edən 1 fazlı elektrik sayğacının təchizat sxeminə müdaxilə olunduğu, kənardan “0” xətti götürərək elektrik sayğacının keçən enerjini qeyd etməsinin abonent tərəfindən qarşısının alınması müəyyən edilmişdir». Məhkəmə tərəflərin və şahidlərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, elektirik enerjisinin istifadə qaydalarının uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, Bərdə rayonu, Böyük Göyüşlü kəndində İddiaçı fərdi yaşayış evinə quraşdırılmış elektirik sayğacının təchizat sxeminə müdaxilə edilmişdir. Kənardan 0-xətt götürərək elektirik sayğacının keçən enerjini qeyd etməsinin abonent tərəfindən qarşısı alınmışdır. Baxış keçirilməsində, akt yazılmasına iştirak etməklə akta imz etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Bərdə rayonu, Böyük Göyüşlü kəndində İddiaçı fərdi yaşayış evinə quraşdırılmış elektirik sayğacına baxış keçirilməsində iştirak etsə də adıçəkilən abonentin qanunsuz qoşulma və ya sayğaca müdaxilə edilməsini görməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən 1 ədəd CD diskə tərəflərin iştirakı ilə məhkəmə iclas zalında baxış keçirilərkən elektrik sayğacından iki ədəd iri qara kabel çıxdığı və kabellərin birinin üzərində ampermaşanın göstəricilərinin tez-tez dəyişdiyi görünür. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1963-cü ildə Bərdə rayonu, Göyüşlü kəndində anadan olmuşdur, Bərdə rayonu, Böyük Göyüşlü kəndində qeydiyyatdadır. AZE 18063666 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 03 sentyabr 1968-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 09 yanvar 1985-ci ildə anadan olmuşdur. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 11 yanvar 1989-cu ildə anadan olmuşdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 531saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı, Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşayır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 313839 nömrəli aktdan görünür ki, elektirik enerjisindən istifadə qaydalarının uyğunluğunun yoxlanılması 9ilə əlaqədar baxış zamanı bir fazlı elektirik sayğacının təchizat sxeminə müdaxilə edilməsi, kənardan 0- xətti götürərək elektirik sayğacının keçən enerjini qeyd etməməsinin abonent tərəfindən qarşısının alınması, amper maşa ilə tərəflərindən ölçmə aparılmış, ölçmə zamanı xəttdən keçən yük 2 A olmasına baxmayaraq sayğacın keçən yükü q eyd etməməsi, enerji uçotunun pozulması, 1=2A, 11=0.22V, P=0.44 kvt, aktlaşdırılmışdır. İş materiallarında olan 13-13/2-2/14-B-8599/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, “Elektirik enerjisindən istifadə Qaydalarının” (EEİQ) tələbləri pozulduğundan elektirik enerjisindən qanunsuz istifadə edilməsi halı aşkarlanaraq xx.xx.2023-cü il tarixli, Rİ 313839 nömrəli Akt tərtib edilmişdir. İtirilmiş elektirik enerjisinin bərpası məqsədilə akta əsasən 4838 kvts ( 628.94 AZN) əlavə sərfiyyat hesablanmışdır. Əlavə olaraq bildirirlər ki, xx.xx.2023-cü il tarixinədək elektirik enerjisinin istehlakına görə 628.62 AZN borcu yaranmışdır. İş materiallarında olan "xxxx" ASC-nin **********00207 saylı abunə haqqında məlumatdan görünür ki, İddiaçı 628.94 manat borcu vardır. İş materiallarında olan "xxxx" ASC-nin nümayəndəsi X9 tərəfindən iddiaya qarşı etirazda göstərilmişdir ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Bərdə EŞnin “Proqram bazasında” **********00207 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla Bərdə rayonu, Böyük Göyüşlü kəndində yaşadığı fərdi yaşayış evində elektrik enerjisindən 21,05.2020-ci il tarixdən bu günə kimi yaşayış evinə quraşdırılmış Köhler-AEL.MF.07 tipli, zavod nömrəsi №77072935 olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. xx.xx.2023-cü il tarixdə “Aran” RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən Bərdə EŞnin ESŞ-nin rəisi Hikmət Süleymanov, aparıcı mühəndis Elşən Qənbərov və elektrik montyoru Elşən Abbasov tərəfindən “EEİQ”nın tələblərinə uyğun olaraq İddiaçı Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. “Baxış zamanı yaşayış evinin elektrik enerjisi ilə təchiz edən 1 fazlı elektrik sayğacının təchizat sxeminə müdaxilə olunduğu, kənardan “0” xətti götürərək elektrik sayğacının keçən enerjini qeyd etməsinin abonent tərəfindən qarşısının alınması müəyyən edilmişdir” Xüsusi ölçmə vasitəsi olan “ampermaşa” vasitəsi ilə ölçmə aparılarkən xətdən keçən yükün 2A olmasına baxmayaraq sayğacın keçən yükü qeyd etmədiyi və bu səbəbdən enerji uçotunun pozulması müəyyən edilmişdir. Faktla əlaqədar “EEİQ2nın tələblərinə uyğun olaraq İddiaçı barəsində akt R №313839 saylı akt tərtib edilmişdir. Aktın tələb hissəsində “1. Qüsur ləğv olunsun, 2. hesablanacaq məbləğ tam ödənilsin, əks halda şəbəkədən açılsın” qeydiyyatı aparılmışdır. Akt enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı akta imza etməkdən imtina etmişdir. Bu barədə aktın müvafiq hissəsində əməkdaşlar tərəfindən imza edilməklə qeydiyyat aparılmışdır. Aşkar edilmiş pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Pozuntu faktı aşkar edilərkən İddiaçı enerji təchizatı müəssisəsinin əməkdaşlarına qarşı kobud rəftar etmişdir. Bu zəmində onunla əməkdaşlar arasında mübahisə yaranmış və mübahisə zamanı İddiaçı Bərdə EŞ-nin ESŞ-nin rəisi Hikmət Süleymanova fiziki zor tətbiq edərək yumruqla onun sifət nahiyyəsinə zərbə endirmişdir. H.Süleymanovun deməsinə görə İddiaçı həmin vaxt spirtli içkinin təsiri altında olmuşdur. Akta əsasən “Aran” RETSİ də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 235,82 manat təşkil edən 1814 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat aşağıdakı qaydada aparılmışdır. 1,2 kvt x 24 saat x 0.7 x 90 gün =1814 kvt 1814 kvt x 0.13 = 235,82 man Cəmi = 235,82 manat Məhkəmənin nəzərinə çatdırıram ki, "xxxx" ASC-də fəaliyyət göstərən 'Aktlar üzrə Komissiya” “Aran” RETSİtərəfindən aparılmış hesabatla razılaşmamış və hesabatın 90 gün deyil 240 gün müddətinə aparılaraq (1.2 kvt x 24 saat x 0.7 x 240 gün = 4838 kvt saat. 4838 kvt x 0.13 man = 628,94 manat ) təşkil etməsi barədə qərar qəbul etmişdir. Hesablanmış məbləğ İddiaçı Bərdə EŞ-nin “Proqram bazası”nda qeydiyyatda olan istehlakçı kodu üzrə Abunə haqqında məlumatda öz əksini tapmışdır. Bildirirəm ki İddiaçı barəsində Akt tərtib edilərkən və həmin akta əsasən yenidən hesablama aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Akt və akt əsasında hesabat “Qaydalar”-ın tələblərinə uyğun olaraq tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən ona əsassız olaraq yazılmış 628.94 manat borc məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа-MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM): 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Mülki prosessual qanunvericiliyinin tələblərinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. NK-nin qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisidən istifadə Qaydaları»nın 3.4-cü bəndinə əsasən xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşür. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 7.7-ci bəndində əsasən hesablaşma elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. EEİQ-nın 8.17-1-ci bəndində göstərilir ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndlər nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1 -ci yarımbəndinç uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısınır alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektri naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərin münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzər alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tələfində bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17- ci və 8.17-1 -ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət 5 abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına riayət olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, hazırki işdə cavabdeh təşkilat iddiaçının elektrik sayğacına qanunsuz müdaxilə etməsini və sayğacın iddiaçının təqsirli hərəkətləri nəticəsində keçən enerjini qeyd etmədiyini və uçotunun pozulmasını, habelə elektrik şəbəkəsinə qanunsuz olaraq qoşulmasını sübut edə bilməmiş, bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilmiş şahidlərdən biri iddiaçının xəttə qanunsuz qoşulduğunu və sayğaca müdaxilə nəticəsində enerji sərfiyyatının qeyd edilmədiyini bildirsə də digər şahid iddiaçının sayğacdankənar xəttə qoşulmasını təsdiq etməmişdir və görmədiyini bildirmişdir. Bundan başqa təqdim edilmiş Cd diskdəki videogörüntüdən iddiaçının sayğacdankənar qoşulmasını müşahidə və müəyyən etmək mümkün deyil. Buna görə məhkəmə "xxxx" ASC-nin aktında və cədvəldə qeyd edilmiş EİQ pozulması, yəni elektrik enerjisindən istifadə qaydalarının pozulması nəticəsində iddiaçıya yazılan 628,94 manat məbləği ilə razılaşmır və məhkəmə hesab edir ki, cavabdeh təşkilat iddiaçının elektrik enerjisindən istifadə qaydalarının pozulmasını sübut etmədiyindən, iddiaçının iddia tələbi əsaslıdır və həmin hissədə cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya yazılmış 628,94 manat məbləğində cərimə borcu silinməlidir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən elektirik sаyğаcına hər hаnsı müdаxilə edilməmiş, ümumiyyətlə iddiaçının hər hansı təqsirli hərəkət və hərəkətsizliyinin olması sübuta yetirilməmişdir. Cavabdeh isə iddiaçının sayğaca müdaxilə etməsini sübut edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi elektirik enerjisindən istifadə qaydalarını pozmasına görə tərtib edilmiş Rİ 313839 nömrəli xx.xx.2023-cü il tarixli aktın qanunsuz hesab edilərək ləğv edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, akt hüquqmüəyyənedici sənəd olmadığından ləğv edilə bilməz. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏTETDİ: İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qаrşı “borc məbləğinin” silinməsi tələbinə dаir iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yazılmış 628.94 manat borc onun hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-392/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-392/2024
02.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver