Məhkəmə qərarları › İş №2(021)-411/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-411/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-411/2024 30.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə və "xxxx" ASC-nə qarşı hərracın nəticələri haqqında yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onlara məxsus Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən fərdi yaşayış evinin, "xxxx" ASC-yə satılmasına əsas olmuş 27 iyul 2023-cü il tarixli, 177/23 saylı açıq hərracın keçirilməsi barədə yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Gəncə Kommersiya Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-2(115)-175/2022 saylı qətnaməsi ilə İddiaçı1 14373,53 əsas borc, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması, tutma ipoteka predmeti olan İddiaçı1, İddiaçı2 və İddiaçı3rra məxsus Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən 0,08 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evinə yönəldiməsi, həmin torpaq sahəsi ilə birgə fərdi yaşayış evi açıq hərracdan satılması, torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin ilkin satış qiyməti 45.000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği "xxxx" ASC-nə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan borc məbləğin İddiaçı1, İddiaçı2 və İddiaçı3 qaytarılması, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 tutularaq "xxxx" ASC-nin xeyrinə verilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin fərdi yaşayış evindən çıxarılması və ev boşaldılması, İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada 200 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qaldığından Apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə Gəncə Kommersiya Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, 2-2(115)-175/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra onlara məlum olmuşdur ki, mülkiyyətimizdə olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə müəmmalı şəraitdə Cavabdeh3 ASC-yə satılmışdır. Belə ki, fərdi yaşayış evinin satılması barədə Cavabdeh1 tərəfindən onlara məlumat verildikdən sonra yəni 12 oktyabr 2023-cü ildə xəbərləri olmuşdur. Bundan sonra icra şöbəsində izahtları alınmışdır. Onlara məxsus fərdi yaşayış evinin satılmasına əsas olmuş sənədləri Cavabdeh1nə müraciət edərək ədə etmişdir. Cavabdeh1 12 iyun 2023-cü il tarixli, 66292/2023 saylı sifariş məktubu əsasında onlara məxsus Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən fərdi yaşayış evi 0,08 ha torpaq sahəsi ilə birlikdə “X5 Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 28.687,5 manat son satış qiyməti ilə 27 iyul 2023-ci tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Hesab edirlər ki, hazırki hərracın keçirilməsi və "xxxx" ASC tərəfindən 28.687,5 manata alınması əsassız və qanunsuzdur. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X10 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 MMC-yə, "Yelo Bank” ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və ondan gələn hüquqi nəticəbrinin etibarsız hesab olunması tələbinə dair” iddia ilə Bərdə rayon Məhkəməsinə müraciət edərək “onlara məxsus Bərdə rayonu, Uğurbəyli kəndində 0.08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin Cavabdeh3 ASC-yə satılmasına əsas olmuş, 27 iyul 2023-ci il tarixli, 177/23 saylı aşıq hərracın keçirilməsi barədə yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair” qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onlara məxsus fərdi yaşayış evinin baxılmasına əsas olmuş sənədləri Cavabdeh1nə müraciət edərək əldə etmişlər. Həmçinin iddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 12 iyun 2023-cü il tarixli, 66292/2023 saylı sifariş məktubu əsasında onlara məxsus Bərdə rayonu, Uğurbəyli kəndində yeriəşən fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsi ilə birlikdə X1” Cavabdeh2 MMC tərəfindən 28.867,5 manat son santış qiyməti ilə 27 iyul 2023-cü il tarixdə Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. Aşağıda göstərilən əsaslara görə hesab edirlər ki, iddia tələbi əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, hazırkı etiraz mülahizələrinə əiavə edilən Bərdə rayon İcra Şöbəsindən "xxxx" MMC-yə ünvanlanmış 66292/2023 saylı, 12 iyun 2023-cü il tarixli (daxil olma 14 iyun 2023-cü il) sifariş məktubundan görünür ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-175/2022 saylı, 09 iyun 2022-ci il tarixli (xx.xx.2023-cü il tarixdə verilmiş) icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 45.000 (qırx beş min) manata olmaqla, Bərdə rayonu, Uğurbəyli kəndində, 0.08 ha torpaq sahəsində yerləşən, 383.1 kv.metr ümumi sahədən ibarət olan 6 otaqlı fərdi yaşayış evinin açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 11 iyul 2023-cü il tarixinə, saat 10:00 (növbəük qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclular İddiaçı1, İddiaçı3, İddiaçı2, eləcə də tələbkar Cavabdeh3 ASC-nə 1262/23 saylı, 14 iyun 2023-cü il tarixli bildiriş gödərilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan 14 iyun 2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (www.birianews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən “hərracın baş tutmamasma dair” 11 iyul 2023-cü İl tarixil protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Nəzərə çatdırmağı zəruri hesab edirlər ki, 11 iyul 2023-cü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlakın ilkin satış qiymətindən 15 % aşağı qiymətə, yəni 38.250 manat olmaqla, 25 iyul 2023-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan 12 iyul 2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X2 (Portalında) (wwwdarianewıtaz) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifinik də (“E-hsrraexöm”) yerləşdirilmişdir. 25 iyul 2023-cü il tarixinə təyin edilmiş təkrar açıq harrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat 26 iyul 2023cü il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (e-herrac.com) yerləşdirilmişdir. 26 İyul 2023cü il tarixli, 1637/23 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipotekasaxlayana təklif olunmuşdur. İpotekasaxlayan Cavabdeh3 ASC-nin 26 iyul 2023-cü il tarixli, KBD-6267 nömrəli nömrəli məktubla İpoteka pfedmetini təklif edilən 28.687,5 (iyirmi səkkiz min altı yüz səksən yeddi manat əlli rəpik) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X3” nəzdində Cavabdeh2 MMCtərəfindən 27 iyul 2023-cü il tarixli, 177/23 saylı “X15 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh2 MMC-nin 1651/23 saylı, 27 iyul 2023-cü il tarixli məktubuna qoşma ilə sifarişçi icra Şöbəsinə göndərilmişdir. Hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və. s. barədə tələbkara, eləcə də borclulara onun hərrac sifarişində, eləcə də iddiaçıların hazırki iddia ərizəsində göstərilən ünvanına (yəni Bərdə rayonu, Üğurbəyli kəndi) müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinəməhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə lər Cavabdeh1, Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 xx xxx 1967-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Uğurbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 xx xxxxxxxx 1987-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Uğurbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı3 xx xxxxxxxx 1991-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Uğurbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-175/2022 saylı, 09 iyun 2023-cü il tarixli İddianın qismən təmin edilməsi, 14373 manat 53 qəpik əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat cavabdeh İddiaçı1 tutularaq İddiaç “YeloBank ASC-yə ödənilməsi, tələb üzrə tutma cavabdehlər İddiaçı1, X7 və İddiaçı2 məxsus Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən 0.08 hektar torpaq sahəsi ilə birgə fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin açıq nərracdan satılması, torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin ilkin satış qiyməti 45000 manat həddində müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı "xxxx" ASC-yə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 qaytarılması, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği cavabdeh İddiaçı1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, açıq hərrac keçirildikdən 1 ay sonra cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evi boşaldılması, İddiaçı1, İddiaçı3 və İddiaçı2 müştərək qaydada 200 manat məbləğində qiymətləndirmə haqqı tutularaq "xxxx" 'Məhdud Məsuliyyətli Cəmiyyətinir hesabına ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Əmlak Hərrac Mərkəzinin yekun protokolunun surətindən müəyyən olunur ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 məxsus olan Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən fərdi yaşayış evi "xxxx" ASC tərəfindən alınmışdır. İş materiallarında olan Bərdə rayon Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 824 saylı, 19 oktyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı3 Bərdə rayonu, Uğurbəyli kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 823 saylı, 19 oktyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı2 Bərdə rayonu, Uğurbəyli kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 822 saylı, 19 oktyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 Bərdə rayonu, Uğurbəyli kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 821 saylı, 19 oktyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı1 Bərdə rayonu Uğurbəyli kəndində yaşayır ailə üzvüləri oğlu İddiaçı2, gəlini X11, nəvəsi X12, nəvəsi X9, oğlu İddiaçı3 ibarətdir. İş materiallarında olan Gəncə Apellyasiya KommersiyaKollegiyasının 2-2(104)- 187/2023 saylı, 28 noyabr 2022-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Apellyasiya şikayətinin təmin edilməməsi, Gəncə Kommersiya Məhkəməsinin 09 iyun 2022-ci il tarixli, e-2-2(115)-175/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra və Probassiya Şöbəsinin 66292/2023 saylı, 12 iyun 2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-175/2022 saylı, 09 iyun 2022-ci il tarixli icra sənədi üzrə fərdi yaşayış evinin açıq hərracda satılmasına göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan açıq hərracın keçirilməsinə dair bildirişlərin surətindən müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və YeloBank ASC-nə İddiaçı1, İddiaçı2, İddiaçı3 mülkiyyətində olan, Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən fərdi yaşayış evinin hərrac açıxarılması barədə hərracda satışa çıxarılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Əmlak Hərrac Mərkəzi tərəfindən İddiaçı1, İddiaçı2, İddiaçı3 və YeloBank ASC-nə göndərilmiş 1637/2023 saylı, iyul 2023-cü il tarixli təklifin surətindən müəyyən olunur ki, Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən fərdi yaşayış evinin onlar tərəfindən hərracdan satın alınması təklif olunmuşdur. İş materiallarında olan Yelobank ASC tərəfindən Əmlak Hərrac Mərkəzi MMC-yə göndərilmiş 16 iyul 2023 saylı məktuda İddiaçı1, İddiaçı2 və İddiaçı3rra məxsus Bərdə rayonu, Uğurbəyli kəndində yerləşən 0,08 ha torpaq sahəsi ilə birgə fərdi yaşayış evinə dair təklifin bank tərəfindən qəbul edilməsinə razılığı bildirilmişdir. Məhkəmə iş üzrə cavabdehin nümayəndəsinin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Araşdırma zamanı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1nə, Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə və "xxxx" ASC-nə qarşı hərracın nəticələri haqqında yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmiş, həmçinin iddiaçının özü tərəfindən də əsaslı sübutlar və mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, X4 hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə hesab edir ki, verilmiş iddia qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına maneəçilik törədilməsi və işin icra müddətinin uzadılmasına xidmət edir. Verilmiş iddia ərizəsində ipoteka predmetinin bazar və likvid qiymətinin hazırki iddia ilə mübahisələndirilməsi özü də icra işinin gecikdirilməsinə xidmət etdiyinə dəlalət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh1nə və Azərbaycan Respublikası X3 Əmlak Hərrac Mərkəzinə və "xxxx" ASC-nə qarşı hərracın nəticələri haqqında yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar