Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4046/2025 25.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh İB) qarşı “Qanunsuz yazılmış 1555.20 manat cərimənin silinməsi” tələbinə dair mülki işə 25 noyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 1555,20 manat cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayon Divanlı kəndində xüsusi mülkiyyətində olan fərdi yaşayış evi var. O, ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Hər kəsin qaz sayğacı çöldə olduğu kimi onların da qaz sayğacı çöldə divarın üstündə yerləşdirlilmişdir. Qaz idarəsinin əməkdaşları tərəfindən onların xəbərləri olmadan qaz sayğacına ümumi baxış keçirilmiş və baxış keçirildikdən sonra onun adına 10 iyul 2023-cü il tarixdə ******* saylı akt tərtib edilib. Aktda isə sayğaca baxış keçirildiyini, sayğacın çıxış plasmas borusunun deşildiyini, xətalar təyin edilə bilmədiyini girişin birləşmə deformasiyaya uğradığını, deformasiyanın aradan qaldırmaq mümkün olmadığını bildirirlər. Həmçinin aktda qeyd olunmuşdur ki, sayğacın yenisi ilə əvəz olunmalıdır və sayğacın dəyəri və dəymiş ziyanın abonent tərəfindən ödənilməlidir. O, isə qaz sayğacının yeni qaz sayğacı ilə əvəz edilməsindən imtina etmişdir və həmin imtina aktda da qeyd edilmişdir. Qaz sayğacı dövlət yoxlanışından keçib gəldikdən sonra ona məlum olmuşdur ki, qanunsuz olaraq ona 1555.20 manat məbləğində cərimə yazılmışdır. Sayğacın çıxış plasmas borusunun deşildiyindən, xətalar təyin edilə bilmədiyindən, girişin, birləşmə deformasiyaya uğramasında və yararsız olduğundan nə onun, nə də ailə üzvlərinin xəbəri olmamışdır. O hər ay davamlı olaraq qaz pulunu ödəyiblər və ən son qaz pulunu ödədikləri zaman bizə belə qanunsuz cərimə yazıldığını biliblər. Qanunsuz yazılmış cəriməyə görə hal-hazırda onların qazını kəsmək istəyirlər. Halbuki o, müxtəlif zamanlarda müəyyən olunmuş məbləğdə qaz pulundan ödəyib. Onun qazdan az istifadə etməsinə baxmayaraq, ona qanunsuz olaraq cərimə yazılıb və həmin cərimə ondan tələb edilib. Bu isə qanunsuzluqdur. Onun həmin cərimə məbləğini ödəməyə heç imkanı yoxdur, həmçinin bu cərimə qanunsuz olaraq yazılmışdır. Belə bir cərimə yazılması və aktın tərtib olunması heç bir əsas olmadan tərtib edilmişdir. Bunun üçün də qanunsuz yazılmış 1555.2 manat məbləğində olan cərimənin silinməsini istəyir. Çünki həmin cərimə qaz idarəsinin əməkdaşlarının səhv hərəkəti nəticəsində yaranmışdır. Odur ki, 1555,20 manat qaz pulunun silinməsi dair qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatı Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin Cavabdeh İB məhkəmə iclasında nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 6×24×90=12960 m³ hesablanmışdır. İş materiallarına əlavə olunmuş abonent saldosundan görünür ki, abonent kodu **********1790 olan İddiaçı 1555,20 manat məbləğində borcu mövcuddur. xx.xx.2025-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus Bərdə rayonu Divanlı kəndində yerləşən sayğacın açılıb növbəti dövlət yoxlamasına göndərilməsi qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sayğaca baxış keçirilmişdir, sayğacın çıxış plasmas borusu deşilib. Xətalar təyin edilə bilmədi, giriş birləşmə deformasiyaya uğrayıb. Deformasiyanı aradan qaldırmaq mümkün deyil. Sayğac istismara yararsızdır. Sayğac yenisi ilə əvəz olunmalıdır. Sayğacın dəyəri və dəymiş ziyan abonent tərəfidən ödənilməlidir qeyd edilmişdir. Tətbiq edilən hüquq İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının maye qazın haqqını ödəməməklə müqavilə öhdəliklərini pozması ilə deyil, baxış zamanı, smart sayğac ekranından zədə alması, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi və bunun müvafiq aktla rəsmiləşdirilərək iddiaçıya əlavə sərfiyyatın hesablanması ilə, yəni iddiaçının deliktə (mülki hüquq pozuntusuna) yol verməsi ilə əlaqədar vurulmuş ziyanın ondan tutulması ilə bağlıdır. Ona görə də tərəflər arasındakı mübahisəyə müqavilə öhdəliklərini deyil, deliktlərdən yaranan öhdəlikləri tənzimləyən hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qərarın 4.9-cu bəndində nəzərdə tutulur ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi İşin hallarından görünür ki, abonent İddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi göstərilsə də, həmin sayğaca konkret olaraq sonuncu tərəfindən müdaxilə edilməsi barədə hər hansı bir sübut işdə mövcud deyildir. Qanunvericiliyin tələbinə görə isə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Yəni, sayğacda müəyyən edilən zədənin istehlakçı tərəfindən yetirilməsi sübut edilməmişdirsə, istehlakçının məsuliyyət daşıması istisna olunur. İstinad edilən milli qanunvericilik normalarına əsasən hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə,
Qətetdi:
İddia təmin edilsin. Cavabdeh Tərtər X2 İdarəsi tərəfindən İddiaçı qanunsuz yazılmış 1555,20 (bir min beş yüz əlli beş manat 20 qəpik) manat məbləğində cərimə silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Qətnamə tərəflərin onu rəsmi qaydada qəbul etdiyi gündən 01 ay müddətində şikayət verilməmişdirsə qanuni qüvvəyə minir.
Hakim: Ziya Abdullayev