Məhkəmə qərarları › İş №2(021)-3940/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3940/2023

13.10.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3940/2023 13.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X18 Qasım oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) Maraqlı şəxs (bundan sonra maraqlı şəxs və ya Dəmrəl Ələsgərli) qаrşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə mürаciət edərək barışıq sazişinin təsdiq edilməklə Maraqlı şəxs ilə aralarında olan və 19 dekabr 2015-ci ildə Bərdə rayon X15 Ərazi Dairəsi uzrə numyəndəliyındə 50 nömrə ilə qeydə alınmış nikahın pozulmasına, birgə nikahlarından xx.xx.2016-cı ildə anadan olmuş X6, xx.xx.2017-ci ildə anadan olmuş X7 və xx.xx.2022-ci ildə anadan olmuş X2 onun himayəsində saxlanılmasına, Maraqlı şəxs birgə nikahdan anadan olmuş X3, X4 və X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində alimentin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxıl olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı ildə X6, xx.xx.2017-ci ildə X7 və xx.xx.2022-ci ildə X8 anadan olmuşdur. Aralarında olan problemlər səbəbindən faktiki olaraq ayrılmışlar və ayrı yaşadıqları müddətdə birgə nikahlarından olan övladları onun yanında qalır və onların bütün maddi və mənəvi ehtiyyaclarını o ödəyir. Maraqlı şəxs isə uşaqların saxlanması üçün heç bir yardım göstərmir, hətta uşaqlarla maraqlanmır. Aralarında olan münasibətin həll edilməsi üçün mediasiya şurasına müraciət etmiş və orada Maraqlı şəxs ilə aralarında olan nikahın pozulmasına, birgə nikahdan olan hər üç uşağın onun himayəsində qalmasına və cavabdehdən hər ay hər uaşağa 100 manat olmaqla, ümumilikdə 300 (iki yüz) manat aliment tutuluraq ona ödənilməsinə dair razılığa gəlmişlər. Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozur. Maraqlı şəxs uşaqların saxlanması üçün heç bir maddi yardım göstərmir, hətta uşaqlarla maraqlanmır, onların qayğısına qalmır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəməyə teleqram göndərərək işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, barışıq sazişinin şərtlərini qəbul etdiyini və təsdiq olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1996-cı ildə Göyçay şəhərində anadan olmuşdur, Göyçay şəhəri Nigar Rəfibəyli küçəsində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1993-cü ildə Bərdə rayonu Dəymədağıldı kəndinda anadan olmuşdur, Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının X15 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2023-cü il tarixli 728 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Dəymədağıldı kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının X15 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 dekabr 2015-ci il tarixli AZ-İİ 081343 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs və X9 19 dekabr 2015-ci ildə 50 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Ələsgərli soyadı verilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 aprel 2017-ci il tarixli AZ-İİİ 926163 nömrəli, Bərdə rayon Şirvanlı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli AZ-T 174637 nömrəli və Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 yanvar 2022-ci il tarixli AZ-İV 684379 nömrəli Doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 14 may 2016-cı ildə Özcan, 26 oktyabr 2017-ci ildə Ayxan və 20 yanvar 2022-ci ildə Dəniz adlı uşaqları anadan olmuşdur. 14 may 2016-cı il təvəllüdlü X3, 26 oktyabr 2017-ci il təvəllüdlü X4 və 20 yanvar 2022-ci il təvəllüdlü X2 atası cavabdeh Maraqlı şəxs, anası Ərizəçidır. X1 iştirakı ilə tərtib edilən 21 avqust 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf-Ərizəçi bildirdi ki, ikinci tərəf-Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 19 dekabr 2015-ci il tarixdə Bərdə rayon Şirvanlı kənd İƏD-nin icra nümayəndəliyinin Akt qeydləri kitabında 50 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 14 may 2016-cı il təvəllüdlü X6, 26 oktyabr 2017-ci il təvəllüdlü X7 və 20 yanvar 2022-ci il təvəllüdlü X8 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayrı yaşayırlar. Birinci tərəf Mediasiyaya müraciət edərək İkinci tərəflə aralarında bağlanmış rəsmi nikahın pozulmasını, birgə nikahlarından olan 14 may 2016-cı il təvəllüdlü X6, 26 oktyabr 2017-ci il təvəllüdlü X7 və 20 yanvar 2022-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılmasını və azyaşlı övladlarının saxlanılması üçün aliment tələbi ilə təklif vermişdir. -İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildrimişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, Birinci tərəf ilə aralarında 19 dekabr 2015-ci il tarixdə Bərdə rayon Şirvanlı kənd İƏD-nin icra nümayəndəliyinin Akt qeydləri kitabında № 50-li rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından olan 14 may 2016-cı il təvəllüdlü X6, 26 oktyabr 2017-ci il təvəllüdlü X7 və 20 yanvar 2022-ci il təvəllüdlü X2 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını və azyaşlı övladlarının saxlanılması üçün isə hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyə gücünün çatdığını bildirdi və öz öhdəsinə götürür. -Birinci tərəf bildirdi ki, ikinci tərəfin hər ay hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 300 manat aliment məbləği ödənilməsi təklifi ilə tam razılaşır və qəbul edir. -Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ailə mübahisəsi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və X1 iştirakı ilə, 21 avqust 2023-cü il tarixdə tərtib edilən Barışıq Sazişinə əsasən tərəflər arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişi tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalı olduğu halda Maraqlı şəxs tərəfindən icra edilməmişdir. Bu səbəbdən də, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 21 avqust 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının AM və ya AM): 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50-ci maddəsinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 52-ci maddəsinə görə, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. MPM-nin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. İkinci tərəf-Maraqlı şəxs, birinci tərəf-Ərizəçi ilə aralarında 19 dekabr 2015-ci il tarixdə Bərdə rayon Şirvanlı kənd İƏD-nin icra nümayəndəliyinin Akt qeydlər kitabında 50 nömrə ilə bağlanmış rəsmi nikahın pozulmasına tam razı olması, birgə nikahlarından olan 14 may 2016-cı il təvəllüdlü X3, 26 oktyabr 2017-ci il təvəllüdlü X4 və 20 yanvar 2022-ci il təvəllüdlü X2 birinci tərəfin himayəsində saxlanılmasına ikinci tərəfin heç bir etirazının olmaması və azyaşlı övladlarının saxlanılması üçün ikinci tərəfdən hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla ümumilikdə 300 (üç yüz) manat aliment məbləğinin birinci tərəfin xeyrinə ödəməsi barədə Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 21 avqust 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar