Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3959/2025 20.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim X5 оğlunun sədrliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “sənədin şəxsə məxsus olması faktının” müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə iclasından kənar qaydada baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X3 əvəzinə X1 qeyd edilmiş doğum akt qeydində düzəliş edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbulundan imtina edilməlidir.. Ərizəçi ərizəsində mərhum anasına məxsus bütün sənədlərdə ata adının Yaqub kimi qeyd edildiyini, lakin atası ilə anasının nikah şəhadətnaməsində anasının ata adının Həsən qeyd edildiyini göstərərək nikah haqqında şəhadətnamədə düzəliş edilməsini xahiş etmişdir. Məhkəmə bu halla bağlı ərizəçinin nəzərinə çatdırır ki, MPM-in 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təsdiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. İş materialında olan nikah haqqında şəhadətnamədən göründüyü kimi tərəflər arasında akt qeydində qeyd edilməklə rəsmi nikah bağlanmış və nikah haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə ərizəçimim anasının ata adının düzəliş edilməsi edilməsini xahiş etmişdir ki, düzəliş edilməsi isə Maraqlı şəxs tərəfindən edilməli, Maraqlı şəxs tərəfindən isə müvafiq düzəlişin edilməsindən imtina edildiyi halda ərizəçi inzibati orqan olan Maraqlı şəxs hərəkət və ya hərəkətsizliyindən Gəncə İnzibati Məhkəməsinə müraciət etməlidir. Buna görə məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə mülki işin icraata qəbul edilməsindən imtina edilməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 9.1.-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və MPM-in 261, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı sənədin şəxsə məxsus olması faktının” müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın (Qəbz nömrəsi: **********). Qərardadın icrası rüsumun geri qaytarılması hissəsində X4 İdarəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-3959/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3959/2025
20.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver