Məhkəmə qərarları › İş №2(021)-4072/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4072/2023

20.10.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4072/2023 20.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, hazırkı iş, üzrə maraqlı şəxs - Maraqlı şəxs ilə 18 fevral 2012-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 72 nömrə ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 29 noyabr 2012-ci il təvlliidlü X9 və 29 noyabr 2021-ci il təvəllüdlü X10 adlı övladları doğulmuşdur. Ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmiş, xasiyyətimiz uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətlərimiz pozulmuşdur. Ər-arvad kimi yaşamaqları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar. Ayrı yaşadıqları müddətdə birgə nikahlrından olan övladları onun yanımda qalır və onların bütün maddi və mənəvi ehtiyyaçlarını o, ödəyir. Maraqi şəxs Maraqlı şəxs uşağın saxlanması üçün heç bir yardım göstərmir. 01 sentyabr 2023-cü il tarixdə aralarında olan nikahın pozulması, uşaqların onun himayəsində saxlanılması və aliment tələbinə dair mübahisənin həll edilməsi üçü mediasiya şurasına müraciət ediblər. Mediasiya prosesində 18 fevral 2012-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydləri kitabında 72 nömrəli ilə rəsmi nikahın pozulmasına, birgə nikahlarından 29 noyabr 2012-ci il təvllüdlü X9 və 29 noyabr 2021-ci il təvəllüdlü X10 adlı övladlarının onun himayəsində saxlanılmasına, övladlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 60 manat olmaqla ümumilikdə 120 manat aliment məbləğinin onun xeyrimə ödənilmə tələbinə dair Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəlmişdir, bu səbəbdən Barışıq sazişini imzalayıblar. Maraqlı şəxs mediasiya prosesində bağladığı 01 sentyabr 2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi 26 avqust 1990-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AA 396510 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs xx xxxxx 1987-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə şəhər X17 üzrə nümayəndəliyi tərəfindən verilmiş 4854 saylı, 04 oktyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi ünvan 2 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş AZ-İ 749030 nömrəli nikah haqqında şəhadətnmənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs və X1 rayon Qeydiyyat Şöbəsində 18 fevral 2012-ci ildə 72 saylı akt qeydi ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Vəlibəyova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İİİ 008664 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 29 noyabr 2012-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası X8r. Mülki işə əlavə edilmiş AZ-İV 689025 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 29 noyabr 2021-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası X5r. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 01 sentyabr 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 18 fevral 2012-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 72 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 29 noyabr 2012-ci il təvllüdl X9 və 29 noyabr 2021-ci il təvəllüdlü X13 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayr yaşayırlar. Birinci tərəf Mediasiyaya müraciət edərək ikinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını, birgə nikahlarından olan 29 noyabr 2012-ci i təvllüdlü X9 və 29 noyabr 2021-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılması və azyaşlı övladlarının saxlanılması üçün aliment tələbi ilə təklif vermişdir. İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildrimişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, birinci tərəf ilə aralarında 18 fevral 2012-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 72 nömrəli rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından olan 29 noyabr 2012-ci il təvllüdlü X9 və 29 noyabr 2021-ci il təvəllüdlü X2 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını və azyaşlı övladlarının saxlanılması üçün isə hər ay hər uşaq üçün 60 manat olmaqla ümumilikdə 120 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyə gücünün çatdığını bildirdi və öz öhdəsinə götürür. Birinci tərəf bildirdi ki, ikinci tərəfin hər ay hər uşaq üçün 60 manat olmaqla ümumilikdə 120 manat aliment məbləği ödənilməsi təklifi ilə tam razılaşır və qəbul edir. X7 şərtləri izah olundu. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi X11 Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 01 sentyabr 2023cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs və X11 arasında Bərdə rayon Qeydiyyat Şöbəsində 18 fevral 2012-ci ildə 72 nömrəli nikahın pozulması, 29 noyabr 2012-ci il təvllüdlü X9 və 29 noyabr 2021-ci il təvəllüdlü X2 X3 himayəsində saxlanılması, 29 noyabr 2012-ci il təvəllüdlü X9 və 29 noyabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşağa görə 60 manat, cəmi 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub X6 ödənilməsi barədə Maraqlı şəxs və X11 arasında mediasiya prosesi nəticəsində bağlanmış 28 avqust 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 01 sentyabr 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar