Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4039/2025 16.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Neyiş (Həsənalıyeva) Fəxriyyə Raqif qızının, Ərizəçi5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə QƏTNAMƏ Açar sözlər: hüquqi əhəmiyyətli fakt, hüquq müəyyənedici sənəd Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Neyiş (Həsənalıyeva) Fəxriyyə Raqif qızının, Ərizəçi5 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Neyiş (Həsənalıyeva) Fəxriyyə Raqif qızı, Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasını Torpağın mülkiyyətə verilməsinə dair JN-635 KOD-61000048 olan Dövlət aktının onlara- Ərizəçi1, X12 (ölmüşdür), Ərizəçi2, Ərizəçi3, Neyiş (Həsənalıyeva) Fəxriyyə Raqif qızına, Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçilər ərizəni belə əsaslandırmışdırlar ki, onlara (ailə üzvülərinə)-Ərizəçi1, X12 (ölmüşdür), Ərizəçi2, Ərizəçi3, Neyiş (Həsənalıyeva) Fəxriyyə Raqif qızına, Ərizəçi5 Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 01 saylı qərarına əsasən Bərdə rayon Lənbəran kəndində ümumi birgə mülkiyyətlərinə 4,80 ha pay torpaq sahəsi verilmiş, həmin torpağın mülkiyyətə verilməsinə dair JN-635 KOD-61000048 olan Dövlət aktı da verilmişdir. Qeyd edilən torpağın mülkiyyətə verilməsinə dair JN-635 KOD-61000048 olan Dövlət aktında ümumi birgə mülkiyyətçilərdən bəzilərinin adları səhvən aşağıdakı qaydada qeyd edilmişdir: Ərizəçi1 adı "X16" kimi, X7 adı "X17” kimi qeyd edilmişdir. Bu səbəbdən də ümumi birgə mülkiyyətlərinə olan torpaq sahələri üzərində sərəncam hüquqlarını həyata keçirə bilmirlər.Qeyd edilən torpağın mülkiyyətə verilməsinə dair JN-635 KOD- 61000048 olan Dövlət aktında düzəliş edilməsi üçün DƏDRX-nin 7 saylı ərazi idarəsinə müraciət etsək də bundan imtina edilmiş, onlara məhkəməyə müraciət etməyimiz tövsiyyə edilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi1 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Digər ərizəçilər Ərizəçi2, Ərizəçi3, Neyiş (Həsənalıyeva) Fəxriyyə Raqif qızına və Ərizəçi5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdirlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakrı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1939-cu ildə anadan olmuşdur. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli №249-05/69 nömrəli Arayışdan görünür ki, Ərizəçi1 ilə X22 nikah haqqında «25 noyabr 1966-cı il tarixdə 26 №-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Bərdə rayon Lənbəran kənd İN Nikah bağlandıqdan sonra Həsənalıyeva soyadı verilmişdir. Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi5 xx.xx.1980-cı ildə anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1969-cu ildə anadan olmuşdur. Seriya AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx.xx.1970-ci ildə anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X30 xx.xx.1972-ci ildə anadan olmuşdur. Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X18 xx.xx.1974-cü ildə anadan olmuşdur. AЭ № ******* nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ana adı X16, ana adı X6 qeyd olunmuşdur. AЭ № ******* nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ana adı X16, ana adı X6 qeyd olunmuşdur. AЭ № ******* nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında ana adı X16, ana adı X6 qeyd olunmuşdur. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli №250-05/69 nömrəli Arayışdan görünür ki, X19 30 mart 2003-cü ildə Bərdə rayon Lənbəran kəndində ölmüşdür. Bu barədə Bərdə rayon Lənbəran kond İN tərəfində 03 noyabr 2021-ci il tarixli 1143 nömrəli ölüm haqqında akt geydi tərtib olunmuşdur. Torpağa mülkiyyət hüququna dair JN-635 KOD-61000048 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli, 01 nömrəli qərarı ilə 4.80 ha torpaq sahəsi Bərdə rayon Lənbəran kənd sakinləri X9, X10, Ərizəçi2, Ərizəçi3, X5 və Ərizəçi5 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Ərizəçi3 Torpağın mülkiyyətə verilməsinə dair JN-635 saylı Şəhadətnamədə səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 141 nömrəli xx.xx.2025-ci il tarixli Arayışda qeyd olunur ki, X4 rayon Lənbəran kəndində yaşayır. Qeyd:(Lənbəran kənd icra nümayəndəliyinin 2021-2025 ci illər ücün X36 Kitabı No.3, 203 saylı vərəqində X16 qeyd olunub. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 254 nömrəli xx.xx.2025-ci il tarixli Arayışda qeyd olunur ki, Lənbəran kənd icra nümayəndəliyinin 2021-2025 ci illər ücün X36 Kitabı No.3, 203 saylı vərəqində qeyd edilmiş X16 ilə Ərizəçi1 eyni şəxsdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 253 nömrəli xx.xx.2025-ci il tarixli Arayışda qeyd olunur ki, Ərizəçi1 Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. Qeyd:(Lənbəran kənd icra nümayəndəliyinin 2021-2025 ci illər ücün X36 Kitabı No.3, 203 saylı vərəqində X16 qeyd olunub. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin sorğusuna əsasən Bərdə Regional “ASAN xidmət” X24 tərəfindən göndərilmiş Doğum haqqında akt qeydlərindən görünür ki, Ərizəçi2 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Ata qrafasında ana adı X16, ana adı X2 qeyd olunmuşdur. Ərizəçi3 xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ana adı X16, ana adı X6 qeyd olunmuşdur. X8 xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ana adı X16, ana adı X3 qeyd olunmuşdur. X11 xx.xx.1974-ciü il tarixdə anadan olmuşdur. Ata qrafasında ana adı X16, ana adı X2 qeyd olunmuşdur. X15 xx.xx.1976-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ana adı X16, ana adı X2 qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Torpağa mülkiyyət hüququna dair JN-635 KOD-61000048 saylı Dövlət Aktında yanlışlıqla mülkiyyətçilər- Ərizəçi1 adı “X16” və X7 cinsi “X17” kimi qeyd olunmuşdur. Belə olan halda Torpağa mülkiyyət hüququna dair JN-635 KOD-61000048 saylı Dövlət X1 və X17 yazılarının müvafiq olaraq mülkiyyətçilər - Ərizəçi1 və X12 məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-635 KOD-61000048 saylı Dövlət X1 və X17 yazılarının müvafiq olaraq mülkiyyətçilər - Ərizəçi1 və X12 məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-4039/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4039/2025
16.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver