Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3970/2023 06.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlu, İddiaçı Cavabdehnə qarşı əsassız olaraq tərtib edilmiş aktın ləğvi və akt əsasında yazılmış cərimənin ləğv edilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı Cavabdehnə qarşı əsassız olaraq tərtib edilmiş aktın ləğvi və akt əsasında yazılmış cərimənin ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı barəsində qazdan istifadə qaydalarının pozulması haqqında hər hansı akt və ya protokol tərtib edilməmişdir, cərimə yazılmış ******* saylı akt Cavabdeh ASC tərəfindən X2 barəsində tərtib olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir, o, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İş materiallarından da göründüyü kimi İddiaçı adına Cavabdeh ASC tərəfindən akt yazılmış X1 aadından məhkəmədə iddia qaldırmasına səlahiyyəti olması barədə heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda geri qaytarılır. İddiaçı qeyd olunan maddənin tələblərinə əməl etməyərək, iddia ərizəsini imzalamadan məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə görə İddiaçı Cavabdehnə qarşı əsassız olaraq tərtib edilmiş aktın ləğvi və akt əsasında yazılmış cərimənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149- 152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: İddiaçı Cavabdehnə qarşı əsassız olaraq tərtib edilmiş aktın ləğvi və akt əsasında yazılmış cərimənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3970/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3970/2023
06.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver