Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-41/2022 16.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və dyərin ödənilməsi» tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsinə inşa edilmiş tikililərin sökülməsi və dyərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayonu, Ərəblər kəndində yerləşən 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin öz hesablarına sökülməsi və istifadələrində saxladıqlarına görə ziyanın alınıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılması üçün məhkəmə baxışı iclası 16 avqust 2022-ci il tarixə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddələrinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə , QƏRARAALDİ İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh2 və Cavabdeh3 qarşı «torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və dyərin ödənilməsi» tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-41/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-41/2022
16.08.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver