Məhkəmə qərarları › İş №2(021)-4019/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4019/2023

14.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4019/2023 14.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhətçi Əzizov Mətləb Yahya oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC- yə, Cavabdeh1nə və "xxxx" ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun, Cavabdeh1 xx.xx.2023-cü il tarixli qərarının və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən 3 otaqlı 73.1 kv.m ümumi 47.7 kv.m yaşayış, 25.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.09 ha torpaq sahəsinin "xxxx" ASC-yə satılması barədə hərracın nəticələri haqqında yekun protokolun, Cavabdeh1 xx.xx.2023cü il tarixli qərarının və ondan irəli gələn hüquqi nəticələr qanunsuz olduğundan etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin (hakim E.Bayramov) 24 yanvar 2019-ci il tarixli, 2(013)-307/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər İddiaçı, X2, X4, X8 və X3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnaməyə görə cavabdeh İddiaçı 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12723,54 (on iki min yeddi yüz iyirmi üç dollar əlli dörd sent) ABŞ dolları əsas borc, 8466.86 (səkkiz min dörd yüz altmış alt: dollar səksən altı sent) ABŞ dolları faiz borcu, 10 (on) ABŞ dolları cərimə borcu, cəmi 21200,4 (iyirmi bir min iki yüz dollar qırx sent) ABŞ dolları məbləğində borc qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutrnanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və xidmət haqqı üçün ödənilmiş 20 (iyirmi) manat tutularaq Nikoyl İKB ASC-nin xeyrinə ödənilməsi, tələbin Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 3 otaqlı, 73.1 kv.m ümumi, 47,7 kv.m yaşayış, 25,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,09 ha torpaq sahəsinə yönəldilməsi, həmin yaşayış evi və torpaq sahəsi açıq hərracda satılaraq satışdan əldə edilmiş məbləğdən "xxxx" İKB ASC-nin olan borc ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilməsi, İddiaçı, X6, X9. X10 və X7 ipoteka predmeti olan fərdi yaşayış evi və torpaq sahəsi satıldıqdan sonra 1 ay müddətinə həmin evdən çıxarılmaqla həmin ev boşaldılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il 2(104)-213/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilib Ağdam Rayon Məhkəməsinin (hakim E.Bayramov) 24 yanvar 2019-ci il tarixli, 2(013)-307/2019 saylı qətnaməsi "ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 30.000 manat məbləğində odilmasi” hissasinda davisdirilməsi. ipoteka predmetinin ilkin satış qiyməti 54.850 (ǝlli dörd min səkkiz yüz əlli) manat məbləğdə müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sözügedən qətnamə əsasında Cavabdeh1 xx.xx.2023-cü il tarixli, No 9271567/2021 sifariş məktubu əsasında ona məxsus Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən 3 otaqlı 73.1 kv.m ümumi 47.7 kv.m yaşayış, 25.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.09 ha torpaq sahəsi "Əmlak MMC tərəfindən 46.622,5 manat dəyərində ixtisaslaşdırılmış Hərrac Mərkəzi qiymətləndirilmiş və hərraca çıxarılmış və "xxxx" ASC tərəfindən 34.966,88 manata alınmışdır. Bankın əməkdaşları ona bildirmişdirlər ki, "borcunu ödə, evini yenidən sənə qaytaraq". Bu minvalla Bank ondan nə qədər pul İstəmiş, o qədər ödəmişdir. Həmçinin qeyd etmişdir ki, sözügedən bankla aralarında olan xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən kredit məbləğini 3 il müddətinə götürmüşdür. Bank isə ona qarşı iddianı 2019-cu il tarixdə yəni, müddət ötürməklə qaldırmışdır. İşə baxan hakimlər isə bu kimi halları nəzərə almadan bankın xeyrinə qətnamə qəbul etmişlər. Bundan başqa məhkəmə ona məxsus fərdi yaşayış evinin ilkin satış manat dəyərində qiymətini 54.850 manat olması barədə qətnamə qəbul etməsinə baxmayaraq hərrac mərkəzi ona məxsus evi birinci hərracda 46.622,5 mərkəzi qiymətləndirmiş və yekun hərracda isə 34.966,88 manata banka satmışdır. Sözügedən evin dəyəri də çox aşağı qiymlətləndirilmişdir. Evin dəyəri 34.966,88 manat deyil, qat-qat yuxarı qiymətədir. Xəbəri olmadan evin aşağı qiymətləndirilməsi, hərraca çıxarılması və hazırki iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən alınması qanun pozuntusudur. Ona məxsus evin dəyəri ən azı 70.000-80.000 manat təşkil edir. Bununla yanaşı o, kredit öhdələyinin çox hissəsini ödəmişdir. Mühasibatlıq ekspertizası təyin edilsə, bu hal müəyyən edilər. Hesab edir ki, lazımi qaydada xəbərdar olunmamağı ilə və aşağı qiymətlə qiymətləndirilərək evin aşağı qiymətlə hərracda satışa çıxarılması və evin alqısatqısı barədə müqavilə qanunsuz hesab edilməli və ona məxsus Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən 3 otaqlı 73.1 kv.m ümumi 47.7 kv.m yaşayış, 25.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.09 ha torpaq sahəsinin aşağı qiymətlə hərracda satışa çıxarılması və gizli şəkildə "xxxx" ASC tərəfindən alınması qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, “Əmlak ixtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC sözügedən icra vərəqəsini üzrə Cavabdeh1 sifarişi əsasında evin hərracda satılması üçün qanunun tələblərinə riayət edilməmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən sözügedən evin ilkin satış qiyməti ona bildirilsə idi o, evin real bazar qiymətindən dəfələrlə aşağı qiymətləndirilməsinə etiraz edərdi, eləcə də, 70.000-80.000 manat olan evin 34.966,88 manata alınmasına imkan verməzdi. Yuxarıda qeyd etdiyi kimi, bu günədək Banka kredit borcundan xeyli məbləğdə məbləğdə pul ödəmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasında cavabdeh "xxxx" ASC –nin nümayəndəsi X11 məkhəməyə ərizə verərək iddiaçı məhkəmə iclasına gəlməsə də, işə mahiyyəti üzrə baxıb qərar qəbul etməsini xahiş etdi. O, həmçinin bildirdi ki, Ağdam Rayon Məhkəməsinin 24 yanvar 2019-ci il tarixli, 2(013)-307/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər İddiaçı, X2, X4, X8 və X3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnaməyə görə cavabdeh İddiaçı 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 21200,4 (iyirmi bir min iki yüz dollar qırx sent) ABŞ dolları məbləğində borc qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə, tutularaq <<Nikoyl»> İKB ASC-nin xeyrinə ödənilməsi, tələbin Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 3 otaqlı, 73.1 kv.m ümumi, 47,7 kv.m yaşayış, 25,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,09 ha torpaq sahəsinə yönəldilməsi, həmin yaşayış evi və torpaq sahəsi açıq hərracda satılaraq satışdan əldə edilmiş məbləğdən "xxxx" İKB ASCnin olan borc ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya məhkəməsinin 2(104)-213/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin olunmuş və Ağdam rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 30000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 54850 manat məbləğində müəyyən edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" ASC kassasiya şikayəti vermiş, lakin Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya məhkəməsinin 2(104)-213/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Cavabdeh1 icraata başlama haqqında qərar qəbul etmiş və əmlakın hərracda satılması üçün hərrac mərkəzinə sifariş vermişdir. Lakin hazırda iddiaçı iddia tələbinin əsasını Bərdə rayon İcra və Pobasiya şöbəsi tərəfindən əmlakının qiymətinin aşağı məbləğlə hərraca çıxarması kimi qeyd etmişdir. Lakin əmlakın ilkin satış qiyməti icra məmuru tərəfindən yox, məhs məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Yəni əmlakın ilkin satış qiyməti bir başa olaraq icra vərəqəsində göstərilmişdir. Hərracın keçirilməsi qanunla müəyyən olunmuş qaydada həyata keçrilmiş, heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iddia tələbinn rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh1 nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Lakin "xxxx" MMC-nin direktor müavini Nigar Abdullayeva iddiaya etirazını göndərmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş Seriya AZE №0******* nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1328 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Qazıqurdalı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Seriya AA №006027 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu verilmişdir. Mülki işə əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)213\2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 24 yanvar 2019-ci il tarixli, 2(013)-307/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər İddiaçı, X2, X4, X8 və X3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12723,54 (on iki min yeddi yüz iyirmi üç dollar əlli dörd sent) ABŞ dolları əsas borc, 8466.86 (səkkiz min dörd yüz altmış alt: dollar səksən altı sent) ABŞ dolları faiz borcu, 10 (on) ABŞ dolları cərimə borcu, cəmi 21200,4 (iyirmi bir min iki yüz dollar qırx sent) ABŞ dolları məbləğində borc qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutrnanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və xidmət haqqı üçün ödənilmiş 20 (iyirmi) manat tutularaq <<Nikoyl»> İKB ASC-nin xeyrinə ödənilməsi, tələbin Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 3 otaqlı, 73.1 kv.m ümumi, 47,7 kv.m yaşayış, 25,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,09 ha torpaq sahəsinə yönəldilməsi, həmin yaşayış evi və torpaq sahəsi açıq hərracda satılaraq satışdan əldə edilmiş məbləğdən "xxxx" İKB ASC-nin olan borc ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilməsi, İddiaçı, X6, X9. X10 və X7 ipoteka predmeti olan fərdi yaşayış evi və torpaq sahəsi satıldıqdan sonra 1 ay müddətinə həmin evdən çıxarılmaqla həmin ev boşaldılması qət edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti qismən təmin olunaraq Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(013)- 307/2013 saylı qətnaməsi «ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 30.000 (otuz min) manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilmiş, ipoteka prdmetinin ilkin satış qiyməti 54850,0 manat məbləğində meəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)696\2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" ASC-nin ("xxxx" İKB ASC) tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)213\2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş və kassasiya şikayəti təmin olunmamışdır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Şöbəsindən "xxxx" MMC-yə ünvanlanmış 271567/2021 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-213/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 54.850 (əlli dörd min səkkiz yüz əlli) manata olmaqla, Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 3 otaqlı, 73.1 kv.metr ümumi, 47.7 kv.metr yaşayış, 25.4 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.09 ha torpaq sahəsinin açıq hərracda satılması "xxxx" MMC-yə sifariş olunmuşdur. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli 1457/2023 nömrəli açıq hərracın keçirilməsinə dair Bildirişdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)213\2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 11 avqust 2023-cü il tarixinə, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclular İddiaçı, Bayramova Nailə Abdulǝzim qızına, X15 qızına, X8, X3 bildiriş göndərilmişdir. Mülki işə əlavə olunmuş "hərracın baş tutmamasına dair" 11 avqust 2023- cü il tarixli protokolun surətindən görünür ki, 11 avqust 2023-cü il tarixə saat 10:00-a təyin edilmiş hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Mülki işə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1747/23 nömrəli Təkrar hərracın keçirilməsinə dair Bildirişdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)213\2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə keçiriləcək təkrar hərracın keçirilmə vaxtı və yeri barədə Cavabdeh1nə, İddiaçı, X2, X4, X8, X3 və "xxxx" ASC-nə məlumat verilmişdir. Mülki işə əlavə olunmuş "hərracın baş tutmamasına dair" 29 avqust 2023- cü il tarixli protokolun surətindən görünür ki, 29 avqust 2023-cü il tarixinə, saat 10:00 təyin edilmiş tarixə edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Mülki işə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1874/23 nömrəli ipoteka predmetinin əldə edilməsi barədə Təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. Mülki işə əlavə olunmuş İpoteka saxlayan "xxxx" ASC-nin 31 avqust 2023-cü il tarixli, KBD-7143 nömrəli məktubundan görünür ki, ipoteka predmetini təklif edilən 34.966,88 (otuz dörd min doqquz yüz altmış altı manat səksən səkkiz qəpik) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Mülki işə əlavə olunmuş “’Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin Açıq HərracınYekunları barədə №215/23 saylı, 05 sentyabr 2023-cü il tarixli Protokoldan görünür ki, İddiaçı mülkiyyətində olan Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 3 otaqlı, 73.1 kv.m ümumi, 47,7 kv.m yaşayış, 25,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və paylı mülkiyyətdə olan 0,09 ha torpaq sahəsi 34.966,88 (otuz dörd min doqquz yüz altmış altı manat səksən səkkiz qəpik) manata "xxxx" ASC-yə satılmışdır. Mülki işə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1900/23 nömrəli məktubdan görünür ki, "X1" nəzdində "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 215/23 saylı "X16 barədə Protokol" tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə "Əmlak Hərrac Mərkəzi” MMC-nin 1900/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə sifarişçi icra şöbəsinə göndərilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Ağdam Rayon Məhkəməsinin 24 yanvar 2019-ci il tarixli, 2(013)-307/2019 saylı qətnaməsi ilə İddiaçı 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 21200,4 (iyirmi bir min iki yüz dollar qırx sent) ABŞ dolları məbləğində borc qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə tutularaq <<Nikoyl»> İKB ASC-nin xeyrinə ödənilməsi, tələbin Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 3 otaqlı, 73.1 kv.m ümumi, 47,7 kv.m yaşayış, 25,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,09 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilməsi, qət edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)213\2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(013)-307/2013 saylı qətnaməsi «ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 30.000 (otuz min) manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilmiş, ipoteka prdmetinin ilkin satış qiyməti 54850,0 manat məbləğində meəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)696\2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə “Gəncə Apellyasiya Məhkəməsinin 2(104)213\2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən "xxxx" ASC ("xxxx" İKB ASC) tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamışdır. Borc ödənilmədiyinə görə ipoteka predmetinə tutma yönəldilərək hərraca çıxarılmış və "xxxx"nin X16 barədə №215/23 saylı, 05 sentyabr 2023-cü il tarixli Protokola əsasən 34.966,88 (otuz dörd min doqquz yüz altmış altı manat səksən səkkiz qəpik) manata "xxxx" ASC-yə satılmışdır. İddiaçı iddia tələbində qeyd etmişdir ki, bankla aralarında olan xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən kredit məbləğini 3 il müddətinə götürmüşdür. Bank isə ona qarşı iddianı 2019-cu il tarixdə yəni, iddia müddətini ötürməklə qaldırmışdır. Məhkəmə qeyd edir ki, bununla bağlı artıq məhkəmə aktları qəbul olunmuş və qanuni qüvvəyə minmişdir. Məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq instansiya məhkəməsi müəyyən edə bilər ki, həmin məhkəmə qətnaməsindən də verilmiş apellyasiya şikayətinə və kassasiya şikayətinə müvafiq instansiya məhkəmələrində baxılmışdır. İddiaçı həmçinin iddia tələbində qeyd etmişdir ki, hərracın kerçirilməsindən xəbəri olmamış və ipoteka predmeti aşağı qiymətə satılmışdır, “Əmlak ixtisaslaşdırılmış “Hərrac Mərkəzi" MMC tərəfindən evin hərracda satılması üçün qanunun tələblərinə riayət edilməmişdir. Məhkəmə qeyd edir ki, işdə olan sübutlarla və onların davam edən ardıcıllığından görünür ki, hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntuzuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, borclulara müvafiq bildirişlərin göndərilməsi “Hərrac Mərkəzi" MMC tərəfindən təmin olunmuş, hərracın keçirilməsi qanunla müəyyən olunmuş qaydada həyata keçrilmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində ipoteka predmetinin aşağı qiymətə satılması ilə bağlı qeyd edir ki, əmlakın ilkin satış qiyməti “Hərrac Mərkəzi" MMC tərəfindən deyil, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və İpoteka predmeti “Hərrac Mərkəzi" MMC tərəfindən "İpoteka Haqqında" Azarbaycan Respublikasinın Qanunun tələblərinə uyğun olaraq satılmışdır. "İpoteka Haqqında" Azarbaycan Respublikasinın Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.4-cü maddəsinə əsasən hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.3- cü maddəsinə əsasən əgər əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 415.4 -cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Həmin Məcəllənin 415.5 -ci maddəsinə əsasən Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 416.1- ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2 -ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə iddia tələbinin Cavabdeh1 xx.xx.2023-cü il tarixli qərarının etibarsız olunmasına münasibətdə qeyd edir ki, həmin tələb iddia predmeti ola bilməz və Cavabdeh1 xx.xx.2023-cü il tarixli qərarının ləğvi ola bilərdi ki, bunula bağlı dəqiqləşmə verilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC- yə, Cavabdeh1nə və "xxxx" ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun, Cavabdeh1 xx.xx.2023-cü il tarixli qərarının və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iddia tələbi təmin oluna bilməz. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC- yə, Cavabdeh1nə və "xxxx" ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun, Cavabdeh1 xx.xx.2023-cü il tarixli qərarının və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar